Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-353/2022 24.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli **********25 saylı imtinasının əsassız sayılması, Zaqatala rayonu 2-ci kolxoz bazarının şimal-qərb tərəfindəki ərazidən şəhərin cənub-qərb yaşayış massivinin planlaşma layihəsinin sənaye malları nəzərdə tutulan yerdən X1 adına verilmiş 25,2 kv.m torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********25 saylı imtinasının əsassız sayılması, Zaqatala rayonu 2-ci kolxoz bazarının şimal-qərb tərəfindəki ərazidən şəhərin cənub-qərb yaşayış massivinin planlaşma layihəsinin sənaye malları nəzərdə tutulan yerdən X1 adına verilmiş 25,2 kv.m torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, anası İddiaçı ilə atası X2 1985-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Mərhum atası bir müddət Zaqatala şəhərində yaşadıqdan sonra Naxçıvan şəhərinə gəlmiş, burada ailə həyatı qurduqdan sonra təxminən 1986-cı ildə ailəsi ilə birlikdə Zaqatala şəhərinə köçmüşdür. Atası Zaqatalada uzun müddət icra nümayəndəsi işləmişdir. Təxminən 2001-ci ildə müəyyən səbəblərdən Nümayəndə atası ailəsi ilə birlikdə Naxçıvan şəhərinə qayıtmışdır. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli sərəncamı əsasında mağaza tikintisi üçün Zaqatala rayonu 2-ci kolxoz bazarının şimal-qərb tərəfindəki ərazidən şəhərin cənub-qərb yaşayış massivinin planlaşma layihəsinin Sənaye Malları mağazasının tikintisi nəzərdə tutulan yerdən 25,2 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamda qeyd olunmuşdur ki, X1 mülkiyyətinə həmin torpaq sahəsinin verilməsinə dair ilkin razılıq əldə edilsin. Həmçinin mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri sənədlərin hazırlanması rayonun torpaq şöbəsinə (əvvəlki adı ilə) tapşırılmışdır. Bundan əlavə həmin sərəncam əsasında verilmiş torpaq sahəsi barədə Zaqatala rayon bələdiyyəsi ilə X2 arasında 30 dekabr 1999-cu il tarixində torpağın alqı-satqısına dair müqavilə bağlanmış, buna dair 1999-cu il tarixdə akt tərtib olunmuş və həmçinin torpaq sahəsin satılması barədə Zaqatala rayon bələdiyyəsi tərəfindən 27 dekabr 1999-cu il tarixli, 584 sayl qərar qəbul edilmişdir. Bundan əlavə həmin akt (torpaq sahəsinin alqı-satqısına dair) Zaqatala rayon torpaq şöbəsində 29 dekabr 1999-cu il tarixdə 269 nömrə ilə X1 adına qeydiyyata alınmışdır. Nümayəndə atası X2 xx.xx.2009-cu ildə rəhmətə getmişdir. X2 rəhmətə getdikdən sonra Azərbaycar Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən onun mirası birinci növbəli vərəsə kim hal-hazırda nümayəndəsi olduğu anası (miras qoyanın həyat yoldaşı) tərəfindən qəbul edilmiş və miras qəbul edildikdən sonra vərəsəlik icraatına əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib olunmuşdur. Həmin şəhadətnamə əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınırmış Naxçıvan şəhəri, 6-cı məhəllə ünvanında yerləşən 0.0634 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 26 nömrəli fərdi yaşayış evi mirası qəbul etmiş həyat yoldaşı (miras qoyanın) İddiaçı adına daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmışdır. AR Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən miras istər qanun üzrə, istər vəsiyyət üzrə qəbul edilir. Həmçinin həmin Məcəllənin müvafiq maddələrinə əsasən mirasın qismən qəbuluna yol verilmir. Həmçinin mirasın bir hissəsinin qəbulu onun hamısının qəbulu deməkdir. Yəni mirasın nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq onun bütövlükdə qəbulu prosesi baş verir. Hal-hazırda yuxarıda qeyd edildiyi kimi nümayəndəsi olduğu şəxs həyat yoldaşından miras qalmış fərdi yaşayış evini miras əmlak kimi qəbul edibsə, bu o deməkdir ki, Zaqatala rayonunda yerləşən torpaq sahəsini də miras əmlak kimi qəbul etmişdir. Buna görə də hal-hazırda bu miras əmlakın da hazırkı şəxs tərəfindən adına sənədləşməsi zərurəti vardır. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********25 nömrəli imtina məktubunda qeyd etmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan 25,2 kv.m torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki yerləşmə vəziyyətində olan ölçülər arasında fərq var. Həmçinin həmin torpaq sahəsinin alqı-satqısına dair Aktın əsli ərizəyə əlavə edilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli ərizə təqdim edərək iddianı geri götürdüyünü bildirmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, o, müraciəti ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişdir. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddia tərəfi iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X5 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddianın geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli **********25 saylı imtinasının əsassız sayılması, Zaqatala rayonu 2-ci kolxoz bazarının şimal-qərb tərəfindəki ərazidən şəhərin cənub-qərb yaşayış massivinin planlaşma layihəsinin sənaye malları nəzərdə tutulan yerdən X1 adına verilmiş 25,2 kv.m torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-353/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-353/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver