Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-360/2021 05.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 iştirakı ilə İddiaçı Cavabdehna qarşı “İddiaçı şəhadətnamələndirilməsi haqqında xx.xx.N016-cı il tarixli N51 nömrəli qərarda ümumi xəstəlikdir qeydinin Ümumi xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır” qeydinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər N saylı hərbi hissənin hospital Hərbi Həkim Komissiyası, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “N saylı hərbi hissənin hospital Hərbi Həkim Komissiyasının xx xxxx N016-cı il tarixli “xəstəlik haqqında şəhadənamə №45N” saylı qərarının 1N-ci bəndində dəyişiklik edilərək, ümumi xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” düzəlişinin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N0-ci il tarixli N-1(11N)-4504/N0N0 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. xx.xx.N0N0-ci il tarixdə göndərilən inzibati iş Şəki İnzibati Məhkəməsinin dəftərxanasına xx.xx.N0N0-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab Rayon Bölməsi tərəfindən xx xxxxxxx N015-ci il tarixdə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində sıravi əsgər kimi hərbi xidmətdə olmuşdur. İddiaçı xx xxxxxx N015-ci ildə N saylı hərbi hissədə müayinə edilmiş, "sidik kisəsinin vərəmi" diaqnozu ilə müalicənin davam etdirilməsi üçün X3 göndərilmişdir. Stasionar müalicə başa çatdıqdan sonra X1 Hərbi Həkim Komissiyası Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx N008-ci il tarixli 1N3 saylı əmrinin 3-cü maddəsinin "b" bəndinin N-ci qrafasına əsasən şəhadətləndirilmiş, "sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı Cavabdeh tərəfindən təsdiq edilmişdir. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi Həkim ekspertizası haqqında Əsasnamə"nin 7.N-ci maddəsinin "e" yarımbəndinə əsasən "ümumi xəstəlik" kimi təyin edilmişdir. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin düzgün müəyyən edilməməsi barədə iddiaçının ərizəsi Cavabdeh tərəfindən təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin düzgün müəyyən edilməməsi barədə onun ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Bu səbəbdən də cavabdehin hərəkətləri nəticəsində hüquqları pozulmuşdur. İddiaçı məhkəmənin dəftərxanasına xx.xx.N0N0-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşmə aparmış, cavabdeh qismində Cavabdeh qeyd edərək, “İddiaçı şəhadətnamələndirilməsi haqqında xx.xx.N016-cı il tarixli N51 nömrəli qərarda ümumi xəstəlikdir qeydinin Ümumi xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır” qeydinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.N0N0-ci il tarixli qərardadı ilə dəqiqləşmə barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, N015-ci ildə SHXÇDX-nın Zərdab rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış İddiaçı xx.xx.N016-cı ildə N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş “Sidik kisəsinin vərəmi, sorulma mərhələsində, KB(-) mənfi” diaqnozuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’’nin “Xəstəliklər cədvəli”nin 3“b” maddəsinin İİ qrafasına əsasən “SÜLH DÖVRÜNDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZ, MÜHARİBƏ DÖVRÜNDƏ MƏHDUD YARARLİDİR” sayılmış və ya xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.N bəndinin e) yarımbəndinə əsasən “ÜMUMİ XƏSTƏLİKDİR” kimi təyin edilmiş və bu qərar MN MHHK tərəfindən xx.xx.N016-cı ildə təsdiq edildikdən sonra bir nüsxəsi MN MHHK-nın arxivinə verilmiş, digər nüsxələr isə vətəndaşın qeydiyyatda olduğu SHXÇDX-nın Zərdab rayon şöbəsinə və xidmət etdiyi N saylı hərbi hissənin komandirinə göndərilməsi üçün N saylı hərbi hissəyə (hospitala) göndərilmişdir. Odur ki, qərarın vətəndaşa nə vaxt verilməsi sualına aydınlıq gətirmək üçün N saylı hərbi hissənin (hospitalın) komandirinə müraciət olunmalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-1N-ci maddəsinə əsasən, MN MHHK Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır.
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1-ci maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. N. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasərji hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1-ci maddəsinə əsasən, hərbi-həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə tibbi-eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4-cü maddəsinə əsasən “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə, yəni xx.xx.1994-ü cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Etirazın dəlilləri:
1. Vətəndaş İddiaçı təyin edilmiş xəstəlik hərbi xidmət dövründə deyil hərbi xidmətə çağrılmamışdan əvvəl yaranmışdır. Belə ki, o, xx.xx.N015-ci ildə hərbi xidmətə çağırılmış və cəmi N0 gün xidmət etdikdən sonra onda həmin xəstəliyin əlamətləri aşkar edildiyindən xx.xx.N015-ci ildən xx.xx.N015-ci ilə kimi N saylı hərbi hissədə, xx.xx.N015-ci ildən xx.xx.N015- ci ilə kimi SQ BKH-da, xx.xx.N015-ci ildən xx.xx.N016-cı il tarixdək, yəni hərbi xidmətə yararsız sayılanadək N saylı hərbi hissədə müalicə olunmuşdur. N. “Sidik kisəsinin vərəmi, sorulma mərhələsində, KB(-) mənfi” diaqnozu ilə olan xəstəliyin N0 gün müddətində əmələ gəlməsi qeyri mümkündür. Bu səbəbdən vətəndaş İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilməsi mümkün deyildir.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.N-ci bəndinin “e” yarımbəndi ilə vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilməsi nəzərdə tutulmamışdır.
4. Ona görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.N-ci bəndinin “e” yarımbəndinə əsasən, vətəndaş İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “ÜMUMİ XƏSTƏLİKDİR” kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün heç bir əsas yoxdur.
5. Vətəndaş İddiaçı xəstəliyinin “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Belə ki, xəsarət, travma, xəstəlik, əlillik və bunların arasındakı səbəb-əlaqə məsələləri hüquqi deyil, sırf tibbi kateqoriyalardır və tibbi meyarlarla müəyyən edilir. Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.N-ci maddəsinin “ç” bəndinin tələblərinə ziddir.
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx N015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.N, 1.3, 1.4 və N.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövbcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı almayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosessual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında sərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırkı iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçı iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin İddiaçı qanunla müəyyən edilmiş həmin müddəti 4 ilə yaxın ötürmüşdür. Yuxarıda qeyd olunanlara görə cavabdeh orqan hesab edir ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsi). Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab Rayon Bölməsinin xx.xx.N0N0-ci il tarixli 167 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı həqiqi hərbi xidmətə yararlı hesab edilərək xx.xx.N015-ci il tarixdə Bölmə tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.N016-cı il tarixli 68Q6AQD0000N nömrəli sənədinin surətindən müəyyən edilir ki, iddiaçıya “ümumi xəstəlik” səbəbi ilə xx.xx.N016-cı il tarixdən xx.xx.N0N1-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarında olan N51 nömrəli hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən verilən və hal-hazırda iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.N016-cı il tarixli “Xəstəlik haqqında şəhadətnamə № 45N” başlıqlı Şəhadətnamənin təsdiq edilmiş surətində 8-ci, 9-cu, 1N-ci və 13-cü bənddlərində qeyd edilir:
8. Anamnezi: Özünü N015-ci ilin noyabr ayından xəstə hesab edir. Xəstəliyini soyuqlaması ilə əlaqələndirir. Xəstəlik sidik ifrazı zamanı ağrı, göynəmə əlamətlərilə başlamışdır. Həkimə müraciət etmiş, müayinə üçün N14 nömrəli hərbi hissəyə göndərilmişdir. Müayinədən sonra ixtisaslı müayinə və müalicə üçün SQ BKH-ya köçürülmüşdür. SQ BKH-nin urologiya bölməsində müayinə və müalicədə olarkən ET XN ağciyərdən kənar vərəm şöbəsinin həkim-mütəxəssisi tərəfindən konsultasiya olunmuş, “sidik kisəsinin vərəmi” diaqnozu təyin edilərək müalicəsini davam etdirmək üçün X3 köçürülmüşdür. Hərbi hospitalda xəstəyə «sidik kisəsinin vərəmi, infiltrasiya mərhələsində, KB(-) mənfi» diaqnozu qoyulmuşdur. Aparılan spesifik müalicə nəticəsində xəstədə kliniki yaxşılaşma yaranmışdır. Xəstə Silahlı Qüvvələrin baş fiziatrı tərəfindən müayinə olunmuş, kliniki və ekspert diaqnozu ilə razıdır. Stasionar müalicə müddəti başa çatmışdır. Əvvəllər şəhadətləndirilməmişdir.
9. 04.11.-xx.xx.N015-ci il N14 nömrəli hərbi hissə, 13.11.-xx.xx.N015-ci il SQ BKH, xx.xx.N015-ci il tarixdən hazırkı dövrədək N51 nömrəli hərbi hissədə stasionar müayinədə və müalicədədir. 1N. Diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK qərarı: Sidik kisəsinin vərəmi, sorulma mərhələsində, KB(-) mənfi Ümumi xəstəlikdir.
13. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: «Xəstəliklər cədvəli»nin 3 «b» maddəsinin İİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008- ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə qoşma) əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx N015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.N, 1.3, 1.4 və N.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri İlkin şərt onun zəruri olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosessual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırkı iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 3N.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 3N.N-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırkı halda iddiaçının mübahisələndirdiyi akt barəsində məhkəməyə şikayət verilməmiş inzibati aktdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt N016-cı il 09 iyun tarixdə qəbul edilmiş və həmin inzibati aktda iddiaçının əlillik səbəbi ümumi xəstəlikdir” kimi qeyd edilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinin dəftərxanasına xx.xx.N0N0-ci il tarixdə daxil olmuş iddia ərizəsində hazırkı tələbi qeyd edərək müraciət etmiş, lakin göründüyü kimi qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirmədiyindən tələb edilən müddəti ötürmüş və həmin aktı mübahisələndirmə imkanını itirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı Cavabdehna qarşı “İddiaçı şəhadətnamələndirilməsi haqqında xx.xx.N016-cı il tarixli N51 nömrəli qərarda ümumi xəstəlikdir qeydinin Ümumi xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır” qeydinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlqar Cabbarov