Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-349/2020 03.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi vəkil X2, üçüncü şəxs X4 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "X4 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mingəçevir şəhəri M.Ə.Rəsulzadə (indiki H.Əliyev) küçəsi ev 68/1-də yerləşən 40 nömrəli mənzil mülkiyyət hüququ əsasında 14.11.2003-cü ildə İddiaçı adına qeydə alınmış və ona bu barədə 440b nömrəli "Qeydiyyat vəsiqəsi" verilmişdir. Üçüncü şəxs X8 iddiaçının oğlu X7 ilə nikah bağlamış və 02.09.2016-cı ildə həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Üçüncü şəxs X8 ilə X7 arasında olan nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 21.11.2019-cu ildə qeyd aparılmışdır. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, özünə məxsus olan mənzildən üçüncü şəxs X4 qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin cavabdeh 21.11.2019-cu il tarixli cavab məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, 2016-cı ildə keçmiş gəlini X5 ona məxsus yaşayış evinə müvəqqəti qeydiyyata salmışdır. Lakin üçüncü şəxs X8 onun oğlu X7 ilə boşandıqdan sonra başqa ünvanda, ünvan 2 yazılı münasibət bildirməmişdir. Üçüncü şəxs X8 iddiaya qarşı yazılı etirazında iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, iddiaçının oğlu X7 ilə 2015-ci ildə rəsmi nikaha girmiş, 2016-cı ildə həmin ünvana qeydiyyata düşmüşdür. Bundan sonra, 15.11.2019-cu ildə X7 ilə aralarında olan nikah pozulduğuna görə həmin evdənməcburi olaraq çıxarılmışdır. Hazırda yaşamağa başqa yeri yoxdur. İddiaçıya məxsus olan mənzildə yaşamaq və orada uşaqlarını böyütmək istəyir. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 21.11.2019-ci il tarixli AZ-İ seriyalı 335662 nömrəli "Nikahın pozulması haqqında şəhadətnamə"dən görünür ki, X7 və X8 arasında olan nikah pozulmuş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 21.11.2019-cu ildə qeyd edilmişdir. - İşdə olan, üçüncü şəxs X4 etirazından görünür ki, X7 ilə 2015-ci ildə rəsmi nikaha girmişdir. O, 2016-cı ildə həmin ünvana qeydiyyata düşmüşdür. Bundan sonra, 15.11.2019-cu il tarixdə X7 ilə aralarında olan nikah pozulduğuna görə həmin evdə zorla çıxarılmışdır. - Mingəçevir Şəhər Məhkəməsinin 01.06.2020-ci il tarixli HŞ-832/2020 nömrəli arayışından görünür ki, Mingəçevir Şəhər Məhkəməsində son 3 il ərzində X4 İddiaçı qarşı Mingəçevir şəhəri H.Əliyev küçəsi 68/1 mənzil 40 ilə bağlı hər hansı mülki iş aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı mülkiyyət hüququ 14.11.2003-cü ildə qeydiyyata alınmışdır. Məhkəmənin 11.02.2020-ci il tarixli məktubu ilə üçüncü şəxs X6 qeyd olunan mənzildən istifadə hüququ vardırsa, bu hüququ təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi təklif olunmuşdur. Lakin şifahi məhkəmə baxışı zamanı o, bildirmişdir ki, onun həmin mənzildən istifadə hüququnu təsdiq edən heç bir sənədi yoxdur, nə də mənzilə köçürülməsi ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməmişdir. Eyni zamanda, Mingəçevir Şəhər Məhkəməsinin 01.06.2020-ci il tarixli HŞ-832/2020 nömrəli arayışı ilə müəyyən edildi ki, son 3 ildə Mingəçevir Şəhər Məhkəməsinin icraatında X4 İddiaçı qarşı həmin mənzillə bağlı iddiasına dair hər hansı mülki iş olmamışdır. Məhkəmə bu qənaətə gəldi ki, belə olan halda, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə uyğun olaraq, İddiaçı üçüncü şəxs X4 həmin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh iddiaçının bu barədə müraciətini təmin etməli idi. Ona görə də hazırkı iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs X4 İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-349/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-349/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver