Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-348/2021 04.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "hərbi xidmət dövründə Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak etməsi səbəbindən əlil olduğu üçün aylıq Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1957-ci ildə Zaqatala rayonu Suvagil kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, 13.04.1988-ci ildən 13.08.1988-ci ilədək N nömrəli hərbi hissənin tərkibində Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində iştirak etmiş və 6,4 ber radioaktiv şüalanma almışdır. Bundan sonra iddiaçıya "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" İİ dərəcə əlillik müəyyən edilmiş və o, 30.03.1992-ci ildən əmək pensiyası alır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına müraciət edərək, ona Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar iştirak edənlər üçün nəzərdə tutulmuş aylıq təqaüdün ödənilməsini xahiş etmiş, lakin sonuncu 22.09.2020-ci il tarixli **********8 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü Çernobıl AES-də hərbi xidmət dövründə xəstələndikdə və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlil olanlara nəzərdə tutulmuşdur. Ömərov X2 AES-də qəzanın ləğvi ilə əlaqədar iştirak etməsi səbəbindən əlil olduğuna görə ona aylıq təqaüdün ödənilməsi mümkün deyildir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı "hərbi xidmət dövründə Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində istirak etməsi səbəbindən əlil olduğu üçün aylıq Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, 13.04.1988-ci ildən 12.08.1988-ci ilədək Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar iştirak etmişdir. Onunla birgə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar iştirak etmiş X4 və X9 hazırda Prezident təqaüdü alırlar. Bu səbəbdən ona da aylıq Prezident təqaüdü ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı iddiaya qarşı 20.11.2020-ci il tarixli **********5 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialından Şəki İnzibati Məhkəməsinə göndərilmiş 01.02.2021-ci il tarixli məktubdan məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fond tərəfindən 23.11.2020-ci il tarixli **********2 nömrəli qərar qəbul edilmiş və həmin qərarla Fondun keçmiş rayon şöbələri (filialları) üzrə regional ərazi filialları yaradılaraq onların Əsasnamələri təsdiq edilmişdir. Məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının səlahiyyətinə aiddir Ona görə də məhkəmənin 16.02.2021-ci il tarixli məhkəmə iclasının protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı hüquq varisi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaya qarşı 16.04.2021-ci il tarixli **********9 nömrəli etirazında iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı Ömərov X2 AES-də qəzanın ləğvi ilə bağlı İİ dərəcə əlilliyə görə 30.03.1992-ci ildən əmək pensiyası alır. Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə "Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə" əlilliyi olanlar və "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" əlilliyi olanlar fərqləndirilmişdir. İddiaçının tələb etdiyi təqaüd Azərbaycan Respublikası Prezidentinin 09.09.2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə təsis edilmişdir. Həmin təqaüdü almaq hüququna əlilliyin səbəb əlaqəsi hərbi-həkim komissiyaları tərəfindən "Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar" olması müəyyən olunan şəxslər malikdir. İddiaçının isə əlilliyinin səbəb əlaqəsi "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar"dır. Bu səbəbdən də onun təqaüd almaq hüququ yoxdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, iddiaçının adına verilmiş НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 13.04.1988-ci ildən 12.08.1988-ci ilədək Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərini yerinə yetirmişdir. - İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin 01.05.2017-ci il tarixli 402 nömrəli arayışından görünür ki, iddiaçı 19.11.1975-ci ildən 19.12.1977-ci ilədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 13.04.1988-ci ildən 13.08.1988-ci ilədək N nömrəli hərbi hissənin tərkibində 1986-cı ildə Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində iştirak etmiş və 6,4 ber radioaktiv şüalanma almışdır. - İşdə olan, iddiaçının adına 04.12.2017-ci ildə verilmiş 196747 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.02.2016-cı ildə Çernobıl xəstəliyi səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının 22.09.2020-ci il tarixli **********8 nömrəli imtina məktubundan görünür ki, Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsində deyilir ki, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı hüquq varisi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edildiyinə görə işin aidiyyəti dəyişilsə də, iş Şəki İnzibati Məhkəməsinin icraatına aidiyyət qaydalarına riayət edilməklə qəbul edildiyi üçün başqa məhkəməyə göndərilmədi. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İddiaçı tələb etdiyi Prezident təqaüdünün hansı Sərəncamla, yaxud Fərmanla təsis edildiyini iddia ərizənizdə göstərməsə də, iddia ərizəsinin təsviri hissəsində bildirmişdir ki, onunla birlikdə Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak etmiş X5 və X9 "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25.02.2019-cu il tarixli Sərəncamında qeyd olunmuş hüquqlardan (Prezident təqaüdü) istifadə edirlər. Lakin müəyyən edildi ki, Azərbaycan Respublikası Prezidentinin həmin 25.02.2019-cu il tarixli 992 nömrəli Sərəncamı ilə hər hansı müavinət və ya təqaüd təsis edilməmişdir. Həmin Sərəncamda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir sıra məsələlərlə bağlı normativ hüquqi aktların layihələrini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılmışdır. Ona görə də iddiaçıya ödənilməsini tələb etdiyi Prezident təqaüdünün hansı tarixli və nömrəli Fərmanla, yaxud Sərəncamla təsis edildiyini 10 gün müddətində məhkəməyə bildirməsi təklif edilmiş, lakin iddiaçı təyin olunmuş müddətdə məhkəməyə yazılı cavab verməmiş, məhkəmə baxışı zamanı da bunu izah edə bilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialına sorğu edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının iddiaçıya təyin etməkdən imtina etdiyi təqaüdün Azərbaycan Respublikası Prezidentinin hansı tarixli və nömrəli Fərmanı, yaxud Sərəncamı ilə təsis edilməsi soruşulmuşdur. Lakin 16 saylı regional ərazi filialı məhkəmənin sorğusuna əsaslandırılmış cavab verə bilmədiyinə görə məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sorğu edilərək cavab alınmışdır. Həmin 16.04.2021-ci il tarixli **********8 nömrəli cavab məktubundan aydın oldu ki, DSMF-nin Zaqatala rayon filialının 22.09.2020-ci il tarixli **********8 nömrəli məktubu ilə iddiaçıya təyin etməkdən imtina etdiyi təqaüd Azərbaycan Respublikası Prezidentinin 09.09.2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə təsis edilmişdir. Bundan başqa, X3 və X7 Azərbaycan Respublikası Prezidentinin 23.08.2005-ci il tarixli 282 nömrəli Fərmanına əsasən müavinət ödənilmir. X5 20.11.1991-ci ildən, X9 isə 30.01.1992ci ildən İİ dərəcə əlilliyə görə əmək pensiyası alır. Həmin şəxslərə Azərbaycan Respublikası Prezidentinin 09.09.2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə təsis edilmiş "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" ödənilir. "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 09.09.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən, "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmişdir. Göründüyü kimi, həmin təqaüdün şəxsə ödənilməsi üçün onun müharibə ilə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş olmalıdır. Lakin İddiaçı münasibətdə bu, baş verməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, onun hazırda həmin təqaüdü almaq hüququ yoxdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "hərbi xidmət dövründə Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak etməsi səbəbindən əlil olduğu üçün aylıq Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-348/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-348/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver