Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-346/2023 09.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab şəhəri Nizami küçəsi 17 nömrəli binanın 6 saylı mənzili üzərində mülkiyyət hüquqlarının qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “Zərdab şəhəri Nizami küçəsi 17 nömrəli binanın 6 saylı mənzili üzərində mülkiyyət hüquqlarının qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili tələbini dəqiqləşdirərək “Zərdab şəhəri Nizami küçəsi 6 nömrəli binanın 6 saylı mənzili üzərində mülkiyyət hüquqlarının qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, Zərdab şəhərinin Nizami küçəsi 17 nömrəli 6 saylı mənzilini X13 alqı-satqı yolu ilə almışdır. Həmin mənzilə X5 mülkiyyət hüquqları daşınmaz əmlakın hüquqi xələfi olan Texniki İnvertarlaşdırma Bürosu tərəfindən qeydə alınmış, 03 fevral 1995-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. X9 ölümündən sonra bəlli olmuşdur ki, tərəflər arasında notarial qaydada tərtib edilmiş müqavilə yoxdur. İddianın əsasında Zərdab rayon Məhkəməsinin 09 noyabr 2012-ci il tarixli, 2(035)-525/2012 saylı qətnaməsi ilə mənzilin 2003-cü ildə satılması faktı təsdiq edilmişdir. Bundan sonra mənzillə bağlı heç bir mübahisə olmamışdır və mənzil üzərində hüquqlarını təsdiq edən çıxarış almamışdır.Bunun bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********85 saylı məktubla ilkin müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya münasibətində bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olur ki, , Zərdab şəhərinin Nizami küçəsi 17 nömrəli 6 nömrəli mənzilə dair hüquq müəyyənedici sənədlər araşdırılarkən, həmin mənzilin X6 X1 ilə bağlıl notarial qaydada təsdiq edilmiş hər-hansı bir sənəd aşkar edilməmişdir. Həmçinin Zərdab rayon Məhkəməsinin icraatında olmuş 09 noyabr 2012-ci il tarixli, 2(035)-525/2012 saylı iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi icraata cəlb olunmamışdır. Bu səbəbdən də vətəndaşı məktubuna əlavə olunmuş Zərdab rayon Məhkəməsinin icraatında olmuş 09 noyabr 2012-ci il tarixli, 2(035)-525/2012 saylı iş üzrə qətnaməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə münasibətdə preydusial hesab oluna bilməz. Bu səbəbdən də ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Zərdab rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1238 nömrəli məktubundan görunur ki, Zərdab rayon Məhkəməsinin 09 noyabr 2012-ci il tarixli, 2(035)-525/2012 saylı qətnaməsinə əsasən İddiaçı Zərdab şəhərinin Nizami küçəsi 5 saylı evin 6-cı mənzilin X13 tərəfindən ona 2003-cü ildə satılması faktı müəyyən edilmişdir. - xx.xx.1995-ci il tarixli bağışlanma müqaviləsindən görünür ki, X2 rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Zərdab şəhərinin Nizami küçəsi 5 saylı evin 6-cı mənzili X11 bağışlamışdır. - xx.xx.1995-ci il tarixli, 153 inventar nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Zərdab şəhərinin Nizami küçəsi 5 saylı evin 6-cı mənzil X9 adına qeydə alınmışdır. - Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 01/1129 nömrəli məktubundan görunur ki, ünvan 1 ünvanların dürüstləşdirilməsindən sonra “ünvan 2 olaraq qeyd edilir ki, ünvan 3 ünvanı mövcud deyildir. - Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 5-84/2-1/2023 nömrəli məktubundan görunur ki, X11 məxsus Zərdab şəhəri “Nizami küçəsi bina 19 mənzil 6” adlandırılmışdır. Ünvanların dürüstləşdirilməsindən sonra həmin mənzil “Nizami küçəsi 6 nömrəli bina mənzil 6” adlanır. X10 qeydiyyat vəsiqəsində ünvan 5 ünvanı texniki səhv olaraq qeyd edilmişdir. Zərdab şəhəri Mənzil İstismar Sahəsinin 23 dekabr 1994-cü il tarixdı X11 özəlləşdirmə üçün verilmiş 669 saylı “Forma 2-də” həmin ünvan “ünvan 7can Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.4-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçı ilə mərhum X13 arasında hazırkı iddia tələbinə əsasən qeydə alınması tələb olunan mənzilə dair şifahi alqı-satqı müqaviləsi bağlanılmışdır.Həmin fakt Zərdab rayon Məhkəməsinin 09 noyabr 2012-ci il tarixli, 2(035)-525/2012 saylı qətnaməsinə əsasən Zərdab şəhərinin Nizami küçəsi 5 saylı evin 6-cı mənzilinin X13 tərəfindən 2003-cü ildə iddiaçıya satılması faktı müəyyən edilmişdir. İddiaçı müvafiq qətnaməyə əsasən əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması tələbi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə araşdırması zamanı iddia olunan mənzilin ünvanı ilə bağlı araşdırılma aparılmış və müəyyən edilmişdir kİ,hazırda həmin ünvan üzrə dürüstləşdirilmə aparılmış,ünvanlar yeni qaydalarla sırlanmışdır.Belə ki,məhkəmə araşdırması zamanı X9 qeydiyyat vəsiqəsində “ünvan 5 ünvanı” texniki səhv olaraq qeyd edildiyi, “forma 2” sənədinə əsasən həmin ünvan “ünvan 8nvanların dürüstləşdirilməsindən sonra həmin mənzil “Zərdab şəhəri Nizami küçəsi bina 6 mənzil 6” adlanır. Qeyd olunanlara əsasən iddia təmin edilməli, iddiaçının Zərdab şəhəri Nizami küçəsi bina 6 mənzil 6 üzərində mülkiyyət hüququ qeydə alınmalı və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab şəhəri Nizami küçəsi bina 6 mənzil 6 (yeni qaydalarla) üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-346/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-346/2023
09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver