Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-347/2024 28.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Seydəli Rəcəbovun adına olan A 067397 saylı və Tamella Rəcəbovanın adına olan A 067396 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri ləğv edilərək, həmin ünvanda yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun faktiki istifadə olunan ölçüdə və qaydada mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilən iclasda baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Seydəli Rəcəbovun adına olan 2482 say ilə qeydə alınmış A 067397 saylı və Tamella Rəcəbovanın adına olan 2481 say ilə qeydə alınmış A 067396 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri ləğv edilərək, həmin ünvanda yerləşən torpaq sahələrinin istifadə edilən qaydada, formada və ölçüdə DƏDRX-də qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, məhkəmə iclasında, tələbini dəqiqləşdirərək “Seydəli Rəcəbovun adına olan A 067397 saylı və Tamella Rəcəbovanın adına olan A 067396 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri ləğv edilərək, həmin ünvanda yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun faktiki istifadə olunan ölçüdə və qaydada mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Qax Rayon Məhkəməsinin 2(024)-229/2023 saylı, 02 may 2023-cü il tаrixli qətnaməsi ilə iddiaçı Fizuli Rəcəbovun ona qarşı iddiası təmin edilərək fərdi yaşayış evinə çıxarışın alınması üçün ölçmə işlərinin aparılmasına dair iddiaçı tərəfindən edilmiş maneələr aradan qaldırılmışdır. İşin halları ondan ibarətdir ki, Fizuli Rəcəbovla qonşuluqda yaşayır, həyətlərindən ictimai yola çıxış sahəsi eynidir. Həyətlərini istifadə etdiyikləri qaydada, qanuni istifadələrinə verildiyi qaydada hazırlanmış texniki pasportları vardır. Lakin, torpaq islahatı zamanı torpaq sahələrinin planı və ölçüləri düzgün tərtib edilməmiş və iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin bir hissəsi, xüsusən də, həyətinə gediş-gəliş yolu Seydəli Rəcəbovun adına işlənmişdir. Bu səbəbdən mübahisə yaranmışdır. 12 saylı Şəki Ərazi İdarəsinin məktubunda qeyd edilmişdir ki, "həmçinin torpaq sahəsi digər şəxsin istifadəsində olmaqla mübahisəli olduğundan ərizənin icrası mümkün olmamışdır". X10 adına 16 sentyabr 2008-ci il tarixli 2482 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində və eyni zamanda 16 sentyabr 2008-ci il tarixli 2481 nömrəli anası X4 adına olan torpaq sahəsinin planı və ölçüsündə torpaq sahələri onların istifadəsində olan qaydada və formada, ölçüdə hazırlanmamışdır. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi səhvən Seydəlinin adına işlənmişdir. Yəni, iddiaçının ailəsinin istifadə etdiyi tikili və yol Seydəlinin mülkiyyəti kimi qeydiyata alındığı halda böyük mübahisələr, davalar yarana bilər. Səhvən hazırlanmış torpaq sahəsinin plan və ölçülərinin ləğv edilərək həmin ünvanda yerləşən torpaqların istifadə etdikləri qaydada və formada, eyni zamanda ölçüdə DƏDR-də qeydiyyata alınması ilə əlaqədar cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh onların ərizələrinə imtina cavabı verilmiş, bundan başqa mübahisənin məhkəmədə olması bəhanə gətirmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - vətəndaş İddiaçı 25 aprel 2023-cü il tarixdə ərizə ilə (daxilolma №-si 3-21-3-39/1- R-0018-8/2023) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, mərhum anası X11 məxsus həyətyanı torpaq sahəsinin plan və ölçü sənədində 0,0199 ha olmasına baxmayaraq Qax rayon Qaxmuğal “Qələbə" kolxozunun qaytanlanmış torpaq kitabından arxiv çıxarışında mərhum atası X2 adına 0,03 ha torpaq sahəsi verilməsi barədə qeydiyyat aparıldığından, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsinə çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. Ərizəyə baxılması ilə əlaqədar müraciət olunan fərdi yaşayış evi və torpaq sahəsinin arxiv məlumatları yoxlanılarkən müəyyən olunmuşdur ki, texniki inventarlaşdırma orqanları tərəfindən X2 adına 16 aprel 1992-ci ildə tərtib olunmuş 1595 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda iddiaçının faktiki istifadəsində olan ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli 3 otaqlı evin tikintialtı sahəsi 124 kv.metr, qrunt sahə 70,2 kv.metr, torpağın ümumi sahəsi 194,2 kv.metr, evin yaşayış sahəsi 65,8 kv.metr, köməkçi sahəsi 20,2 kv.metr, evin ümumi sahəsi 86 kv.metr qeyd olunmuşdur. X3 Qax rayon Qaxmuğal kənd “Qələbə” adına kolxoz torpaqlarından 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə kolxozun qaytanlanmış torpaq kitabından Qax rayon Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixli 245 nömrəli arxiv çıxarışı verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən verilmiş A 067396 seriya və nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qax rayon Aqrar İslahatı Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 nömrəli qərarı ilə Qax şəhərində yerləşən və iddiaçının faktiki istifadəsində olan 199,7 kv.metr həyətyanı torpaq sahəsi X22 kitabında xx.xx.2008-ci il tarixdə 2481 nömrəsi ilə iddiaçının mərhum anası X4 adına uçota alınmışdır. Qeyd olunmalıdır ki, vətəndaş X13 qonşusu İddiaçı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “mərhum atası X5 miras qalmış Qax şəhəri, M.F.Axundov küçəsi, 10 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarışın alınması üçün ölçmə işlərinin aparılmasına cavabdeh İddiaçı tərəfindən edilmiş maneələrin aradan qaldırılması”na dair iddia tələbi ilə Qax rayon məhkəməsinə müraciət etmiş və Qax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)- 229/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən verilmiş və bir nüsxəsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 12 saylı Şəki Ərazi İdarəsinin arxivində saxlanılan A 067397 seriya və nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qax rayon Aqrar islahatı Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 nömrəli qərarı ilə Qax şəhərində yerləşən və Qax rayon məhkəməsinin icraatında olmuş 2(024)-229/2023 nömrəli iş üzrə iddiaçı X6 faktiki istifadəsində olan 200,32 kv.metr həyətyanı torpaq sahəsi X22 kitabında xx.xx.2008-ci il tarixdə 2482 №-si ilə X7 adına uçota alınmışdır. Beləliklə, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evlərinin yerləşdiyi 200,32 və 199,7 kv.metr torpaq sahələri üzərində hüquqların X22 kitabında aparılmış qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından həmin sənədlərin ləğv edilməsi və ya sənədlərə düzəliş edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları ittifaqının tərkibində olduğu dövrdə yaşayış evlərinin tikintisi üçün kolxoz torpaqlarından həyətyanı torpaq sahəsinin verilməsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış həmin daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq edir. Lakin ərizəçi tərəfindən mərhum atası X3 Qax rayon Qaxmuğal kənd “Qələbə” adına kolxoz torpaqlarından 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə Qax rayon Dövlət Arxivi tərəfindən verilmiş kolxozun qaytanlanmış torpaq kitabının xx.xx.2022ci il tarixli arxiv arayışı təqdim olunsa da, həmin torpaq sahəsinə dair təsdiqlənmiş yerləşmə sxemi, habelə hüquq sahibi X2 qanun və ya vəsiyyət üzrə vərəsələri barəsində hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Beləliklə, İddiaçı mərhum anası X11 və ailə üzvlərinə aqrar islahat komissiyasının qərarı ilə Qax şəhərindən verilmiş 199,7 kv.metr yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən əlavə kolxozun qaytanlanmış torpaq kitabından çıxarışa əsasən əslində 0,03 ha həyətyanı torpaq sahəsi verilməli olmuş olsa belə, həmin torpaq sahəsinə dair təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən, iddia olunan 0,03 ha torpaq sahəsinin 0,01 ha hissəsinin səhvən qonşu torpaq sahəsinin planı və ölçüsü sənədinə salındığı iddia olunduğundan və bu məsələ ilə bağlı tərəflər arasında mübahisə olduğundan, X22 kitabında qeydə alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və ya həmin sənədə düzəliş edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid olmadığından ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,03 ha torpaq sahəsinə çıxarış və texniki pasport verilməsi qanunamüvafiq hesab olunmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qax şəhəri XDS icraiyyə komitəsinin 1983-1985-ci illər üçün “Təsərrüfatbaşına kitabı” nda təsərrüfat (şəxsi hesab) №26-da X12 təsərrüfatda ailə başçısı olduğu və təsərrüfatında aşağıdakı ailə üzvləri qeyd edilmişdir:
1. X15. a/b 1937
2. X25 q. arvadı 1939
3. X16. oğlu xx.xx.1962
4. X8 qızı xx.xx.1964
5. İddiaçı oğlu xx.xx.1966
Təsərrüfatın ünvanının ünvan 4tın şəxsi mülkiyyəti hesab olunan tikililər-1955-ci ildə tikilmiş yaşayış evi ümumi sahə-70 kv.metr olması qeyd edilmişdir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Qax rayon Qaxmuğal Qələbə" kolxozunun “Qaytanlanmış torpaq kitabı”ndan arxiv çıxarışına əsasən X2 adının qarşısında 0,03 ha torpaq sahəsi qeyd edilmişdir. (əsas: fond №47 siyahı № 1, saxlama vahidi №1, səhifə 26, iş 1978-1987-ci il) - AZ-İİ 306455 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1990-cı ildə vəfat etmişdir. - A 067396 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 saylı qərarına əsasən Qax şəhərində yerləşən 199,7 kv.m torpaq sahəsi ilə bağlı X4 adına tərtib edilmişdir. - A 067397 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 saylı qərarına əsasən Qax şəhərində yerləşən 200,32 kv.m torpaq sahəsi ilə bağlı X7 adına tərtib edilmişdir. - Qax rayon AİK-nin xx.xx.2007-ci il tarixli 02 saylı iclas protokolundan görünür ki, DT və XK Qax rayon şöbəsinin xx.xx.2007-ci il tarixli təklifi nəzərə alınmış, Qax şəhərinin həyətyanı torpaq sahələrinin planı və ilkin sənədləri təsdiq edilmiş, müvafiq sənədlərə uyğun olaraq kadastr planının işlənməsinə köməklik göstərmək DT və XK-dən xahiş edilmişdir. - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-579/2024 nömrəli məktubuna əlavə olunmuş, Qax şəhəri vətəndaşlarının xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəldən görünür ki, sıra nömrəsi 1851 olan X14 və ailə üzvlərinin adının qarşısında “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında 0,02 ha torpaq sahəsi qeyd edilmişdir. Həmin məktuba əlavə olunmuş Qax şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair dürüstləşdirilmiş subyektlərin siyahısından görünür ki, sıra nömrəsi 1851 olan X14 və ailə üzvlərinin adının qarşısında “ailə üzvlərininn sayı” qrafasında-4 nəfər, “ümumi torpaq sahəsi qrafası”nda- 0,260 ha, “bələdiyyənin ehtiyat fondu” qrafasında-0,006 ha, “mülkiyyətçiyə verilən torpaq sahəsi” qrafasında isə 0,02 ha torpaq sahəsi qeyd edilmişdir.
Əsaslandırma hissəsi : Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş materiallarında olan, iddiaçının iddiaçının cavabdeh orqana qarşı xx.xx.2023-cü il tarixli ilkin ərizəsindən görünür ki, iddiaçının tələbi ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsinə çıxarış və texniki pasportun verilməsi olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədə isə cavabdeh orqandan “Seydəli Rəcəbovun adına olan 2482 say ilə qeydə alınmış A 067397 saylı və Tamella Rəcəbovanın adına olan 2481 say ilə qeydə alınmış A 067396 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri ləğv edilərək, həmin ünvanda yerləşən torpaq sahələrinin istifadə edilən qaydada, formada və ölçüdə DƏDRX-də qeydiyyata alınması” xahiş edilmişdir. Sonuncu ərizədə qeyd edilmiş tələbə uyğun müraciətin cavabdeh orqana təqdim edilməsi sübuta yetirilməsə də, məhkəmə iddiaçının hüquqi marağını, prosessual qənaət prinsipini (ilkin müraciətin mövcud olduğu halda belə iddia tələbinə mahiyyəti üzrə baxılmanın qeyri-mümkün olmasını) və iddia tələbinin hər bir halda mümkünsüz olmasını nəzərə alaraq dəqiqləşdirilmiş məzmunda tələbə hüquqi qiymət vermişdir. Beləliklə, iddiaçının cavabdeh orqana qarşı tələbləri aşağıdakılardan ibarətdir:
1. Seydəli Rəcəbovun adına olan A 067397 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi,
2. Tamella Rəcəbovanın adına olan A 067396 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi,
3. ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun faktiki istifadə olunan ölçüdə və qaydada mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. İş materiallarından görünür ki, ləğv edilməsi tələb edilən A 067397 və A 067396 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri Qax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 saylı qərarına əsasən tərtib edilmişdir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən plan-ölçü sənədləri daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan, həmin əmlakın yerləşməsini, koordinatlarını və qonşu torpaq sahələrini əks etdirən sənədlərdir. Yəni, həmin sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Plan-ölçü sənədi özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından hüquqmüəyyənedici sənəd qismində inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilməz. Mübahisələndirilən plan-ölçü sənədlərində qeyd edilmiş torpaq sahələrinin hansı subyektlərə verilməsi məsələsini həll edən və mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas rolunu oynayan inzibati akt Qax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 saylı qərarıdır. Belə ki, həmin qərarın gündəliyində olan məsələlər üzrə 6-cı bənddə Qax şəhərinin kadastr planının işlənməsi qeyd edilmiş və həmin məsələyə baxılaraq Qax şəhərinin həyətyanı torpaq sahələrinin planı və ilkin sənədləri təsdiq edilməsi və digər məsələlər qərara alınmış, Qax rayon AİK-nın sədri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı hazırda qüvvədədir. Məhz həmin qərar əsasında həyətyanı torpaq sahələrinin planı və ilkin sənədləri təsdiq edilmişdir (təsdiq edilmiş subyektlər siyahısında X4 ailə üzvlərinin sayı 4 nəfər göstərilmişdir). Odur ki, iddiaçı A 067397 və A 067396 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğvinə nail olmaq üçün ilk növbədə onun verilməsinə əsas olmuş Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarını onun subyektiv hüquqlarına müdaxilə edən hissədə mübahisələndirməlidir. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı mübahisələndirilmədən həmin qərar əsasında tərtib edilmiş sənədlərin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması mümkün deyil. İddia tələbinin “ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun faktiki istifadə olunan ölçüdə və qaydada mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tələbin həmin hissəsinin mümkünsüzlüyü də, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının hüquqi qüvvəsinə bağlıdır. Yuxarıda qeyd edildiyi kimi, istinad olunan qərar əsasında mübahisəli torpaq sahəsinin ayrılması nəzərdə tutulan subyektlər siyahısı təsdiq olunduğundan, həmin qərar ləğv olunmadan sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə tələbə mahiyyəti üzrə baxıla bilməz. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Seydəli Rəcəbovun adına olan A 067397 saylı və Tamella Rəcəbovanın adına olan A 067396 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri ləğv edilərək, həmin ünvanda yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun faktiki istifadə olunan ölçüdə və qaydada mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim: Vüqar Musayev.