Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-352/2021 17.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X7rşı "Zərdab Rayonu Gödəkqobu Bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 17 nömrəli qərarına əsasən, həmin kənd ərazisindən bələdiyyənin ehtiyat fondundan "Abdulla axmazı" adlanan ərazidən kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükü məqsədi ilə verilmiş 0,90 ha torpaq sahəsi ilə bağlı müvafiq sənədləşdirmə işlərinin aparılması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1996-cı ildə Zərdab rayonu Gödəkqobu kəndində anadan olmuş və həmin ünvanda yaşayır. Zərdab rayonu "Gümüşlü" kolxozu Yerli X6nın sədri tərəfindən təsdiq edilmiş "Zərdab rayon Gödəkqobu kənd "Gümüşlü" kolxozunun islahata getməsi ilə əlaqədar həmin ərazidə özəlləşən torpaqdan pay almaq hüququ olan subyektlər siyahısı"nın 1038 və 1039-cu sətirlərində mülkiyyətinə torpaq payı veriləcək şəxslər kimi İddiaçı ailə üzvləri Əzizova Hicran Sədiyar qızı və X3 adları qeyd edilmişdir. Subyektlər siyahısına İddiaçı adı daxil edilməmişdir. Zərdab Rayon X6nın xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarına əsasən, Əzizova Hicran Sədiyar qızı və X3 mülkiyyətinə 1,83 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş və bununla bağlı JN-2xx xxx 90509028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Bundan sonra, Zərdab Rayon Gödəkqobu Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli iclasının 17 nömrəli protokol qərarına əsasən, İddiaçı aqrar islahat aparılan zaman pay torpağı ayrılmadığı nəzərə alınaraq ona 0,90 ha pay torpağının ayrılması qərara alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, sözügedən torpaq sahəsi ilə bağlı müvafiq sənədləşdirmə işlərinin aparılması xahiş etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, müraciətdə qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslar olmadığından ərizənin icrası mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, o, uzun illər bələdiyyə tərəfindən ona ayrılan torpaq sahəsinin adına rəsmiləşdirilməsi və həmin torpağa dair müvafiq sənəd əldə olunması ilə bağlı çoxsaylı dövlət qurumlarına müraciət etmiş, lakin bunun bir nəticəsi olmamışdır. Cavabdeh iddia ilə bağlı xx.xx.2021-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bələdiyyə tərəfindən xüsusi mülkiyyətə verilməsinə qanunla icazə verilməyən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin iddiaçıya pay torpaq sahəsi kimi verildiyini bildirmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Zərdab Rayon X6nın xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarından görünür ki, Əzizova Hicran Sədiyar qızı və X3 mülkiyyətinə 1,83 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş və bununla bağlı JN-2xx xxx 90509028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. - İşdə olan, Zərdab Rayon Gödəkqobu Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli iclasının 17 nömrəli protokol qərarından görünür ki, İddiaçı aqrar islahat aparılan zaman pay torpağı ayrılmadığı nəzərə alınaraq ona 0,90 ha pay torpağının ayrılması qərara alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Zərdab rayon Gödəkqobu kəndində mülkiyyətinə torpaq payı veriləcək şəxslər siyahısında İddiaçı adının aşkarlanmadığı bildirilmişdir. - İşdə olan, cavabdehin xx.xx.2021-ci il tarixli **********97 nömrəli etiraz məktubundan görünür ki, bələdiyyə tərəfindən xüsusi mülkiyyətə verilməsinə qanunla icazə verilməyən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin iddiaçıya pay torpaq sahəsi kimi verilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində deyilir ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X6, Naxçıvan Muxtar Respublikası X6, rayon və X10 komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinin üçüncü hissəsində deyilir ki, islahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Həmin Qanunun 21-ci maddəsinin dördüncü hissəsində deyilir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Bundan başqa, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində deyilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.3-cü maddəsinə görə, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinin birinci cümləsinə görə, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Həmin maddənin 3-cü bəndinə görə, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Sadalanan normaların birgə təhlilindən görünür ki, bələdiyyələrin torpaq islahatını həyata keçirmək, yaxud islahat zamanı yol verilmiş nöqsanları aradan qaldırmaq səlahiyyəti yoxdur. Digər tərəfdən, qanunvericilikdə bələdiyyə torpağının dəyəri ödənilmədən xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar və kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar istisna olmaqla, qalan bələdiyyə torpaqlarının nəinki pulsuz mülkiyyətə verilməsi, hətta satılması imkanı belə nəzərdə tutulmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin normanın mənasına görə, bələdiyyə orqanları tərəfindən özünə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün o halda əsas hesab edilir ki, həmin aktlar qanunla müəyyən olunmuş qaydada qəbul edilmiş olsun. İşdən isə görünür ki, Zərdab Rayon Gödəkqobu Bələdiyyəsinin iddiaçıya torpaq sahəsi ayrılması barədə qərarı qanunla müəyyən olunmuş qaydada qəbul edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, bələdiyyənin həmin qərarı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasına və hüququnun qeydiyyata alınmasına əsas vermir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh 0,90 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X7rşı "Zərdab Rayonu Gödəkqobu Bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli 17 nömrəli qərarına əsasən, həmin kənd ərazisindən bələdiyyənin ehtiyat fondundan "Abdulla axmazı" adlanan ərazidən kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükü məqsədi ilə verilmiş 0,90 ha torpaq sahəsi ilə bağlı müvafiq sənədləşdirmə işlərinin aparılması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-352/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-352/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver