Məhkəmə qərarları › İş №2-1(116)-36/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-36/2021

19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-36/2021 19.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Üçüncü şəxs Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin sədri X1 cavabdehlər Mingəçevir Bələdiyyəsi və Cavabdeh2 qarşı “Mingəçevir Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 39/4 saylı qərarının ləğv edilməsi, İddiaçı ASC-yə aid olan və istifadəsinə verilmiş 3.0 (üç) ha torpaq sahəsinin Cavabdeh2 alınıb onlara qaytarılması, Cavabdeh2 İddiaçı ASC-yə aid olan 3.0 (üç) ha qanunsuz zəbt etmiş torpaq sahəsindən məcburi çıxarılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin sədri X2 cavabdehlər Mingəçevir Bələdiyyəsi və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 39/4 saylı qərarının ləğv edilməsi, İddiaçı ASC-yə aid olan və istifadəsinə verilmiş 3.0 (üç) ha torpaq sahəsinin Cavabdeh2 alınıb onlara qaytarılması, Cavabdeh2 İddiaçı ASC-yə aid olan 3.0 (üç) ha qanunsuz zəbt etmiş torpaq sahəsindən məcburi çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, Gəncə şosesi, 4-cü döngə, 98A ünvanında yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyası aid olan 0.142810 ha torpaq sahəsi (əmlak kompleksi) İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. İş üzrə cavabdeh orqan olan Mingəçevir Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 39/4 nömrəli qərarı ilə Mingəçevir şəhəri, Gəncə şosesinin sol tərəfində yerləşən, qanuni sənədlərlə ASC-yə məxsus olan torpaq sahəsi digər Cavabdeh2 örüş sahəsi kimi 25 il müddətinə icarəyə verilmişdir. İddiaçı hesab edir ki, qanuni əsaslarla ona məxsus olan torpaq sahəsinin digər şəxsə icarəyə verilməsini müəyyənləşdirən bələdiyyə qərarı qanunsuz və əsassız olduğu üçün sözügedən qərar ləğv edilməli, Cavabdeh2 icarəyə verilən 3.0 ha torpaq sahəsi ASC-yə qaytarılması və Cavabdeh2 məcburi qaydada torpaq sahəsindən çıxarılmalıdır. Cavabdeh orqan xx.xx.2020-ci il tarixli 715 nömrəli məktubu ilə iddiaya münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh2 Mingəçevir-Gəncə şosesinin sol tərəfində örüş sahəsi kimi istifadə etdiyi 3.0 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə Mingəçevir Bələdiyyəsi heç bir qərar verməmişdir. Cavabdeh2 əlində olan xx xxxx 2007-ci il tarixli, 39/4 nömrəli qərar bələdiyyənin xx xxx 2020-ci il tarixli, 09/3 nömrəli qərarı ilə etibarsız hesab edilmişdir. Bələdiyyə xx.xx.2020-ci il tarixli 814 nömrəli məktubunda həmçinin qeyd edir ki, Cavabdeh2 torpağın onun icarəsinə verilməsi ilə əlaqədar xx xxxx 2007-ci il tarixdə və ondan sonrakı tarixlərdə ərizə ilə Mingəçevir Bələdiyyəsinə müraciət etməmişdir. Hazırda Cavabdeh2 əlində olan xx xxxx 2007-ci il tarixli, 39/4 nömrəli qərar bələdiyyənin ümumi iclasında müzakirə edilib baxılaraq qəbul edilməmiş və eyni zamanda həmin qərar şəhər arxivində yoxdur. Cavabdeh2 məhkəməyə xx.xx.2019-cu il tarixli şikayət ərizəsi ünvanlayaraq əlində olan bələdiyyə qərarını əsas gətirərək torpaq sahəsini zəbt etmədiyi bildirmiş və həmin torpaq sahəsinin ona qanuni əsaslarla icarəyə verildiyini qeyd etmişdir. Belə ki, ailəliklə Ağdam rayonundan məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşdıqda heyvandarlıqla məşğul olduqları üçün və həmçinin həmin il əkiz övladları olduğu üçün Mingəçevir Şəhər İH tərəfindən həmin ərazi ona otlaq sahəsi kimi verilmiş, sonradan bələdiyyəyə müraciət edərək mübahisələndirilən qərarı almışdır. Bu səbəblə də Cavabdeh2 xx xxxx 2007-ci il tarixli, 39/4 nömrəli qərarın qüvvədə saxlanılmasını və iddiaçının tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı ASC-nin sədri X3 məhkəməyə xx.xx.2021-ci il tarixdə AZ4501/********** nömrəli teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etmiş və ASC-nin nümayəndəsinin iştirakı olmadan mübahisələndirilən bələdiyyə qərarının ləğv edildiyini nəzərə alıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2014-cü il tarixli Çıxarış və xx.xx.2014-cü il tarixli, inventar nömrəsi 23129 olan “Texniki pasport”un təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Mingəçevir şəhəri, Gəncə şosesi 4-cü döngə, 98A ünvanında yerləşən əmlak kompleksi İddiaçı ASC-nin mülkiyyətindədir. İş materiallarında olan Mingəçevir Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 39/4 nömrəli qərarının surətindən müəyyən edilir ki, Mingəçevir şəhərində məskunlaşmış Ağdam rayonu köçkünü Cavabdeh2 Mingəçevir-Gəncə şosesinin sol tərəfində örüş sahəsi kimi istifadə etdiyi 3.0 ha torpaq sahəsi 25 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Mingəçevir Bələdiyyəsinin xx xxx 2020-ci il tarixli 09/3 nömrəli qərarından müəyyən edilir ki, Mingəçevir şəhərində məskunlaşmış Ağdam rayonu köçkünü Cavabdeh2 Mingəçevir-Gəncə şosesinin sol tərəfində örüş sahəsi kimi istifadə etdiyi 3.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Mingəçevir Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 39/4 nömrəli qərarı və ona aid digər sənədlər Mingəçevir Şəhər Arxivində olmadığı üçün etibarsız sayılmışdır. Məhkəmə yuxarıda sadalanan iş materiallarına əsasən iddiaçının tələbinin birinci hissəsi ilə bağlı qeyd edir ki, tələbin ilk hissəsində ləğvi tələb edilən bələdiyyə qərarı bələdiyyənin digər qərarı ilə artıq etibarsız hesab edilmiş və beləliklə tərəflər arasında mübahisə predmeti mövcud deyil. İddia tələbinin ikinci və üçüncü hissələri ilə bağlı iddiaçının nəzərinə çatdırılır ki, həmin tələblərlə bağlı işə inzibati icraat qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılır. Həmçinin iddiaçıya bildirilir ki, inzibati məhkəmə icraatının iştirakçısı olaraq cavabdeh qismində fiziki şəxs göstərilə bilməz. Hazırkı halda Cavabdeh2 iddia ərizəsində cavabdeh qismində qeyd edilmişdir. Beləliklə iddiaçı tərəfindən ləğvi tələb edilən qərar həmin qərarı vermiş cavabdeh inzibati orqan tərəfindən etibarsız hesab edildiyi üçün hazırkı iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin sədri X1 cavabdehlər Mingəçevir Bələdiyyəsi və Cavabdeh2 qarşı “Mingəçevir Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 39/4 saylı qərarının ləğv edilməsi, İddiaçı ASC-yə aid olan və istifadəsinə verilmiş 3.0 (üç) ha torpaq sahəsinin Cavabdeh2 alınıb onlara qaytarılması, Cavabdeh2 İddiaçı ASC-yə aid olan 3.0 (üç) ha qanunsuz zəbt etmiş torpaq sahəsindən məcburi çıxarılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar