Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-355/2023 19.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Vüqar Musayev Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “cavabdehin zəbt etdiyi torpaq sahələrinə görə Qəbələ rayonu Mamaylı və Kürd kəndində yerləşən torpaq sahələrinə münasibətdə cəmi 1533 manat, həmçinin İddiaçı MMC və "xxxx" MMC arasında AGC- 010X/2022 saylı xx.xx.2022-ci il tarixli torpaq sahələrinin qiymətləndirilməsi barədə müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 2 saylı əlavəsinə əsasən xidmət haqqının ümumi məbləği 400 AZN, həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 9 saylı Qəbələ ərazi idarəsinə ödənilən 95 manat cəmi, 2028 manat pul məbləğinin iddiaçının xeyrinə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin zəbt etdiyi torpaq sahələrinə görə Qəbələ rayonu Mamaylı kəndində yerləşən torpaq sahəsinin bir sotu 60,0 AZN olmaqla və Qəbələ rayonu Kürd kəndində yerləşən torpaq sahəsinin bir sotu 70,0 AZN olmaqla, həmçinin İddiaçı MMC və "xxxx" MMC arasında AGC010X/2022 saylı xx.xx.2022-ci il tarixli torpaq sahələrinin qiymətləndirilməsi barədə müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022ci il tarixli 2 saylı əlavəsinə əsasən xidmət haqqının ümumi məbləği 400 AZN olmaqla, cəmi 4.612 AZN İddiaçı MMC-yə kompensasiya şəklində ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1537/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(107)-285/2022 nömrəli qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1537/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, tələbini dəqiqləşdirərək, “cavabdehin zəbt etdiyi torpaq sahələrinə görə Qəbələ rayonu Mamaylı və Kürd kəndində yerləşən torpaq sahələrinə münasibətdə cəmi 1533 manat, həmçinin İddiaçı MMC və "xxxx" MMC arasında AGC-010X/2022 saylı xx.xx.2022-ci il tarixli torpaq sahələrinin qiymətləndirilməsi barədə müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 2 saylı əlavəsinə əsasən xidmət haqqının ümumi məbləği 400 AZN, həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 9 saylı Qəbələ ərazi idarəsinə ödənilən 95 manat cəmi, 2028 manat pul məbləğinin iddiaçının xeyrinə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı əsaslandırılmışdır: - Qəbələ rayonu Mamaylı kəndində yerləşən 0,307 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqları İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixində çıxarış verilmişdir. Qəbələ rayonu Mamaylı kəndində yerləşən 4,6529 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqları İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixində çıxarış verilmişdir. Qəbələ rayonu, Kürd kəndində yerləşən 1,237 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqları İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixində çıxarış verilmişdir. "xxxx" QSC tərəfindən X5rulmasına 2011- ci ildə başlanmışdır və 17 noyabr 2011-ci ildə Qəbələ Aeroportu açılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 69s saylı, xx.xx.2012-ci il tarixli sərəncamına əsasən tikintisi başa çatdırılmış və beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən “Qəbələ” hava limanına beynəlxalq status verilmişdir. İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan Qəbələ rayonu Mamaylı kəndində yerləşən 0,307 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 4,6529 ha torpaq sahəsinin 0,0187 ha hissəsi və Qəbələ rayonu Kürd kəndində yerləşən 1,237 ha torpaq sahəsinin 0,32 ha hissəsi “Qəbələ” X4 mövcud hüdudları daxilində yerləşir. Bununla bağlı İddiaçı MMC xx.xx.2021-ci il tarixli, 137/2021 saylı və xx.xx.2022-ci il tarixli, 002/2022 saylı məktubları ilə "xxxx" QSC-yə müraciət ünvanlamışdır. Müraciətlərə əsasən Qəbələ rayonu Mamaylı kəndində yerləşən 0,307 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 4,6529 ha torpaq sahəsinin 0,0187 ha hissəsi və Qəbələ rayonu Kürd kəndində yerləşən 1,237 ha torpaq sahəsinin 0,32 ha hissəsi “Qəbələ” X4 mövcud hüdudları daxilində yerləşdiyindən İddiaçı MMC "xxxx" QSC-dən kompensasiya ödənilməsini xahiş etmişdir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 12/219 saylı məktubuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunduğu qeyd edilmişdir. Lakin xx.xx.2022-ci il tarixindən "xxxx" QSC hərəkətsizlik göstərərək İddiaçı MMC-yə hər hansı kompensasiya ödəməmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən xx.xx.2022-ci il tarixli, **********72 saylı İddiaçı MMC-yə daxil olan məktubda limanın hüdudları daxilində qalmış ərazidən dövlət ehtiyacları üçün alqı-satqı edilmiş torpaq sahələrinə dair sənədlərin təhlil edilməsi və digər məsələlər araşdırılmaqda olduğu qeyd edilmişdir. İddiaçı MMC və "xxxx" MMC arasında AGC-010X/2022 saylı, xx.xx.2022-ci il tarixli torpaq sahələrinin qiymətləndirilməsi barədə Müqavilə bağlanılmışdır. Həmin Müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 2 saylı Əlavəsinə əsasən xidmət haqqının ümumi məbləği 400 AZN olmaqla torpaq sahəsinin qiymətləndirilməsi keçirilmişdir. "xxxx" MMC-nin 0276/22/AGC/FS saylı, xx.xx.2022-ci il tarixli “Torpaq sahələrinin qiymətləndirilməsinə dair” Hesabatına əsasən Qəbələ rayonu, Mamaylı kəndində yerləşən torpaq sahəsinin bir sotu 60.0 AZN olmaqla, 0,31 ha torpaq sahəsi cəmi 1860,0 AZN qiymətləndirilmiş, Qəbələ rayonu, Kürd kəndində yerləşən torpaq sahəsinin bir sotu 70,0 AZN olmaqla, 0,32 ha torpaq sahəsi cəmi 2240,0 AZN qiymətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Həmin Nizamnaməyə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasında mülki aviasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsindən, Azərbaycan Respublikası əhalisinin və ölkə iqtisadiyyatının hava daşımalarına, aviasiya işlərinə və mülki aviasiya sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən ibarətdir. Cavabdeh orqan iddia tələbinə yazılı münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli imtina məktublarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, Qəbələ rayonu Kürd kəndində yerləşən 1,237 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 0,307 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2019-cu il tarixli, **********13 reyestr nömrəli çıxarışdan görünür ki, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 4,6529 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-14252/2023 nömrəli məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən 23 may 2023-cü il tarixli 3-21- 3- 42/2-2598/2023 nömrəli məktuba qoşma edilmiş mütəxəssis rəyi Torpaqların elektron kadastr uçotu informasiya sisteminə istinad edilərək kameral şəraitdə hazırlanmışdır. İddiaçınə ünvanlanmış 18 aprel 2022-ci il tarixli **********82 nömrəli məktubda qeyd edilən torpaq sahələrinin Qəbələ X4 istifadəsində olan ərazi ilə üst-üstə düşmə halının araşdırılması məqsədilə ərazidə çöl-ölçmə işləri aparılmış və əldə edilmiş məlumatlar hüquqmüəyyənedici sənədlər və elektron kadastr məlumat bazasında mövcud olan xəritə materialları əsasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, “Agrarco" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Qəbələ rayonu Mamaylı kəndində yerləşən xx.xx.2017-ci il tarixli **********24 reyestr nömrəli 0,307 ha torpaq sahəsi tam, xx.xx.2019-cu il tarixli **********13 reyestr nömrəli 4,6529 ha torpaq sahəsinin 0,0187 ha hissəsi və Qəbələ rayonu Kürd kəndində yerləşən xx.xx.2019-cu il tarixli **********95 reyestr nömrəli 1,237 ha torpaq sahəsinin 0,015 ha hissəsi Qəbələ X4 mövcud sərhədləri daxilində yerləşən torpaq sahəsi ilə üstüstə düşür. - X10 Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 4605 nömrəli məktubuna əlavə olunmuş Qəbələ rayonu Kür və Mamaylı kəndində 2021-2023-cü illər üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısına dair cədvəldən görünür ki, Kürd kəndi üzrə 1 ha torpaq sahəsinin orta bazar qiyməti - 2782,86 manat, Mamaylı kəndi üzrə 1 ha torpaq sahəsinin orta bazar qiyməti isə 4000 manatdır. - Daşınmaz Əmlakın qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli 02/04260 nömrəli rəydən görünür ki, Qəbələ rayonu Kürd kəndində yerləşən, "xxxx" MMC-nin mülkiyyətində olan, **********24 reyestr nömrəli çıxarışla 0,307 ha, **********13 reyestr nömrəli çıxarışla 0,0187 ha və **********95 reyestr nömrəli çıxarışla 0,015 ha torpaq sahələrinin 2022-2023-cü illər üzrə bazar qiyməti barədə məlumatlar dəqiqləşdirilərək qiymətləndirilməsi işi təşkil edilmişdir. Qiymətləndirmənin aparılması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmi dövriyyədən keçmiş və alqı-satqı predmeti olmuş əmlaklar barədə toplanmış məlumat bankından, Milli Qeydiyyat Sistemində və Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində saxlanılan məlumatlardan, həmçinin daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir. “Aqrarco" MMC-nin mülkiyyətində olan, **********24 reyestr nömrəli çıxarışla 0,307 ha, **********13 reyestr nömrəli çıxarışla 0,0187 ha və **********95 reyestr nömrəli çıxarışla 0,015 ha torpaq sahələrinin qiymətləndirilməsi ilə əlaqədar əmlakın bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin dürüstləşdirilməsi məqsədi ilə qeyd olunan torpaq sahəsinə yerində baxış keçirilmişdir. Baxış zamanı əmlakın bazar dəyərinə müsbət və mənfi təsir edən amillər müəyyən edilmişdir. Hüquqmüəyyənedici sənədlərə əsasən qiymətləndirilən obyekt xüsusi mülkiyyətdə olan 0,307 ha, 0,0187 ha və 0,015 ha torpaq sahələrindən ibarətdir. Beləliklə, Qəbələ rayonu Kürd kəndində yerləşən, 2022-2023-cü illər üzrə 0,307 ha torpaq sahəsinin orta bazar dəyəri 1381 manat, 0,0187 ha torpaq sahəsinin orta bazar dəyəri 84 manat, 0,015 ha torpaq sahəsinin orta bazar dəyəri 68 manat təşkil edir. Qiymətləndirmə Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna, Milli və X1 tələblərinə uyğun olaraq aparılmışdır. Əsaslandırma hissəsi : İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanun : Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Maddə 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir Maddə 7.1 torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11- ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: -7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; -7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); Maddə 7.4. Bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər. İş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdeh orqana qarşı olan tələbi – Qəbələ rayonu Mamaylı və Kürd kəndində yerləşən torpaq sahələrinə münasibətdə cəmi 1533 manat, həmçinin İddiaçı MMC və "xxxx" MMC arasında AGC-010X/2022 saylı xx.xx.2022-ci il tarixli torpaq sahələrinin qiymətləndirilməsi barədə müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 2 saylı əlavəsinə əsasən xidmət haqqının ümumi məbləği 400 AZN, həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 9 saylı Qəbələ ərazi idarəsinə ödənilən 95 manat cəmi, 2028 manat pul məbləğinin ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Agrarco" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Qəbələ rayonu Mamaylı kəndində yerləşən xx.xx.2017-ci il tarixli **********24 reyestr nömrəli 0,307 ha torpaq sahəsi tam, xx.xx.2019-cu il tarixli **********13 reyestr nömrəli 4,6529 ha torpaq sahəsinin 0,0187 ha hissəsi və Qəbələ rayonu Kürd kəndində yerləşən xx.xx.2019-cu il tarixli **********95 reyestr nömrəli 1,237 ha torpaq sahəsinin 0,015 ha hissəsi Qəbələ X4 mövcud sərhədləri daxilində yerləşən torpaq sahəsi ilə üst-üstə düşür. Beləliklə, iddiaçının əmlakının ən azından bir hissəsinin cavabdehin mövcud sərhədləri daxilində yerləş işin mübahisə olunmayan halıdır. İş materiallarından görünür ki, cavabdeh orqanın iddiaçının mülkiyyət hüququna müdaxiləsi ümumiyyətlə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun tələblərinə uyğun olmamış və iddiaçı öz mülkiyyətinin bir hissəsindən qanunsuz olaraq məhrum olmuşdur. Sözügedən Qanunda alınmanın təsirinə məruz qalan torpaq sahələrinin əvəzləşdirilməsi və tikililərin köçürülməsi ilə bağlı məsələlər ətraflı tənzimlənməsinə baxmayaraq, cavabdeh orqan bununla bağlı heç bir tədbir görməmiş, iddiaçının məruz qaldığı ziyana ekvivalent olan kompensasiyanın ödənilməsini həyata keçirməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 7.1-ci maddəsi anlamında alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Sözügedən normanın tələbinə uyğun olaraq iddiaçı torpağın müəyyən hissəsinin alınması nəticəsində öz torpağının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalmışdır. Həmin Qanunun 7.2-ci maddəsində alınmanın təsirinə məruz qalan şəxsin bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququ təsbit edilmişdir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Məhkəmə tərəfindən iddiaçının məruz qaldığı ziyan həcmi öyrənilmiş və müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahələrinin cavabdehin sərhdələri daxilində qalan hissəsinin bazar dəyəri 1533 manat həddindədir. Odur ki, iddiaçı, cavabdeh orqandan sözügedən kompensasiyanın tələb etməkdə haqlı sayılmalıdır. İddia tələbinin İddiaçı MMC və "xxxx" MMC arasında AGC-010X/2022 saylı xx.xx.2022-ci il tarixli torpaq sahələrinin qiymətləndirilməsi barədə müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 2 saylı əlavəsinə əsasən 400 manat xidmət haqqının cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının, sözügedən torpaq sahələrini qiymətləndirmədən və ya daha az xidmət xərcinin tələb olunduğu DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etməklə kompensasiyanı cavabdeh orqandan tələb etməsi mümkün idi. Odur ki, lüzumsuz olaraq yüksək xidmət xərci tələb edən sahibkarlıq subyekti ilə müqavilə bağlanması iddiaçıya həmin məbləği cavabdeh orqandan tələb etmək hüququ vermir. İddia tələbinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 9 saylı Qəbələ ərazi idarəsinə ödənilən 95 manat xidmət xərcinin cavabdeh orqandan tələb edilməsi hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasinin tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 2№-li Qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifləri təsdiq edilmişdir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsinə əsasən yerquruluşu işləri işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Qanunun 22-ci maddəsinin 2-ci abzasına əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən maliyyələşdirilir. İstinad olunan normalardan göründüyü kimi aparılan yerquruluşu işlərinin maliyyələşdirilməsi sifarişçilər tərəfindən həyata keçirilməsi qanunvericilikə müəyyən edilmişdir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. İddiaçı MMC-yə 1533 manat pul məbləğinin ödənilməsi öhdəliyi cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulur. İddia tələbinin qalan hissəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-355/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-355/2023
19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver