Məhkəmə qərarları › İş №2-1(116)-352/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-352/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-352/2020 12.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X8rşı “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü ildə verilmiş RX seriyalı ******* saylı Çıxarış üzrə fərdi yaşayış evinin yerləşdiyi və qanuni istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasının və vahid mülkiyyət hüququ üzrə müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı 1983-cü ildə təyinatla göndərilərək İsmayıllı rayon keçmiş X7 Birliyinə mühəndis vəzifəsinə təyin olunmuşdur. Həmin birliyə məxsus 2 otaqlı mənzil və mənzilin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsi onun istifadəsinə verilmişdir. 1989-cu ildə yaşadığı mənzilin ona satılmasına dair rəhbərliyə müraciət etmişdir. Mənzilin ona satılması ilə əlaqədar birlik tərəfindən komissiya yaradılmış və xx.xx.1991-ci il tarixli aktla mənzilin dəyəri müəyyən edilmiş, xx.xx.1991-ci ildə X7 Birliyi ilə onun arasında mənzilin ona satılmasına dair notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlanmışdır. X6 İstismar Birliyinin balansında olan, İsmayıllı şəhəri, M.Müşviq küçəsi, dalan 3, ev 1 ünvanda 1030 kv.metr həyətyanı torpaq sahəsində yerləşən 4 otaqdan ibarət 2 nömrəli mənzil ona satılmış, mənzilin yerləşdiyi həytəyanı torpaq sahəsi isə istifadəsinə verilmişdir. O, hal-hazıradək həmin mənzildə yaşayır və torpaq onun qanuni istifadəsindədir. Mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə qeydə alınaraq Hüququnun Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. O, sözügüdən 0,10 hektar həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin qeyd edilən təşkilat xx xxxxxxx 2019-cu il tarixli **********93 nömrəli məktubla ilkin hüquqmüəyyənedici sənədlərin olmaması qeyd edilək torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. O, imtinanı əsassız hesab edir və bildirir ki, cavabdeh təşkilat üzərinə düşən öhdəliyi icra etmir və onun hüquqlarını pozur. Cavabdehin etirazının dəlilləri: İddiaçı Eldarov X3 şəhərində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı Eldarov X3 şəhərində yerləşən fərdi yaşayş evinin yerləşdiyi 0.10 ha torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmıiəyyənedici sənədlərtəqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Eyni zamanda bildirmək istəyirik ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-inz(84)-1186/2012 saylı, xx xxxxxxx 2012-ci il tarixli qərarı ilə hüquqları dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında iddiaçı tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, İsmayıllı şəhəri, M.Müşviq küçəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya, 0.103 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olmaqla İddiaçı istifadəsindədir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2inz(84)-1186/2012 saylı Qərarından çıxarışın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Əbülfət oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X8rşı “1030 kv.m həyətyanı torpaq sahəsi üzərində yerləşən İsmayıllı şəhəri, M.Müşfiq küçəsi 3, 1 saylı evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin X10 üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2- 2(107)-19/2013 saylı Qərarının təsdiqlənmiş surətindən görünür ki, cavabdeh DƏDRX-nin X10 apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********29 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş torpaq sahəsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinin balansında olan, Dövlət mülkiyyətinə aid olan torpaq sahəsində yerləşir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı ******** nömrəli ş/v-nin surəti, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X10 xx.xx.2019-cu il tarixli **********93 nömrəli imtina məktubu, xx.xx.1991-ci il tarixli akt, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X10 xx.xx.2019-cu il tarixli **********49 nömrəli etirazı, xx.xx.1991-ci il tarixli müqavilənin təsdiqlənmiş surəti, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2020-ci il tarixli **********84 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X8rşı “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-ci ildə verilmiş RX seriyalı ******* saylı Çıxarış üzrə fərdi yaşayış evinin yerləşdiyi və qanuni istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasının və vahid mülkiyyət hüququ üzrə müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərnə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Məhkəmə xərci iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 93 manat 56 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X2 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar