Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-353/2020 20.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X14rşı "Mingəçevir şəhəri Naxçıvan küçəsi 48/1 nömrəli evin 11 nömrəli mənzilinə onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: "Soyuzenerqostroyprom" trestinin "Yujenerqoteploisolyasiya" kombinatının həmkarlar komitəsinin və müdiriyyətinin xx.xx.1988-ci il tarixli birgə iclasının qərarına əsasən, Mingəçevir şəhəri Park döngəsi 19/3 nömrəli evin iki otaqlı 11 nömrəli mənzilinin İddiaçı verilməsi qərara alınmışdır. Həmin mənzilin ünvanı hazırda belədir: ünvan 1 mənzil 11. Mingəçevir ŞİH başçısının xx.xx.2000-ci il tarixli 375 nömrəli sərəncamına əsasən, Az.DRES yaşayış massivində yerləşən yaşayış binaları, o cümlədən həmin mənzilin yerləşdiyi bina Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İB-nin balansına verilmişdir. Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İB-nin 3 saylı MİS ilə İddiaçı arasında həmin mənzillə bağlı kirayə müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, həmin mənzilin özəlləşdirilməsinə kömək göstərilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********48 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, həmin mənzil müvəqqəti ev kimi istifadə etmək üçün verildiyindən İddiaçı həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını belə əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, mənzil ona müvəqqəti istifadə üçün verilsə də, o, 30 ildir ki, həmin mənzildə yaşayır. Həmin müddət ərzində heç kim mənzildən istifadə hüququnu mübahisələndirməyib. Bu səbəbdən də mənzilin onun mülkiyyətinə verilməsi mümkündür. Cavabdeh iddiaya qarşı xx.xx.2019-cu il tarixli etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, "Soyuzenerqostroyprom" trestinin "Yujenerqoteploisolyasiya" kombinatının həmkarlar komitəsinin və müdiriyyətinin xx.xx.1988-ci il tarixli birgə iclasının qərarından görünür ki, Mingəçevir şəhəri Park döngəsi 19/3 nömrəli evin iki otaqlı 11 nömrəli mənzilinin İddiaçı verilməsi qərara alınmışdır. - İşdə olan, cavabdehin xx.xx.2019-cu il tarixli **********48 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 48/1 nömrəli evin 11 nömrəli mənzili müvəqqəti ev kimi istifadə etmək üçün verildiyindən İddiaçı mülkiyyət hüquqlarının həmin mənzil üzərində qeydiyyata alınması mümkün deyil. - İşdə olan, X23 Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 1394 nömrəli məktubundan görünür ki, İddiaçı 1988-ci ildən ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır və qeydiyyatdadır. Həmin mənzil artıq xidməti statusunu itirmişdir. Odur ki, X23 Hakimiyyəti həmin mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində deyilir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində deyilir ki, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 6-cı maddəsinin birinci hissəsində deyilir ki, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Sadalanan normaların birgə təhlilindən görünür ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri (evləri) Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Mənzil sahəsinin orderi və mənzil kirayə müqaviləsi mövcud olmadıqda, mənzilin verilməsinə dair sərəncam mənzilin özəlləşdirilməsi üçün kifayət edir və mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan bu sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İşdən göründüyü kimi, iddiaçı mənzilin ona ayrılması barədə "Soyuzenerqostroyprom" trestinin "Yujenerqoteploisolyasiya" kombinatının həmkarlar komitəsinin və müdiriyyətinin xx.xx.1988-ci il tarixli birgə iclasının qərarını cavabdehə təqdim etmiş və cavabdeh bu sənədlə bağlı irad bildirməmişdir. Cavabdehin imtinasının əsası mənzilin xidməti olmasından ibarətdir. Bununla bağlı məhkəmə tərəfindən Mingəçevir ŞİH-ə sorğu edilərək alınmış xx.xx.2020-ci il tarixli 1394 nömrəli cavab məktubu ilə müəyyən edildi ki, iddiaçı 1988-ci ildən ailəsi ilə birlikdə həmin mənzildə yaşayır, həmin mənzil artıq xidməti statusunu itirmişdir və Mingəçevir ŞİH mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmir. Göründüyü kimi, qeyd olunan mənzil artıq xidməti deyildir, bu səbəbdən də həmin mənzilin özəlləşdirilməsinə mane olan hal yoxdur. Cavabdeh göstərilən mənzilin xidməti mənzil olması ilə bağlı məhkəməyə digər bir sübut təqdim edə bilmədi. Bundan başqa, Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İB-nin 3 saylı MİS-in xx.xx.2019-cu il tarixli 609 nömrəli arayışından görünür ki, qeyd olunan mənzildə yaşayış hüququ olmaqla iddiaçı, onun arvadı X11, övladları X5 və X6, yaşayış hüququ olmayan X4, X7, X8 (2009-cu il təvəllüdlü) və X9 (2013-cü il təvəllüdlü) qeydiyyatdadırlar. Yetkinlik yaşına çatmayan X8 və X9 istisna olmaqla, digər şəxslərin hamısı ərizə verərək mənzilin İddiaçı adına özəlləşdirilməsinə razı olduqlarını bildirmişlər. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh mənzilin iddiaçının adına özəlləşdirilməsindən imtina etməkdə haqlı olmamışdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Mingəçevir şəhəri Naxçıvan küçəsi 48/1 nömrəli evin 11 nömrəli mənzilinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X20 üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-353/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-353/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver