Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-36/2025 02.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1i ünvanında yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun X6 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0,14 hektar həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlakın mülkiyyət hüququnu qeydiyyata alaraq mərhum atası X5 adına dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-36/2025 nömrəli qərardadı ilə Oğuz rayon Padar Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək “ünvan 1i ünvanında yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun X6 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “iddiaçı xx xxxx 1962-ci il tarixdə ünvan 2ində anadan olmuşdur. Bu yaxınlarda cavabdehə müraciət edərək ünvan 2i ünvanda yerləşən evə və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mərhum X5 mülkiyyət hüququnu vahid daşınmaz əmlak kimi qeydiyyata alaraq adma çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh 28 aprel 2023-cü il tarixli 3-21-3-42/2-Ə-0033- 8/2023 nömrəli məktubla imtina cavabı verilmişdir. Eyni zamanda iddiaçının evinin yerləşdiyi torpaq sahəsinin 1997-ci tarixli Texniki Pasportunda və inzibati orqana təqdim etdiyi təsərrüfatbaşına uçot kitabından arxiv çıxarışda göstərilən 0,14 ha kimi qeydiyyata alınmasından imtina edilmişdir. İmtina məktubunda cavabdeh orqan tərəfindən mənə qeydiyyat vəsiqəsi, texniki pasport, akt, icra nümayəndəliyindən arayış, vərəsəlik məktubu və şəxsiyyət vəsiqəsinin Ərazi İdarəsinin Oğuz şöbəsinə təqdim etmək tövsiyyə olunmuşdur. Ərazi İdarəsinin Oğuz rayon şöbəsində araşdırma zamanı evin qeydiyyaf vəsiqəsinin və aktın iddiaçıda olmadığı məlum olmuşdur. Eyni zamanda vərəsəlik məktubuna nə ehtiyac olduğu məlum deyil. Belə ki, iddiaçı evin və həyət torpağının mərhum atasının adına qeydiyyata alınmasını xahiş edir. Bundan başqa evin yerləşdiyi torpaq sahəsinə Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanıbhazırlanmaması barədə də məlumatı yoxdur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.”. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “İddiaçı Oğuz rayonu, Sincan kəndində yerləşən fərdi yaşayəş evinə və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq mərhum atası X5 adına vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədləri tam təqdim etməmişdir.(İddaaçının mərhumun vərəsəsi olmasını təsdiq edən sənəd təqdim edilməmişdir). Eyni zamanda bildirmək istəyirik ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələri və ölçüləri fərqlidir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. "‘Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X11 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.”. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Oğuz rayon İcra Hakimiyyəti Başçısının Sincan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışı.
3. 1988-ci il tarixli 226 inventar nömrəli Texniki pasportun surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsinin hüquqi subyekti X7r.
4. Oğuz rayon İcra Hakimiyyəti Başçısının Sincan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Mərhum xx.xx.1995-ci ildə vəfat etmiş X5 təsərrüfatında istifadəsində hər hansı torpaq sahəsinin olması ilə bağlı təsərrüfatbaşına uçot kitablarındakı qeydlər həmin illər üzrə müvafiq olaraq Oğuz Rayon Arxiv Dövlət İdarəsinə təhvil verilmişdir. İddiaçı təsərrüfatında yeni tikilmiş bir mərtəbəli , bir (1) otaqlı fərdi yaşayış evi 2015-ci ildə tikilmişdir. İddiaçı qeydiyyatda olduğu 275 Ns-li şəxsi hesab nömrəli təsərrüfatın istifadəsində 0.14 ha həyətyanı göstərilməklə ümumilikdə 0.31 ha olaraq qeyd edilmişdir. Həmin şəxsin Sincan İƏD üzrə nümayəndəlik və ya digər ərazilərdə başqa hər hansı torpaq sahəsinin olması barədə məlumat nümayəndəliyə məlum deyil.
5. 03.02.2025-ci il tarixli 08 nömrəli Oğuz rayon Sincan bələdiyyəsinin məktubundan görünür ki, Oğuz rayon Sincan bələdiyyəsinə ünvanladığınız 13 01 2025 ci i! tarixli məktubunuza cavab olaraq bildiririk ki. Sincan kənd sakini mərhum X5 ünvan 2i ərazisində 0 14 ha həyətyani torpaq sahəsi və 0.17 ha zəbt torpağı vardır Hal - hazırda həmən torpaq sahəsi İddiaçı istifadəsındədir.İddia olunan torpaq sahəsində köhnə tikili sökülərək 2015 ci ildə bır mərtəbəli bir otaqlı yaşayış evi tikilmişdir Sincan bələdiyyəsi ərazisində İddiaçı adına başqa torpaq sahəsi yoxdur.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025 il tarixli məktubuna əlavə edilmiş ünvan 1i üzrə həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, X9 və onun ailə üzvlərinin adları qeyd olunmuşdur.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-25/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-614/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
Əsaslandırma hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, X5 adına 1988-ci il tarixli 226 inventar nömrəli Texniki pasport verilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməkdə hüquqi marağı ünvan 1i ünvanında yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun X6 məxsus olması barədə arayışın (çıxarışın) verilməsindən ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-25/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “İddiaçı faktiki istifadəsində olan naturada ölçülmüş 0,3323 hektar torpaq sahəsi Oğuz rayonu'Sincan kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar olmaqla Sincan bələdiyyəsinin mülkiyyətinə aid edilmişdir. X3 X4 (TEKUİS) əsasən, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar olmaqla bələdiyyə mülkiyyəti göstərilmişdir. 1997-ci il və aprel 1988-ci il tarixli texniki pasportda qeyd edilmiş fərdi yaşayış evi, İddiaçı faktiki istifadəsində olan naturada ölçülmüş 0,3323 hektar torpaq sahəsi üzərində olan evə nisbətdə aid olub- olmamasını təyin etmək mümkün deyildir. Buna səbəb Texniki pasportda qeyd edilmiş ev iddiaçı tərəfindən sökülərək yeni ev inşa edilməsidir. Hər iki texniki pasportda qeyd edilmiş torpaq sahəsinin cizgisi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsini müqayisələndirildikdə eyni ərazi olub-olmaması müəyyən etmək mümkün deyildir.”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-614/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə münasibətdə iddia olunan 0,14 hektar torpaq sahəsinə dair yerquruluşu planı tərdib edilmişdir.Torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi yerquruluşu planlarında göstərilmişdir. Faktiki naturada ölçülmüş torpaq sahəsi magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infranstrukturu obyektlərinin və suların mühafizə zonalarında yerləşmir. Torpaq islahatı aparılan zaman X5 və ailə üzvlərinin, o cümlədən İddiaçı adına şəhadətnamə və ya plan ölçü sənədlərinin tərtib olunmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində məlumat mövcüd deyil.”. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Cavabdeh imtinasının əsasını iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi təşkil edir. Məhkəmə imtinanı əsassız sayaraq qeyd edir ki,iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun əsası kimi iki hüquqmüəyyənedici sənəd təqdim edilmişdir. 1997-ci il və 1988-ci il tarixli 226 inventar nömrəli “Texniki pasport”lardan görünür ki, ünvan 1i ünvanında yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsi X5 xüsusi mülkiyyətində kimi qeyd olunan evin yerləşdiyi torpağın sənəd üzrə sahəsinin 1400 kv.m olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısın”ın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcədə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda). X1 adına tərtib edilmiş “təsərrüfat kitabında” torpaq kadastr kitablarının yazılarında torpağın sahəsinin cəmi 0, 14 ha qeyd olunmuşdur. Göründüyü kimi X5 adına tərtib edilmiş 1997-ci il və 1988-ci il tarixli 226 inventar nömrəli “Texniki pasport”lar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısın”ında hüquqmüəyyənedici sənəd hesab olunurlar. Belə olan halda iddiaçının tələbi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin dispozisiya şərtləri ilə üzlaşdığından iddia əsaslı hesab edilməlidir. Həmin maddənin tələbinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd olunanlara əsasən iddia təmin edilməli, ünvan 1ində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsinin mərhum X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1ində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev.