Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-359/2022 21.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil1, üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Yevlax rayonu Malbinəsi bələdiyyəsinə qarşı “Yevlax rayonu Malbinəsi kəndində 0.10 ha həyətyanı torpaq sahəsinin üçüncü şəxs X1 ilə bağlı Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq: müəyyən etdi: İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax rayonu Malbinəsi kəndində yerləşən daşınmaz əmlaka dair X2 adına qeydə alınmış **********85 nömrəli çıxarışın ləğv edilməsi və Yevlax rayon Malbinəsi kənd Kommunist kolxozu İdarə heyəti iclasının üzvlərinin ümumi yığıncağının 03 mart 1992-ci il tarixli 03 saylı iclas protokoluna əsasən verilmiş, 0,10 ha torpaq sahəsinə dair onun adına Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-359/2022 nömrəli qərardadı ilə inzibati iş üzrə X4 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Daha sonra iddiaçı tələbini dəyişərək, cavabdehlər Yevlax rayonu Malbinəsi və DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Malbinəsi kəndində 0,10 ha həyətyanı torpaq sahəsinin üçüncü şəxs X1 ilə bağlı Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarının ləğv edilməsi və Yevlax rayonu Malbinəsi kəndində yerləşən daşınmaz əmlaka dair X2 adına qeydə alınmış **********85 nömrəli mülkiyyət hüququ təsdiq edən çıxarışın ləğv edilməsi və Yevlax rayon Malbinəsi kənd Kommunist kolxozu İdarə heyəti iclasının üzvlərinin ümumi yığıncağının 03 mart 1992-ci il tarixli 03 saylı iclas protokoluna əsasən verilmiş (adlı siyahıda 25-ci sırada olmuşdur), Yevlax rayonu Malbinəsi kəndində ona verilmiş 0,10 ha torpaq sahəsinə dair onun adına Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(116)-359/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Yevlax rayonu Malbinəsi kəndində 0.10 ha həyətyanı torpaq sahəsinin üçüncü şəxs X1 ilə bağlı Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarının ləğv edilməsini və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 9 saylı Qəbələ Ərazi İdarəsinin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında göstərdi ki, mübahisələndiridiyi bələdiyyə qərarı ilə üçüncü şəxsə satılmış torpaq sahəsi əslində iddiaçıya məxsus torpaq sahəsidir. Belə ki, həmin torpaq sahəsi ayrıldıqdan sonra iddiaçı tərəfindən tikinti məqsədilə daş tökülmüş və hal-hazırda da həmin daşlar qeyd olunan ərazidədir. Torpaq sahəsinin yerləşmə sxemi olmasa da, iddiaçıya məhz həmin torpaq sahəsi bələdiyyə tərəfindən göstərilmişdir. Mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən üçüncü şəxsə satıldığını 2019-cu ildə, daha dəqiq 2020-ci ilin aprel ayında öyrəndikdən sonra üçüncü şəxslə aralarında mübahisə yaranmışdır. Mübahisə ilə bağlı prokurorluqda araşdırma aparıldıqdan sonra 6 iyul 2021-ci ildə cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərar qəbul olunduqdan sonra müstəntiq ona torpaq sahəsinin bələdiyyə qərarı əsasında üçüncü şəxsə satılmasını bildirmiş və artıq həmin vaxt torpaq sahəsinin üçüncü şəxsə bələdiyyə qərarı əsasında satılmasından məlumatlı idi. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, mübahisələndirilən qərardan ilk dəfə xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məlumatı olmuşdur. Həmin qərarın ləğvi ilə bağlı bələdiyyəyə müraciət etdiyinə görə qərarın ləğvi ilə bağlı iddia ərizəsini xx.xx.2022-ci ildə məhkəməyə təqdim etmişdir. Bundan başqa müvafiq qərarının gec mübahisələndirilməsinə səbəb, bələdiyyənin verdiyi vədlər olmuşdur. Belə ki, bələdiyyə torpaq sahəsinin digər ərazidən ayrılmasına köməklik edəcəyini bildirdiyinə görə üçüncü şəxsə satılmış torpaq sahəsi ilə bağlı qərarı mübahisələndirməmişdir. Sonradan bələdiyyə tərəfindən mübahisə həll edilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxsin vəkili məhkəmə iclasında izahat verərək iddia tələbinin qeyrimümkün hesab edilməsini xahiş etdi. İşdə olan Yevlax rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, iddia olunan torpaq sahəsinin Yevlax rayon Malbinəsi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə X1 qeyd edilmişdir. İşdə olan Yevlax rayon Malbinəsi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarından görünür ki, X3 həyətyanı məqsədilə 0.11 ha torpaq sahəsi satılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia tələbi inzibati orqanın xx.xx.2007-ci il tarixli 24 saylı qərarının ləğvi barədədir. Yəni, iddia “mübahisələndirmə haqqında” iddiadır. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Ləğv edilməsi tələb edilən inzibati akt xx.xx.2007-ci il tarixində qəbul edilmişdir. İş materiallarından və iddiaçının nümayəndəsinin və vəkilinin izahatından görünür ki, mübahisələndirilən qərarda qeyd olunmuş 0.11 ha torpaq sahəsi iddiaçının istifadəsində olmamışdır və iddiaçının nümayəndəsi həmin torpaq sahəsinin iddiaçıya məxsusluğunu - uzun illər əvvəl həmin torpaq sahəsinə daş tökülməsi və bələdiyyə tərəfindən həmin torpaq sahəsinin iddiaçıya göstərilməsi ilə izah edir. İddiaçının nümayəndəsi və vəkili həmin qərardan 2019-cu ilədək məlumatlı olmadıqlarını bildirsələr də, nəzərə alınmalıdır ki, iddiaçı həmin qərarla bağlı məlumat əldə etdikdən sonra da, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ərzində sözügedən qərarı mübahisələndirməmişdir. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Yevlax rayon prokurorluğunda iddiaçının müraciəti əsasında araşdırma aparıldıqdan sonra mübahisəli torpaq sahəsinin Yevlax rayon Malbinəsi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarı ilə üçüncü şəxs satılması, iş üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd edilmiş, iddiaçının nümayəndəsi özü də həmin qərarın qəbulundan sonra, hazırda mübahisələndirdiyi qərarın məzmunundan məlumatlı olmasını etiraf etmişdir. Həmçinin qərarın qəbulundan 2020-ci ilin aprel ayında məlumatlı olması ilə bağlı fikrini dəqiqləşdirmişdir. İddiaçının vəkili isə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, müvafiq qərarın mövcudluğundan xx.xx.2022-ci il tarixli məhkəmə iclasında məlumatlı olmuşdur. lakin, bələdiyyənin digər ərazidən torpaq sahəsinin ayrılması ilə bağlı vədlərinə inandıqları üçün və həmin qərarın ləğvini bələdiyyədən tələb etdiyinə görə məhkəməyə müvafiq iddia ərizəsini xx.xx.2022-ci ildə təqdim etmişdir. Beləliklə, müəyyən olunur ki, Nofəl Qaraşova torpaq sahəsinin satılması ilə bağlı Yevlax rayon Malbinəsi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarından iddiaçının 2020-ci ilin aprel ayından məlumatlı olmasını onun nümayəndəsi etiraf etmiş, Yevlax rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında hazırda mübahisələndirilən qərarın məzmunu ilə bağlı məlumatlar ətraflı qeyd edilmiş, eyni zamanda xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mübahisələndirilən çıxarışın Yevlax rayon Malbinəsi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarı ilə üçüncü şəxsə satılması izah edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, hər bir halda Yevlax rayon Malbinəsi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarının mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük iddia müddəti heç bir üzürlü səbəb olmadan buraxılmışdır. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Yevlax rayonu Malbinəsi bələdiyyəsinə qarşı “Yevlax rayonu Malbinəsi kəndində 0.10 ha həyətyanı torpaq sahəsinin üçüncü şəxs X1 ilə bağlı Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-359/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-359/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver