Məhkəmə qərarları › İş №2-1(116)-354/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-354/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-354/2020 01.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı X8 qarşı “mülkiyyətində olan İsmayıllı rayonu, Talıstan kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.1199 ha torpaq sahəsinin şəxsi mülkiyyət hüququ üzrə onun adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: Cavabdeh orqan tərəfindən xx.xx.2018-ci il tarixli, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu, Talıstan kəndində yerləşən fərdi yaşayı evinə dair iddiaçının mülkiyyət hüququ qeydə alınsa da həmin evin yerləşdiyi 0,1199 ha torpaq sahəsi onun mülkiyyəti kimi deyil, bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Həmin torpaq sahəsi iddiaçıya 1985-ci ildə ayrılmış, evi isə o, 1993-cü ildə tikdirmişdir. İddiaçı evi tikdirdikdən sonra işləri ilə əlaqədar ailəsi ilə birlikdə X1 Muxtar Respublikasının Buqılma şəhərinə köçmüş və bir müddətdən sonra RF-nin vətəndaşlığını əldə etmişdir. İddiaçı hal-hazırda da işləri ilə əlaqədar olaraq ailəsi ilə birlikdə əsasən Buqılma şəhərində yaşayır. İddiaçı hesab edir ki, torpaq sahəsi ona ayrılanda və o, orada ev tikdirəndə hələ Azərbaycan Respublikasının vətəndaşı olduğundan və fərdi yaşayış evi onun şəxsi mülkiyyətinə verildiyindən onun yerləşdiyi 0,1199 ha torpaq sahəsi üzrə də şəxsi mülkiyyət hüququ qeydə alınmalıdır. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda istinad etdiyi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi iddiaçı RF-nin vətəndaşlığını qəbul etdikdən uzun müddət sonra, yəni 2000-ci ildə qüvvəyə mindiyindən iddiaçı belə qənaətə gəlir ki, Məcəllə ona şamil olunmamalıdır. Cavabdehin etirazının dəlilləri: İddiaçı Musayev X2 rayonu, Talıstan kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.1199 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, İddiaçı xarici ölkə vətəndaşıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxsər, xarici hüquqi şəxsər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilər. 48.3-cü maddəyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxsər, xarici hüquqi şəxsər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə görə də müraciətinin icrası mümkün olmamışdır. İş materiallarında olan 92 09 772608 nömrəli şəxsiyyəti təsdiq edən sənədin surətindən müəyyən edilir ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. İş materiallarında olan cavabdeh orqan tərtib edilmiş “Texniki pasport” və RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, İsmayıllı rayonu, Talıstan kəndində yerləşən 0.1199 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 229 nömrəli arxiv arayışının təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayonu, 65 nömrəli arxiv fondunda saxlanan Talıstan kənd İƏD üzrə RİHB-nin nümayəndəliyinin 1991- 2000-ci illərin təsərrüfatbaşına kitablarında İddiaçı ailə başçısı olmaqla istifadəsində 0.12 ha həyətyanı torpaq sahəsi və sahəsi 80 kv.m olan yaşayış evi vardır. Arxiv arayışında İddiaçı qaib olma qrafasında Vİİİ 1991-ci ildən RSFSR-ə getməsi qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı rayonu, Talıstan bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 91 saylı iş üzrə cavabdehə ünvanlanan məktubunda qeyd edilir ki, Talıstan kəndi ərazisində vətəndaşların həyətyanı və bağ sahələrinə şəhadətnamə hazırlanan zaman İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsinə müvafiq sənəd hazırlanmamışdır. Vətəndaşın istifadəsində olan 0.1199 ha həyətyanı torpaq sahəsinə hazırlanmış xx.xx.2011-ci il tarixli AN 363075 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən sənədlərin hazırlanmasına Talıstan bələdiyyəsi etiraz etməmişdir. İş materiallarında olan A seriyalı 363075 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilmişdir ki, İsmayıllı rayon, AİK-nın xx.xx.1998-ci il tarixli 60 nömrəli Qərarı ilə 1199.43 kv.m həyətyanı torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 08/h-643 S.İ. nömrəli məktubunda qeyd edilir ki, xx.xx.1965-ci ildə İsmayıllı rayonunda anadan olmuş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət qeydə alınmamışdır. İş materiallarında olan İsmayıllı rayonu, Talıstan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid “Cədvəl”in təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin adlarına qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli 33/1511 nömrəli məktubundan müəyyən edilir ki, İddiaçı dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2004, xx.xx.2007, xx.xx.2007, xx.xx.2008, xx.xx.2008, xx.xx.2018, xx.xx.2018-ci illərdə ölkədən çıxdığına dair qeydlər vardır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara cavabdeh orqanın xx.xx.2019-cu il tarixli **********92, 92 09 772608 nömrəli şəxsiyyəti təsdiq edən sənədin surəti, İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 229 nömrəli arxiv arayışının təsdiq edilmiş surəti, İsmayıllı rayonu, Talıstan bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 91 saylı iş üzrə cavabdehə ünvanlanan məktubu, A seriyalı 363075 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surəti, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 08/h-643 S.İ. nömrəli məktubu, İsmayıllı rayonu, Talıstan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid “Cədvəl”in təsdiq edilmiş surəti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli 33/1511 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq hərbi vəziyyət və karantin rejiminin tətbiqi ilə əlaqədar, həmçinin yolun uzaq olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməmiş və iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madəsinin 2-ci bəndinə əsasən, islahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir. 2-ci maddəsinə əsasən, aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması aqrar islahatın əsas istiqamətlərindən olmuşdur. 5-ci maddəsinin 1-ci bəndinə əsasən, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin qanunverici həmin torpaq sahələrin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, İsmayıllıı rayonunun Talıstan kəndində iddiaçının qanuni istifadələrində 0,12 ha həyətyanı torpaq sahəsi olmuş, həmin torpaq sahəsində fərdi yaşayış evi mövcud olmuşdur. İsmayıllı rayon, AİK-nın xx.xx.1998-ci il tarixli 60 nömrəli Qərarı ilə 1199.43 kv.m həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və adına A seriyalı 363075 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Yuxarıda sadalanan maddi hüquq normaları Azərbaycan Respublikasında keçirilən aqrar islahatın nəticəsində aqrar bölmədə yeni mülkiyyət növlərinin formalaşdırılmasını və vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi ilə bərabər, həmin torpaqların vətəndaşların mülkiyyətinə onların qanuni istifadəsində olan ölçüdə verilməsini də tənzimləmişdir. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı hal-hazırda əcnəbi vətəndaş olsa da islahat aparılan zaman Azərbaycan Respublikasının vətəndaşı olaraq, İsmayıllı rayonu Talıstan kəndində qeydiyyatda olmuşdur. Qeyd olunan kənddə iddiaçının qanuni istifadəsində olan 1199.43 kv.m həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Dövlət qeyd olunan torpaq sahəsini sonuncunun mülkiyyətinə əvəzsiz olaraq verməklə həmin torpaq sahəsini ona bağışlamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 4-cü bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Şərh olunan qanunvericilik normasının məzmunundan göründüyü kimi xarici fiziki şəxslərin torpaq sahələri üzərində mülkiyyət hüquqları vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində əmələ gələ bilər, bu əqdlər nəticəsində onların hüquqları qeydiyyata alınmalı lakin qeydiyyat anından bir il müddətində özgəninkiləşdirilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xarici fiziki şəxs olmasına baxmayaraq mübahisə predmeti olan torpaq sahəsi ona bağışlama qaydasında verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və iddiaçının tələbi üzrə cavabdehin üzərinə mübahisə predmeti olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi qoyulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı X7 üzərinə İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu, Talıstan kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.1199 ha torpaq sahəsinin şəxsi mülkiyyət hüququ üzrə onun adına qeydə alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar