Məhkəmə qərarları › İş №2-1(116)-36/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-36/2020

24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-36/2020 24.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçılar İddiaçı və X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 07 may 2003-cü ildə kitabda 4977 nömrə ilə qeydə alınaraq verilmiş JN-252B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə İddiaçı mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi, Azərbaycan Respublikası keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 07 may 2003-cü ildə kitabda 4978 saylı qeydə alınaraq verilmiş JN-253F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə X3 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı və X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 07 may 2003-cü ildə kitabda 4977 nömrə ilə qeydə alınaraq verilmiş JN-252B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə İddiaçı mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi, Azərbaycan Respublikası keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 07 may 2003-cü ildə kitabda 4978 saylı qeydə alınaraq verilmiş JN-253F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə X3 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 29.08.2019-cu il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh və 3-cü şəxs lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasında gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı X1 nümayəndəsi, həm də iddiaçı olan İddiaçı, keçirilən şifahi məhkəmə baxışı iclasında məhkəməyə ərizə təqdim edib hazırkı iddasını geri götürdüyünü bildirərək iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddianı geri götürdüyündən mütəxəssis rəyinin verilməsi ilə bağlı yaranmış prosessual xərc iddiaçılardan tutularaq aidiyyəti üzrə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 111.3-cü maddəsinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. 115.2-ci maddəsinə əsasən, mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir. Göründüyü kimi, iddiaçılar iddiadan imtina etməsələr də iddianı geri götürmüşlər ki, mütəxəssis rəyinin verilməsi üçün xərc onlardan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı, X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 07 may 2003-cü ildə kitabda 4977 nömrə ilə qeydə alınaraq verilmiş JN-252B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə İddiaçı mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi, Azərbaycan Respublikası keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 07 may 2003-cü ildə kitabda 4978 saylı qeydə alınaraq verilmiş JN-253F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə X3 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 233 manat 25 qəpik iddiaçılar İddiaçı və X2 tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X8 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülsün. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar