Məhkəmə qərarları › İş №2-1(116)-3596/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3596/2025

29.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3596/2025 29.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ucar rayon Qeydiyyat şöbəsi və Cavabdeh2nə qarşı “Nazirliyi Ucar rayon Qeydiyyat şöbəsi və Cavabdeh2 hərəkətsizliyi qanunsuz hesab edilsin və hər iki cavabdeh orqanın üzərinə iddiaçının atası X2 doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətini iddiaçıya təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Nazirliyi Ucar rayon Qeydiyyat şöbəsi və Cavabdeh2 hərəkətsizliyi qanunsuz hesab edilsin və hər iki cavabdeh orqanın üzərinə iddiaçının atası X2 doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətini iddiaçıya təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “İddiaçı, atası X2 doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətinin əldə olunması məqsədilə 2025-ci ilin iyun ayında Ucar Rayon Qeydiyyat Şöbəsinə və Cavabdeh2nə yazılı formada müraciət etmişdir. Müraciətinin səbəbi ondan ibarətdir ki, notariat orqanları torpaq pay bölgüsü və mülkiyyət sənədləşməsi ilə bağlı olaraq bu sənədləri tələb edir. Hər iki orqandan daxil olan rəsmi cavablarda qeyd olunmuşdur ki. bu sənədlər yalnız müvafiq şəxsin - yəni atasının, yaxud onun notariat qaydada səlahiyyət verdiyi nümayəndənin müraciəti ilə təqdim edilə bilər. Halbuki, iddiaçının bu sənədlərin alınmasında birbaşa hüquqi marağı mövcuddur, çünki notariat qaydada aparılan daşınmaz əmlakın sənədləşdirilməsi üçün bu sənədlər tələb olunur və bu. mülki hüququmun həyata keçirilməsi baxımından zəruridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-1-ci maddəsinə əsasən, valideyn və övlad birinci dərəcəli qohum sayılır və bu halda ailə münasibətlərindən doğan hüquqi maraqlar qanunla qorunur.Həmçinin, "Mülki vəziyyət aktlarının dövlət qeydiyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 5.1.5 və 8.3-cü maddələrinə əsasən, qanuni marağı olan şəxs, zəruri hallarda müvafiq mülki vəziyyət aktları barədə məlumat və sənəd surətlərini almaq hüququna malikdir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3-cü maddəsinə əsasən, hər bir şəxs dövlət orqanlarının, bələdiyyələrin və vəzifəli şəxslərin qərar, hərəkət və ya hərəkətsizliyindən şikayət vermək hüququna malikdir. Eyni zamanda, 24-cü maddəyə əsasən, hüquqların və azadlıqların müdafiəsi məqsədilə inzibati məhkəməyə müraciət etmək hüququ tanınır. İnzibati Prosessual Məcəllənin 32 və 34-cü maddələrinə əsasən, inzibati orqanm əsaslandırılmamış imtinası və ya hərəkətsizliyi mübahisələndirilə bilər və bu halda məhkəmə həmin orqanm öhdəliklərini müəyyən edə bilər.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. • Cavabdeh2 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, tələbin icrasından imtina edilmişdir. • Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ucar rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, tələbin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfindən 2xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın hissəvi mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı Nazirliyi Ucar rayon Qeydiyyat şöbəsi və Cavabdeh2 hərəkətsizliyi qanunsuz hesab edilsin və hər iki cavabdeh orqanın üzərinə iddiaçının atası X2 doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətini iddiaçıya təqdim olunmasından ibarətdir. İlk növbədə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanların müştərək hüquqi maraqlara malik olması və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənməsi halı mövcud deyil. Belə ki, Qeydiyyat Polis şöbəsi fərqli inzibati icraatı həyata keçirməklə yanaşı, iddia tələbinə münasibətdə də hüquq və vəzifələri fərqlidir. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Bununla yanaşı iddiaçının hazırkı iddianın qaldırması iki aspektdən mümkünlük şərtini ödəmir :

1. iddiaçının subyektiv hüququnun olmaması;

2. iddiaçının hüquqi müdafiəyə ehtiyacının olmaması. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçının tələb etdiyi sənədlərin surətləri qanunvericiliklə fərdi məlumatlar aid olan məlumatdır. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat; 2.1.2. fərdi məlumatların subyekti (bundan sonra — subyekt) — barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı (o cümlədən X1 Sistemi üzərindən) razılığı ilə yol verilir. Göründüyü kimi şəxsin kimliyi barədə fərdi hesab olunan məlumatlar yalnız məlumatın aid olduğu şəxsin yazılı (o cümlədən X1 Sistemi üzərindən) razılığı ilə yol verilir. Hazırkı halda isə iddiaçının belə bir məlumatın əldə edilməsi üçün subyektiv hüququ mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ucar rayon Qeydiyyat şöbəsi və Cavabdeh2nə qarşı “Nazirliyi Ucar rayon Qeydiyyat şöbəsi və Cavabdeh2 hərəkətsizliyi qanunsuz hesab edilsin və hər iki cavabdeh orqanın üzərinə iddiaçının atası X2 doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətini iddiaçıya təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar