Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3536/2025 27.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «ünvanlı dövlət sosial yardımın təyin edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I.İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və ünvanlı dövlət sosial yardımın 2024-cü ilin noyabr və dekabr aylarında Nazirliyə ünvanlanmış elektron ərizənin təyin olunmayan noyabr, dekabr ayları, o cümlədən, 2025-ci ilin sonradan təyin olunmayan yanvar, fevral, mart ayları üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “ünvanlı dövlət sosial yardımın xx.xx.2024-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Ünvanlı dövlət sosial yardımın (ÜDSY) təyin edilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiesi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatına 2024-cü ilin noyabr ayında və xx.xx.2024-cü il tarixində müvafiq olaraq **********1563-1 nömrəli və **********1080-1 nömrəli müraciətlər olunmuşdur. Həmin müraciətlərinə Nazirliyin X1 üzrə Mərkəzi Filialında baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları'na əsasən ÜDSY təyin olunmasindan imtina edilmişdir. Bildirir ki, daha əvvəl 2024-cü ilin noyabr ayında müvafiq sənədlərin əlavə edilməməsi, habelə kirayə qalmadığı, o cümlədən faktiki aliment aldığı əsas gətirilərək müraciətindən imtina olunmuş, ondan alimentin ödənilməməsi ilə bağlı Nizami rayon İcra və X3 tələb edilmişdir. 2 dekabr 2024-cü il tarixində qeyd olunan çatışmazlıqlar aradan qaldırılmış, tələb olunan Arayış əldə edilərək Nazirliyə təqdim olunmuşdur. Buna baxmayaraq, müraciətindən bu dəfə də əsassız olaraq imtina edilmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və Ünvanlı Dövlət Sosial Yardımın 2024-cü ilin noyabr və dekabr aylarında Nazirliyə ünvanlanmış elektron ərizənin təyin olunmayan noyabr, dekabr ayları, o cümlədən, 2025-ci ilin sonradan təyin olunmayan yanvar, fevral, mart ayları üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qovulması zərurəti yaranmışdır. Hal-hazırda aztəminatlı ailə olduğu üçün onlara - həmin ailənin təmsilçisi qismində ona Ünvanlı Dövlət Sosial Yardımı ödənilməlidir. Hal-hazırda sosial yardımın ləyin olunmasından imtina edilməsi üçün hər hansı əsas mövcud deyildir. Cavabdeh orqan iddia tələbinə etirazını və etirazı əlavəni aşağıdakı kimi əsaslandırmışdır: - Etirazda ‘Ünvanlı dövlət sosial yardım haqqında Qanunun 1.0.3, 6.2, 6.3, 7.1, 7.3cü maddələrinə, Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" na, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-442/2021 nömrəli və xx.xx.2025-ci il tarixli 2-1(102)-1480/2025 nömrəli qərarlarına istinad olunaraq qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə X5 və X8 (VEMTAS) vasitəsilə müraciət edərək ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmişdir. Ərizəbəyənnamədə İddiaçı VEMTAS-a daxil etdiyi xx.xx.2024-cü il tarixli **********1563-1 nömrəli və xx.xx.2024-cü il tarixli **********1080-1 nömrəli rəsmi müraciətləri əsasında Qaydalara uyğun olaraq ailənin maddi-məişət şəraiti yoxlanılmış, ailənin gəlirləri barədə məlumatın düzgün göstərməməsi (aliment ilə bağlı icra və probarsiya sənədi təqdim olunmayıb) və kirayədə qalması barədə məlumatı qeyd etməməsi (kirayə müqaviləsi təqdim olunmayıb) səbəbindən sosial yardım müraciətinə imtina verilmişdir. Beləliklə 06 mart 2024-cü il tarixdə ünvanlı dövlət sosial yardımının təyin edilməsindən aşağıdakı əsaslarla imtina edilmişdir: 1. Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi (aliment ilə bağlı icra və probarsiya sənədi təqdim olunmayıb); 2. “Ailənin kirayədə qalması barədə məlumatın öz təsdiqini tapmaması” əsası ilə ÜDSY təyin edilməsindən imtina edilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdıraraq yoxlanılmasını həyata keçirir. İddiaçının iştirakı ilə tərtib olunmuş xx.xx.2024-cü i il tarixli yoxlama aktında aşağıdakılar qeyd olunmuşdur: “Faktiki ünvanının Biləcəri qəsəbəsində yerləşdiyi müəyyən olunmuş, evdə kirayə qaldığı və 250 manat kirayə ödədiyini bildirdi. Kirayə müqaviləsinin olmadığını, ailə gəlirlərinin 300 AZN və 65 AZN təhsil təqaüdündən ibarət olduğunu dedi. Təmsilçi rəsmi nikahda olmuş və ayrılmışdır .Məhkəmə qətnaməsinə əsasən 235+150 AZN aliment ödənilməsi qət edilmişdir. Aliment almadığını bildirmiş və təxminən 39500 AZN aliment borcunun yarandığını dedi.” Bildirilir ki, iddiaçı ərizə-bəyannamədə faktiki yaşayış ünvanı ilə bağlı məlumatlarda yaşayış ünvanı kimi ünvan 1rayədə (kirayə müqaviləsi əsasında) yaşadığını bəyan etmişdir. Lakin, iddiaçının ərizə-bəyannamədə qeyd etdiyi ünvana əyani baxış keçirilən zaman ailənin kirayədə qalması ilə bağlı məlumat öz təsdiqini tapmamış, təmsilçi tərəfindən kirayə müqaviləsi təqdim edilməmişdir. Beləliklə, təmsilçi tərəfindən ərizə-bəyannamə doldurularkən məlumatlar düzgün qeyd edilməmişdir. İddiaçı ərizəbəyannamədə ünvanda kirayə qaldığını bəyan etsə də, bu məlumat X1 zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, sözügedən halda övladının saxlanması üçün kömək etmək ilk növbədə onların ailə üzvü, yəni atasının borcudur, lakin iddiaçı övladlarının atasının əvəzində ünvanlı dövlət sosial yardımının təyin olunmasını tələb edir. Bugünədək nikah münasibətləri pozulmuş iddiaçının keçmiş həyat yoldaşının uşaqlarına hansı məbləğdə maddi yardım göstərdiyini bildirməmişdir. Bu maddi yardımlar da eyni zamanda ailənin gəlirləri hesab olunsa da, ərizə-bəyənnamədə qeyd olunmamışdır. İddiaçının müraciəti əsasında “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar edilmiş, bununla belə ailənin maddi- məişət müayinəsi zamanı bu uyğunsuzluqlar aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, Fondun X1 üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-72585/2025 nömrəli məktubuna əsasən bildirilir ki, İddiaçı sosial yardımın təyin edilməsi ilə bağlı ailəni təmsil edən şəxs qismində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2022-ci il tarixli **********06101-197 nömrəli rəsmi müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na (Qaydalar) uyğun olaraq yoxlanılmış və “Ərizəbəyannamə”də qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilmədiyi üçün ailəyə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək aylıq 296.78 manat məbləğində sosial yardım təyin olunmuşdur. Həmçinin İddiaçı VEMTAS-a daxil etdiyi xx.xx.2023-cü il tarixli **********29201-197 nömrəli rəsmi müraciəti əsasında Qaydalara uyğun olaraq ailənin maddi-məişət şəraiti yoxlanılmış, kirayədə qalması barədə məlumatı qeyd etmədiyi (kirayə müqaviləsi təqdim olunmayıb) və ümumi istifadəli sayğacının (işıq sayğacından birgə istifadə olunub) olması səbəbindən sosial yardım müraciətinə imtina verilmişdir. İddiaçı VEMTAS-a daxil etdiyi xx.xx.2023-cü il tarixli **********96701-197 nömrəli rəsmi müraciətinə əsasən Qaydalara uyğun olaraq ailənin maddi-məişət şəraiti yoxlanılmış və “Ərizə-bəyannamə”də qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilmədiyi üçün ailəyə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək aylıq 383.65 manat məbləğində sosial yardım təyin olunmuş, lakin xx.xx.2023-cü il tarixində VEMTAS tərəfindən vətəndaşın əmək müqaviləsinə xitam (xx.xx.2025) verildiyi və növbəti 1 ay ərzində əmək müqaviləsi bağlamadığı müəyyən edildiyindən təyinat dayandırılmışdır. İddiaçı VEMTAS-a daxil etdiyi xx.xx.2023-cü il tarixli **********30901-197 nömrəli rəsmi müraciəti Qaydalara uyğun olaraq qurumlarla yoxlanılmış və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü X4 təhsil alması barədə məlumatların öz təsdiqini tapmaması səbəbindən sosial yardım müraciətinə imtina verilmişdir. İddiaçı VEMTAS-a daxil etdiyi xx.xx.2023-cü il tarixli **********30902-197 nömrəli rəsmi müraciətinə əsasən Qaydalara uyğun olaraq ailənin maddi-məişət şəraiti yoxlanılmış və “Ərizə-bəyannamə”də qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilmədiyi üçün ailəyə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək aylıq 327.2 manat məbləğində sosial yardım təyin olunmuşdur. İddiaçı VEMTAS-a daxil etdiyi xx.xx.2024-cü il tarixli **********1563-1 nömrəli və xx.xx.2024-cü il tarixli **********1080-1 nömrəli rəsmi müraciətləri əsasında Qaydalara uyğun olaraq ailənin maddi-məişət şəraiti yoxlanılmış, ailənin gəlirləri barədə məlumatın düzgün göstərməməsi (aliment ilə bağlı icra və probarsiya sənədi təqdim olunmayıb) və kirayədə qalması barədə məlumatı qeyd etməməsi (kirayə müqaviləsi təqdim olunmayıb) səbəbindən sosial yardım müraciətinə imtina verilmişdir. Yuxarıda qeyd olunan müraciətlərin nəticələri barədə məlumat təmsilçinin “Ərizəbəyannamə”də qeyd olunan əks-əlaqə vasitəsinə göndərilmişdir. Bundan sonra ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun müəyyən olunması ilə bağlı VEMTAS-a rəsmi müraciəti olmamışdır. - İş materiallarında olan xx.xx.2024-cü il tarixli ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərardan görünür ki, ünvanlı dövlət sosial yardımın alınması üçün xx.xx.2024-cü il tarixli **********1080-1 nömrəli müraciətə cavab olaraq bildirilmişdir ki, “Ailənin kirayədə qalması barədə məlumatın göstərilməməsi”, “Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbindən ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İPM-ə uyğun olaraq sosial yardım təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. - Ailənin X1 barədə xx.xx.2024-cü il tarixli məlumat vərəqəsindəki əlavə məlumat hissəsində aşağıdakı məlumatlar qeyd edilmişdir: “Ünvanda olduq. Faktiki ünvanın Biləcəri qəsəbəsində yerləşmədiyi müəyyən olundu. Evdə kirayədə qaldığını, 250 AZN kirayə ödədiyini dedi. Kirayə müqaviləsi olmadığını dedi. Ailə gəlirlərinin ümumilikdə 300 AZN və 65 AZN təhsil təqaüdündən ibarət olduğunu dedi. Təmsilçi rəsmi nikahda olub ayrılıb. Məhkəmə qətnaməsi təqdim edildi. Aliment 235+150 AZN qət edilib. Aliment almadığını bildirdi. 39500 AZN təmsilçiyə aliment borcu var. İİ.Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı, 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2-ci bənd. Sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş X10 və X14 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. (-); 2.5-ci bənd. kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. (-). 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin X1”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. (-). “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. İİİ.Məhkəmənin mövqeyi. İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın əsaslılığı: Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi iddiaçı tərəfindən “ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” və “ailənin kirayədə qalması barədə məlumatın göstərilməməsi” qeyd edilmişdir. İddiaçı, qeyd edilən əsaslarla imtinanın qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. İşin faktiki hallarına əsasən iddiaçının ailəsi 3 nəfərdən ibarətdir, onlardan biri tələbə, digəri isə yetkinlik yaşına çatmamış şəxsdir. Cavabdeh orqanın iddiaya qarşı əsas dəlili iddiaçının “ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” və “ailənin kirayədə qalması barədə məlumatın göstərilməməsi” ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7-ci bəndində sosial yardımın təyin olunmasından imtina əsasları göstərilmişdir. Cavabdeh orqan bildirir ki, iddiaçı tərəfindən aliment ilə bağlı icra və probasiya sənədi təqdim olunmamışdır. Cavabdeh orqan bunu “ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” kimi qəbul edib iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtinaya səbəb olan digər dəlili “ailənin kirayədə qalması barədə məlumatın göstərilməməsi” dir. Məhkəmə qeyd edir ki, ailənin gəlirləri barədə uyğunsuzluq Qaydaların 3.7.2-ci bəndində göstərilmiş vəziyyəti yaratdıqda imtinaya əsas təşkil edə bilərdi. Həmin bəndə görə sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilər. Cavabdeh orqan Qaydaların 3.7.2-ci bəndində göstərilən səbəblərin mövcud olduğunu sübut etmədən və əsaslandırmadan imtina qərarı vermiş, məhkəmə araşdırması zamanı da, aşkar edilmiş uyğunsuzluqların ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtinaya səbəb olması müəyyən edilməmişdir. Həmin qaydaların 3.7.1-ci bəndində imtina əsası kimi “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunması göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının VEMTAS vasitəsilə ünvanlı sosial yardımla bağlı müraciətlərində göstərdiyi və cavabdehin müvafiq məlumatların yoxlanılması zamanı düzgün məlumat vermədiyi hallar kimi göstərdiyi hallar (ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi və ailənin kirayədə qalması barədə məlumatın göstərilməməsi) özü-özlüyündə iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya səbəb olan hallar kimi qiymətləndirilə bilməz. Belə ki, işin hallarından da göründüyü kimi iddiaçının keçmiş əri tərəfindən aliment ödənilmir və ailəsi ilə birlikdə kirayədə yaşayır. Məhkəmə qeyd edir ki, göstərilən hallar ünvanlı sosial yardımın təyin edilməsinə maneə olan hal deyildir. Təyin olunan məbləğinin müəyyənləşdirilməsində də heç bir əhəmiyyət kəsb etmir. Odur ki, həmin hallar iddiaçıya “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tələblərinə uyğun olaraq sosial yardımın təyin olunmasından ümumiyyətlə imtina edilməsinə əsas hesab edilə bilməzdi. Məhkəmə onu da qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının təmsil etdiyi ailəyə əvvəllər bir neçə dəfə ünvanlı sosial yardım təyin olunmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək aylıq 327.2 manat məbləğində sosial yardım təyin olunmuşdur. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, 2005-ci ildən kirayədə yaşayır. Beləliklə, məhkəmə, cavabdeh orqanın etirazında ünvanlı sosial yardımın təyin edilməsi üçün əsaslı hüquqi maneələrin mövcudluğunu sübut edə bilməməsi faktını, həmçinin iddiaçının verdiyi məlumatların Qaydaların 3.7.2-ci bəndində nəzərdə tutulan ailənin orta aylıq gəlirinin ehtiyac meyarının məcmusuna bərabər və ya ondan yuxarı olması halını yaratmadığına dair aşkar bir əsaslandırma təqdim etməməsini müəyyən edərək inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun tələb etdiyi obyektiv və hərtərəfli araşdırma aparmadığını, əksinə, aliment ilə bağlı icra və probasiya sənədi təqdim olunmaması və ailənin kirayədə qalması barədə məlumatın göstərilməməsi kimi formal səbəbləri əsas tutaraq Konstitusiyanın 38-ci maddəsi ilə qorunan sosial təminat hüququnu əsassız yerə məhdudlaşdıran qərar qəbul etdiyini nəzərə alır. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki iddia təmin edilməli, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə iddiaçı İddiaçı xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardım təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı aztəminatlı ailəsinə xx.xx.2024-cü il tarixdən 01 il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7 Əsədova
Məhkəmə qərarları › İş №2-1(116)-3536/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3536/2025
27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver