Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-348/2022 19.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı Mikayılova Sevda Abduləvvəl qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka mülkiyyət hüququnun tanınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Mikayılova Sevda Abduləvvəl qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “istifadəsində olan Şəki şəhəri, M.Rəsulzadə küç., ev 205 ünvanında yerləşən daşınmaz əmlaka mülkiyyət hüququnun tanınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı uzun illər faktiki istifadəsində olan ünvan 2 ünvanında yerləşən əmlak (31-ci rayon, Lenin küçəsi 205) ünvanında yerləşən daşınmaz əmlak mülkiyyət hüququnun tanınması barədə reyestrdən çıxarışın verilməsinə dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə 18 avqust 2021-ci il tarixdə müraciət etmiş, cavabdeh orqan 21 sentyabr 2021-ci il tarixli **********50 nömrəli məktubu ilə həmin əmlaka mülkiyyət hüququnun tanınması barədə çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh imtina əsası olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi barədə sübutlar təqdim edilmədiyindən, həmçinin təqdim edilən kommunal xərclər və vergi ödənişləri qeydiyyat üçün əsas olmadığından ərizənin icrasının mümkün olmaması bildirilmişdir. İddiaçının nümayəndəsi və vəkili X1 məhkəməyə 19.02.2022-ci il tarixdə ərizə ünvanlayaraq iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi nümayəndəsi və vəkilinin ərizəsini iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürmək istəyir. İddiaçının nümayəndəsi və vəkili hazırkı iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Mikayılova Sevda Abduləvvəl qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka mülkiyyət hüququnun tanınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-348/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-348/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver