Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3557/2024 11.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılmağına dair xx.xx.2018-ci il tarixli əmrin ləğv edildiyinin tanınması (məlumat bazasına daxil edilməsi), 2018-ci ilin mart ayından 2020-ci ilin oktyabr ayına qədər olan iki il yeddi aylıq dövr üçün hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ehtiyata buraxılmağına dair xx.xx.2018-ci il tarixli əmrin ləğv edildiyinin tanınması (məlumat bazasına daxil edilməsi), 2018-ci ilin mart ayından 2020-ci ilin oktyabr ayına qədər olan iki il yeddi aylıq dövr üçün hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən, İddiaçı 2005-ci ildə C.Naxçıvanski adına hərbi liseyi, 2009cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdir. Azərbaycan Ordusunun zabiti olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində ixtisasına uyğun olaraq kəşfiyyat bölməsinin komandiri vəzifəsində xidmət etmişdir. xx.xx.2016-cı il tarixdə kapitan hərbi rütbəsinə yiyələnmişdir. İddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində kəşfiyyat bölüyünün komandiri vəzifəsində kapitan hərbi rütbəsində xidmətdə olarkən şərti olaraq "Tərtər işi" adlandırılan hadisələr zamanı hərbi vəzifəli şəxslər tərəfindən qanunsuz sorğu-suala və işgəncələrə məruz qalmışdır. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən zərərçəkmiş şəxs qismində tanınmış iddiaçı 4 may 2017-ci il tarixdə axşam saatlarında dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək 2-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, onun barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq mütəşəkkil dəstənin adları qeyd edilən üzvləri və qeyriləri ilə birlikdə İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla bədəninə bir neçə dəfə elektrik cərəyanı vermiş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırmaqla acsusuz saxladıqdan sonra İddiaçı düşmənlə əlaqəsinin olmasını inkar etdiyinə görə ona qarşı qanunsuz əməllərini davam etdirərək mütəşəkkil dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox "vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə xx.xx.2017-ci il tarixə kimi eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasında, daha sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən ünvan 1 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada fiziki zor tətbiq edərək güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli "bədənin müxtəlif nahiyyələrdə çoxsaylı qançırlar" xəsarətləri yetirib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə verib 10 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı əsassız yerə cinayət məsuliyyətinə cəlb edilməsi və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun "düşmənlə Bakı Hərbi Məhkəməsinin hökmü Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1( 103)-17/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə verilmiş apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, bununla da hökm preyudisial xarakter almışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artiq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X1 barəsində Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı 13 may 2017-ci li tarxidə iddiaçıya Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ittiham elan olunmuş,Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.15 dekabr 2017-ci li tarixdə iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş. Məhkəmənin 30 yanvar 2018-ci il tarixli hökmünə əsasən iddiaçı Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. "Tərtər işi" üzrə 2021-ci ilin dekabr ayında icraat təzələndikdən sonra iddiaçının Azərbaycan Respublikası CM-in 228.1-ci maddisi ilı məhkum edilməsinə dair cinayət işi üzrə CPM-in 303.1. 303.3. 303.3.1. 303.3.6. 391.8 va 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini. İİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 04 yanvar 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin Məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai aragdirmaya prosessual rəhbərliyi həyala keçirən Tərtər hərbi prokuroruna qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hümbətova həvalə edilmişdir. Müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla iddiaçının Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən (bəraətverici əsaslarla) xitam verilmişdir.İddiaçıya qarşı yol verilmiş əsassız və qanunsuz hərəkətlər nəticəsində o. xx.xx.2018-ci il tarixli 0198 nömrəli əmrlə həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçıya qarşı yol verilmiş əsassız və qanunsuz hərəkətlər araşdırılıb hüquqi qiymətini alana qədər isə o xx.xx.2020-ci il tarixdə Vətən Müharibəsində iştirak üçün hərbi xidmətə çağırılmış və xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2021-ci il tarixli 01090 nömrəli əmrlə ehtiyata buraxılmışdır. Vətən Müharibəsində iştirakı ilə əlaqədar “Füzulinin azad olunmasına görə". "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə". "Cəsur döyüşçü" və "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. İddiaçı qanunsuz və əsassız olaraq güya xidmətə uyğunsuz olduğuna görə xx.xx.2018-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılsa da. xx.xx.2020-ci il tarixdə yenidən həqiiq hərbi xidmətə bərpa olunmuş və xx.xx.2021-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə'"nin 197-ci maddəsinə (səfərbərlikdən təxrisetmə) əsasən ehtiyata buraxılmışdır. Beləliklə, iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair xx.xx.2018-ci il tarixli əmr 2020-ci ilin oktyabrında həqiqi hərbi xidmətə bərpa olunmasına dair əmrlə faktiki ləğv edilmişdir. Bu səbəbdən iddiaçı cavabdeh inzibati orqana 10.09,2024-cü il tarixli ərizə ilə müraciət edərək xx.xx.2018-ci il tarixdən 2020-ci ilin oktyabr ayına qədər olan 2 il 7 aylıq dövr üçün itirilmiş illər onun xidmət illərimə əlavə edilməsini, eyni zamanda həmin dövr üçün xidmətlə əlaqədar iddiaçıya ödənilməli olan hərbi rütbə maaşı, hərbi vəzifə maaşı, uzunmüddətli xidmət illərinə görə faiz əlavəsi, döyüş tapşırığına görə hərbi rütbə maaşı, döyüş tapşırığına görə hərbi vəzifə maaşı, döyüş tapşırığına görə xidmət illərinə görə faiz əlavəsi, maddi yardım, məzuniyyət pulu, birdəfəlik pul mükafatı ödənilmədiyindən ona vurulmuş ziyana görə həmin vəsaitlərin hesablanıb pul kompensasiyası formasında ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqandan daxil olmuş xx.xx.2024-cü İl tarixli 3-25-19/2-A-1758- 21/2024 saylı cavab məktubu ilə iddiaçının tələblərinin təmin olunmasından imtina edilmişdir.Aşağıdakılara əsasən iddiaçının xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması əmrinin ləğvinin tanınması, müvafiq müddətin iddiaçının xidmət illərinə əlavə edilməsi və vurulmuş maddi ziyana görə müvafiq dövr üçün pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh orqan iddiaya münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxnayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. İddiaçıya məxsus EZ ******* seriya nömrəli hərbi biletin surəti.
3. Baş Prokurorluğun İstintaq İdarəsinin Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 30 iyun 2022-ci il tarixli qərarının surəti.
Əsaslandırma hissəsi:
İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı aşağıdakı kimi ifadə edilmişdir.
1. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin e bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmasına dair xx.xx.2018-ci il tarixli əmrin ləğv edildiyinin tanınması (məlumat bazasına daxil edilməsi),
2. Həmin vaxtdan 2020-ci ilin oktyabr ayına qədər olan iki il yeddi aylıq dövr üçün hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi;
3. Həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsindən ibarətdir. İddiaçı həmin tələblərlə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinə əsasən iddiaçı hesab edir ki,barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmasına dair Əmr faktiki olaraq qüvvəsini itirmişdir. İddiaçı “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il Sərəncamı əsasında səfərbərlik qaydasında yenidən hərbi xidmətə çağırılmışdır.İddiaçıya aid hərbi biletin 11-ci səhifəsində aparılmış qeydən görünür ki,o,MN-nin xx.xx.2021-ci il tarixli Əmri ilə səfərbərlikdən tərxisetmə qaydasında Silahlı Qüvvələrdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə qeyd edir ki, Xəstəliyinə və ya ailə vəziyyətinə görə vaxtından əvvəl ehtiyata buraxılmış və yenidən səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılana qədər hərbi xidmətdə olduqları dövr həqiqi hərbi xidmət dövrünə daxil edilir “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 12-ci bəndinə əsasən xəstəliyinə və ya ailə vəziyyətinə görə vaxtından əvvəl ehtiyata buraxılmış və yenidən səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılana qədər hərbi xidmətdə olduqları dövr həqiqi hərbi xidmət dövrünə daxil edilir. Həmin Əsasnamənin 197-ci bəndinə əsasən səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanına əsasən icra edilir. Səfərbərlikdən tərxisetmə üzrə hərbi xidmətdən buraxılan hərbi qulluqçular bir dəst geyim və ayaqqabı ilə təmin olunurlar. Belə hərbi qulluqçuların yaşayış yerlərinə aparılması və yolda qida ilə təmin edilməsi dövlət hesabına edilir. Göründüyü kimi iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin e bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmasına dair xx.xx.2018-ci il tarixli əmr ləğv edilməmiş və hazırda da qüvvədədir.İddiaçının səfərbərlik qaydasında yenidən hərbi xidmətə çağırılması onun barəsində Əmrin mövcudluğundan asılı olmayaraq həyata keçirilir və hüquqi baxımdan hər hansı əlaqə mövcud deyildir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində həqiqi hərbi xidmətin növləri təsbit edilmişdir. 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. İddiaçı, xx.xx.2018-ci il tarixli Əmr əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.Bu baxımdan da onun hazırkı iddia tələbi nail olmaq istədiyi hüquqi nəticəyə əsasən əlverişli iddia tələbi ilə müraciət eməmişdir. İddia tələbinin birinci hissəsinin mümkün sayılmaması digər tələblərə münasibətdə də iddianın araşdırılması zərurətini aradan qaldırır. Yuxarıda qeyd olunan halları və iddiaçının hüquqi marağını,nail olmaq istədiyi hüquqi nəticəni nəzərə almaqla məhkəmə hesab edir ki,hazırkı iddia tələbinə müvafiq dəqiqləşdirmə aparılmasına zərurət mövcud olmamış,belə dəqiqləşdirmənin aparılması iddianın mümkünlük şərtlərinə təsir göstərməyəcəyindən hazırkı iddia ərizəsi çərçivəsində iddianın mümkünlüyünə hüquqi qiymət verilməlidir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılmağına dair xx.xx.2018-ci il tarxli əmrin ləğv edildiyinin tanınması (məlumat bazasına daxil edilməsi), 2018-ci ilin mart ayından 2020-ci ilin oktyabr ayına qədər olan iki il yeddi aylıq dövr üçün hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə