Məhkəmə qərarları › İş №2-1(116)-351/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-351/2020

16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-351/2020 16.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1, İddiaçı1 Absələddin oğlu və İddiaçı4 iştirakı ilə İddiaçılar İddiaçı1 Absələddin oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “texniki səhv nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinin naturada ayrılması və həmin torpaq sahəsinə Çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala 18 saylı ərazi idarəsinin üzərinə qoyulması” tələbi barədə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 Absələddin oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “texniki səhv nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinin naturada ayrılması və həmin torpaq sahəsinə Çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala 18 saylı ərazi idarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonu “Moskva” kolxozunun 11 avqust 1989-cu il tarixli 4 nömrəli ümumi iclasının qərarı ilə İddiaçı1 Absuliddin oğluna 0.15 ha həyətyanı torpaq sahəsinin verilməsi qərarlaşdırılmışdır. Kolxozun qərarı əsasında ayrılmış həmin 0.15 ha həyətyanı toraq sahəsi “Moskva” kolxozunun 6 nəfərdən ibarət yaratdığı komissiyası tərəfindən 15 iyul 1992- ci il tarixli AKT əsasında kolxozun “Öküzlərtala” adlanan ərazidən 50 metr uzunluğunda 30 metr enində həyətyanı torpaq sahəsi (cəmi 0.15 ha) Nurməmmədov İkram Absələddin oğluna verilmişdir.Həmin AKT-da ayrılmış 0.15 ha torpaq sahəsinin şimaldan və qərbdən yol ilə, cənubdan Soduyev Məhəmmədin, şərqdən isə Meyvəliyev Bəhramın həyətyanı torpaq sahələri ilə həmsərhəd olduğu qeyd edilmişdir.Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X3 filialının 18 dekabr 2018-ci il tarixli 1501 saylı Arxiv Çıxarışında da Balakən rayonu “Moskva” kolxozunun 11 avqust 1989-cu il tarixli 4 nömrəli ümumi iclasının qərarı ilə İddiaçı1 Absaliddin oğluna 0.15 hektar həyətyanı torpaq sahəsinin ayrıldığı göstərilmişdir 1996-cı ildə qəbul edilmiş Torpaq İslahatı haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 1998-ci ildən Balakən rayonunda da torpaq islahatı keçilməyə başlanmışdır. O cümlədən Qazma kəndində yerləşən “Moskva” kolxozunda da torpaq islahatı keçirilmişdir. 1998-ci ildə “Moskva” kolxozunda islahat keçirilən zaman Torpaq İslahatı haqqında qanuna uyğun olaraq Balakən rayon Aqrar İslahat Komissiyasının 1998ci il 08 may tarixli 06 nömrəli qərarı ilə qanuni istifadəsində olan 0.15 ha həyətyanı torpaq sahəsi və 1.18 hektar pay torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. 1999-cu il 30 aprel tarixdə ailələrinə verilən 1.18 ha pay torpaq sahəsinə dair JN: 730 KOD 40103018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını almışlar. Amma 0.15 ha həyətyanı torpaq sahəsinə aid olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməmişdir. Bununla bağlı islahat komissiyasına müraciət etmişlər. Bildirmişlər ki, onlar kimi yüzdən çox şəxsin torpaq şəhadətnaməsi gəlməyib. Hazırlayırlar. Göndərəcəklər. Bundan sonra da dəfələrlə islahat komissiyasına müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Həyətyanı torpaq sahəsində yaşayış evi tikmək istəyirlər. Ona görə də torpağı qeydiyyata aldırıb mülkiyyət hüququ əldə etmək istəyirlər. Mülkiyyət hüququna dair Şəhadətnamə də verilməmişdir. DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinin Balakən rayon şöbəsinə müraciət etmişlər. Balakən şöbəsində onlara izah etmişlər ki, kolxoz tərəfindən 0.15 ha torpağın verilməsinə dair arxiv arayışı ilə torpağa çıxarış verdiklərini onlara demişlər və sənədləri hazırlayıb ərizə ilə müraciət etməli olduqlarını izah etmişlər. 2019-cu ilin sentyabr ayında ərizəyə 0.15 ha həyətyanı torpaq sahəsi ilə bağlı sənədləri də əlavə edərək DƏDRX-nin 18 saylı ünvan 1 ünvanladığı 26 sentyabr 2019-cu il tarixli **********45 nömrəli məktubunda 0.15 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olmadığını göstərmişdir. Məktubda izah edilirdi ki, araşdırma zamanı məlum olmuşdur ki, Balakən rayonu keçmiş “Moskva” kolxozunun 11 avqust 1989-cu il tarixli, 4 saylı iclasının qərarı ilə verimiş ünvan 2 ünvanında yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi də daxil edilməklə 0,3076 ha torpaq sahəsi, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları ləğv edilmiş Dölət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-730 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına” əsasən tanınmışdır. Burdanda aydın olur ki, 0.15 ha həyətyanı torpaq sahəsi pay torpağı olaraq mülkiyyətinə verilmişdir. Dövlət Aktının 730A hissəsində qeyd edilən 3076 kvm torpaq sahəsi yaşayış məntəqəsinin ərazisidir. Deməli texniki səhv nəticəsində 1989-cu ildə kolxozun qərarı ilə yaşayış evi tikmək üçün verilmiş 0.15 ha həyətyanı torpaq sahəsi kənd təsərrüfatı məhsulları yetişdirilməsi üçün ayrılmışdır. Bu da Torpaq İslahatı haqqında qanunun tələblərinə zidd olmuşdur. Ona görə ki, 0.15 ha torpaq sahəsi qanuni istifadədə olmuş, qanuna görə də bu torpaq sahəsi qeyd edilən ölçüdə AİK-nın 1998-ci il 08 may tarixli qərarı ilə mülkiyyətilərinə verilib. Qanun tələblərinə görə kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahələri, həmin məqsədlər üçün ayrılmış torpaq sahələrindən verilməsi nəzərdə tutulur. Belə məlum olur ki, həqiqətən texniki səhv nəticəsində həyətyanı torpaqları pay torpağı qismində Dövlət Aktına daxil edilmişdir. Cavabdehin etirazında qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Balakən rayonu keçmiş “Moskva” kolxozunun 11 avqust 1989-cu il tarixli, 4 saylı qərarı ilə verilmiş ünvan 3i ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi də daxil edilməklə 0,3076 ha torpaq sahəsi, Balakən rayonu Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüququ Ləğv edilmiş DTXK-si tərəfindən JN-730 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə rəsimləşdirilmişdir. Həmin 0,3076 ha torpaq sahəsi JN-730 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 730A planşet hissəsində göstərilmişdir. Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş və həmin qərar əsasında Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”nda düzəliş edilməsi və ya onların ləğv edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə məktub ünvanlanmışdır. İddiaçılar məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri İlkin şərt onun zəruri olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı işdə mübahisə olunan JN-730 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” , Balakən rayonu Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı əsasında verilmiş və həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). İddiaçı 0,15 ha torpaq sahəsinin ona verilmiş aktda kənd təsərüfatlı təyinatılı torpaq sahəsi kimi qeyd olunduğunu ən azından 1999-cu ildən bilmiş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı4 münasibətdə məhkəmə qeyd edir ki, onun ümumiyyətlə aktda adı qeyd olunmamış və həmin akt üzrə hər hansı tələblə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 Absələddin oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “texniki səhv nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinin naturada ayrılması və həmin torpaq sahəsinə Çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala 18 saylı ərazi idarəsinin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar