Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-354/2022 11.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdehlər İsmayıllı rayon İcra Hakimiyyətinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı ünvan 1 ünvanında yerləşən mülkün (0.02 ha) həyətyanı torpaq sahəsinin Xalid Əlimərdanovun mülkiyyətinə verilməsi barədə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06.04.1999-cu il tarixli 74 saylı qərarının və həmin qərar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin 1/3 hissəsinə İddiaçı adının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər İsmayıllı rayon İcra Hakimiyyətinə və DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı rayon Lahıc qəsəbəsi Nizami Hüseynov küçəsi ev 51 ünvanında yerləşən mülkün (0.02 ha) həyətyanı torpaq sahəsinin Xalid Əlimərdanovun mülkiyyətinə verilməsi barədə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06.04.1999-cu il tarixli 74 saylı qərarının və həmin qərar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin 1/3 hissəsinə İddiaçı adının dəyişdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbində göstərmişdir ki, İsmayıllı rayonu Lahıc qəsəbəsi ünvan 2 ünvanda yerləşən mülk 1937-1938-ci illərdə dünyasını dəyişmiş Baxış Əlimərdan oğlunun mülkiyyətində və istifadəsində olan əmlak olub. Baxış Əlimərdan oğlunun övladları – X2, X5, X3, X6 olub. Əlimərdanov Mahmud vəfat etmişdir. Onun həyat yoldaşı Əlimərdanova Klara olmuşdur. O, Əli Əlimərdanovun nəvəsidir. Mədinə Şıxıyevanın oğlu isə X7muşdur (hazırda hər ikisi vəfat edib). Fizzə Əlimərdanovanın vərəsəsi yoxdur. Onun babası Əli Əlimərdanov 1900-cü ildə anadan olub, lakin doğum haqqında sənədi yoxdur. X4 oğlu olması faktı məhkəmə qətnaməsi ilə müəyyən edilib. O, 1932-1933-cü illərdə vəfat edib. Bu fakt da məhkəmə qaydasında müəyyən edilib. İsmayıllı rayonu Lahıc qəsəbəsi ünvan 3 ünvanda yerləşən mülk bu günə qədər onun sahibliyindədir. Belə ki, həmin mülkü o, sənətkarlara illərdir ki, icarəyə verir. Buna baxmayaraq torpaq islahatı zamanı İsmayıllı rayon AİK-nın 06.04.1999-cu il tarixli 74 saylı qərarına əsasən həmin mülkün həyətyanı torpaq sahəsi xalid Əlimərdanovun adına qeyd edilib. Belə bir adam isə ümüumiyyətlə mövcud deyil. İşdə olan, İsmayıllı rayon İH-nin 10.01.2022-ci il tarixli 01/22 nömrəli məktubunda qeyd edilmişdir ki, aqrar islahat komissiyaları ləğv edilərkən hüquqi varisi yerli icra hakimiyyəti müəyyən olunmadığından tələb olunan sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İşəd olan, İsmayıllı rayon Dövlət Arxivinin 29.12.2021-ci il tarixli 63 №-li məktubundan görünür ki, İsmayıllı rayon AİK təşkil olunduğu tarixdən fəaliyyətinə xitam verilənədək heç bir sənədi arxiv fonduna təhvil verilməyib. İşdə olan, "xxxx" MMC-nin 10.02.2022-ci il tarixli və Əmlak Məsələləri Dövlət Xidmətinin 02.12.2021-ci il tarixli məktublarından görünür ki, arxivdə İsmayıllı rayonu Lahıc qəsəbəsinin həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısında Xalid Əlimərdanovun adı qeyd edilmişdir. Onun adəna verilmiş heç bir hüquq müəyyənedici sənəd aşkar edilmmişdir. Torpaq sahəsi 0.02 ha göstərilmişdir. Ailə tərkibi 1 nəfərdir. Şəhadətnamə və İsmayıllı RAİK-nın 06.04.1999-cu il tarixli 74 saylı qərarı arxivdə aşkar edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən 18.03.2022-ci il tarixdə iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də göründüyü kimi inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materialları ilə müəyyən edilir ki, İsmayıllı rayonu Lahıc qəsəbəsinin həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısında Xalid Əlimərdanovun adı göstərilmiş və ailə tərkibinin 1 nəfər (yalnız özü) olduğu qeyd edilmişdir. Məhkəmənin sorğuları ilə əldə edilən və iş materiallarına əlavə edilmiş məktublardan görünür ki, iddiada dəyişdirilməsi tələb edilən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06.04.1999-cu il tarixli 74 saylı qərarı və həmin qərar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş şəhadətnamə mövcud deyil. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 02.12.2021-ci il tarixli **********89 nömrəli və "xxxx" MMC-nin 10.02.2022-ci il tarixli **********44 nömrəli məktublarında qeyd edilir ki, İsmayıllı RAİK-nın 06.04.1999-cu il tarixli 74 saylı qərarı və həmin qərar əsasında verilmiş şəhadətnamə arxivdə aşkar edilməmişdir. İsmayıllı RİH də 10.01.2022-ci il tarixli 01/22 nömrəli məktubunda bildirmişdir ki, İsmayıllı RAİK-nın öz işini başa çatdırdıqdan sonra sənədləri RİH-də saxlanılmamış, bütün sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilmişdir. Həmçinin İsmayıllı rayon Dövlət arxivinə də sorğu verilmiş və Arxivin 29.12.2021-ci il tarixli 63 nömrəli məktubundan məlum olmuşdur ki, İsmayıllı RAİK-nın fəaliyyət dövrünə aid sənədlər arxiv fonduna təhvil verilməmişdir. Göründüyü kimi mübahisələndirilən qərar və iddiaçının adının daxil edilməklə (1/3 hissə) dəyişdirilməsini tələb etdiyi şəhadətnamə mövcud olmadığından, iddiaçının nəyə görə həmin sənədləri mübahisələndirməsi və adının daxil edilməsini arzu etdiyi şəhadətnamə olaraq hansı sənədi nəzərdə tutması aydın deyildir. Lakin, hər bir halda qaldırılmış iddia tələbi mümkün sayılmamamalıdır. Belə ki, tələbdə qeyd edilən məsələlərin həllinə iddia tələbində göstərilən orqanların heç biri cavabdehlik daşımır. Yəni, iddiaçı cavabdehlərdən onların səlahiyyətinə aid olmayan məsələlərin həllini tələb edir. Digər tərəfdən, hətta iddiaçının mübahisələndirdiyi sənədlər mövcud olsa idi belə, nəzərə alınmalıdır ki, X1 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X1 fəaliyyətdə olduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Məlumat üçün bildirilir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X10 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Qeyd olunan nöqsanlara münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir. İddiaçı, məhkəmənin hüquqi yardım məktubunu 12.04.2022-ci il tarixdə poçt vasitəsilə qəbul etməsinə baxmayaraq, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilir. İddiaçı cavabdehlər İsmayıllı rayon İcra Hakimiyyətinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı ünvan 1 ünvanında yerləşən mülkün (0.02 ha) həyətyanı torpaq sahəsinin Xalid Əlimərdanovun mülkiyyətinə verilməsi barədə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06.04.1999-cu il tarixli 74 saylı qərarının və həmin qərar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin 1/3 hissəsinə İddiaçı adının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(116)-354/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-354/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver