Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-356/2021 25.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı “mərhum həyat yoldaşı X1 və birgə nikah dövründə aldıqları 500 kv.m fərdi yaşayış evinin onun mülkiyyətinə keçirilməsi” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mərhum həyat yoldaşı X1 və birgə nikah dövründə aldıqları 500 kv.m fərdi yaşayış evinin onun mülkiyyətinə keçirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya xx xxxxxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək, nəzərinə çatdırılmışdır ki, o, ilk növbədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X3 müraciət edərək qeyd etdiyi torpaq sahəsini mərhum ərinin adına qeydiyyata aldırmalı sonra isə vərəsəlik qaydasında sözügedən torpaq sahəsini adına keçirməlidir. İddiaçı yardım məktubunu xx.xx.2021-ci il tarixində xəbərnaməyə imza edilməklə almış, lakin müəyyən olunmuş müddətdə yardıma münasibət bildirməmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən və ona əlavə olunan sənədlərdən görünür ki, iddiaçının mərhum əri bələdiyyədən torpaq sahəsi almışdır. Hazırda iddiaçı qeyd olunan torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsini xahiş edir. Bununla bağlı məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq qeyd edir ki, mərhum əri tərəfindən bələdiyyədən alınmış torpaq sahəsinə dair sənədləri, (qərar, alqı-satqı aktı, sxem, rəylər) mərhum ərinin vərəsəsi olması barədə vərəsəlik şəhadətnaməsini, özünün şəxsiyyət vəsiqəsini DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təqdim etməklə, mərhum ərinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldıra, bundan sonra vərəsəlik qaydasında torpaq sahəsinə mülkiyyət hüququ əldə edə bilər. DƏDRX-nin 17 saylı Ərazi İdarəsi onun müraciətini təmin etməkdən imtina etdiyi halda isə iddiaçı həmin inzibati orqana qarşı məhkəmədə iddia qaldıra bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-ci bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı “mərhum həyat yoldaşı X1 və birgə nikah dövründə aldıqları 500 kv.m fərdi yaşayış evinin onun mülkiyyətinə keçirilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-356/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-356/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver