Məhkəmə qərarları › İş №2-1(116)-355/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-355/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-355/2020 25.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi Yevlax rayon filialına qarşı “xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək, həmçinin xx.xx.1978-ci ildən xx.xx.2001-ci ilədək Yevlax X2ynaqçı peşəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi Yevlax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək, həmçinin xx.xx.1978-ci ildən xx.xx.2001-ci ilədək Yevlax X2ynaqçı peşəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək Yevlax X2ynaqçı işləmişdir. xx.xx.1976-cı ildə hərbi xidmətə getmişdir. xx.xx.1978-ci ildə ordudan qayıtmışdır. Elə həmin müddətdən xx.xx.2001-ci il tarixədək Yevlax X2ynaqçı kimi fəaliyyətə başlamışdır. İddiaçının əmək kitabçası zavodda qaldığından qeyd olunan dövrü əhatə edən illəri əmək stajına əlavə etmək mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 izahat verərək bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9 və 20-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi ilə bağlı iddiaçı X8 İdarəsinə müraciət etməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə cavabdehin nümayəndəsi izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən mümkün sayılmamalıdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialının xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı X7 imtiyazlı şərtlərlə 2 nömrəli siyahı ilə yaşa görə əmək pensiyası tələbi ilə ərizəsi xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İddiaçının iş stajı barədə təqdim etdiyi sənədlərdə iş stajı əmək kitabçası ilə rəsmiləşmədiyi üçün imtina olunaraq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Yevlax rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(039)-2791/2018 nömrəli qətnaməsi ilə İddiaçı 1974-2001-ci illər Yevlax X2ynaqçı kimi əmək fəaliyyətində olma faktı müəyyən edilmişdir. Qətnamədən Apelyasiya şikayəti verilmiş Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Mülkü Kollegiyasının 2(107)-1476/2019 nömrəli iş üzrə Yevlax Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. İddiaçı Şəki Apelyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6131/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1476/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, İddiaçı imtiyazlı şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün iş stajı təsdiq edilmədiyindən pensiya təyin edilməmiş ərizəsi rədd edilmişdir. İddiaçı imtiyazlı şərtlərlə pensiya təyinatı üçün təkrar müraciətini DSMF-nun X8 İdarəsinə müraciət etməsi tövsiyə olunmuşdur. 2 nömrəli siyahı ilə pensiya təyinatını DSMF-nun X8 İdarəsi aparır. Məhkəmə tərəfindən iddiaçıya Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialının xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubuna münasibət bildirilməsi üçün xx.xx.2020-ci il tarixli məktub göndərilsə də iddiaçı xx.xx.2020-ci il tarixində məktubu xəbərnaməyə imza etməklə qəbul etsə də, onun tərəfindən məktuba münasibət bildirilməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının qeyd olunan tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı mübahisəli müddətin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə güzəştli şərtlərlə pensiya almaq hüququnun reallaşmasında ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019- cu il tarixli **********2 nömrəli əmri ilə Dövlət Sosial Müdafiə Fondunun “İri sığortaedənlərlə iş üzrə Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2003- cü il tarixli 133 nömrəli və “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 06 nömrəli əmrlər ləğv edilmiş, “X8 İdarəsi haqqında Əsasnamə” təsdiq edilmişdir. Dövlət Sosial Müdafiə Fondu üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının DSMF X8 İdarəsi tərəfindən həyata keçirilməsi ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrdə isə qeyd olunmuşdur ki, 2019-cu il 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X8 İdarəsi tərəfindən aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılır. İddiaçı xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, onun ərizəsi xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının) həyata keçirilməsi həmin tarixdən dayandırılmış, yəni həmin tarixdən Fondun rayon (şəhər) şöbələrinin bu tələblər üzrə cavabdeh olması istisna edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlmədiyindən iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İddiaçı hazırki tələblə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı yenidən aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi Yevlax rayon filialına qarşı “xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək, həmçinin xx.xx.1978-ci ildən xx.xx.2001-ci ilədək Yevlax X2ynaqçı peşəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar