Məhkəmə qərarları › İş №2-1(116)-3600/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3600/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3600/2025 30.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, İddiaçı Cavabdehnə qarşı “X2 ilə olan 1980-cı ilə tarixli nikah akt qeydinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ilə olan 1980-cı ilə tarixli nikah akt qeydinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: X2 ilə 1980-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurub evlənmişdir. Nikah qeydi Laçın rayon Şərvə kənd inzibati ərazi nümayəndəliyinin Danbulaq kəndində qeydiyyatda alınmış və müvafiq nikah haqqında şəhadətnamə verilmişdir. İddiaçının həyat yoldaşı ilə birgə nikahdan 3 (üç) övladları anadan olmuşdur. Həyat yoldaşı Laçın rayon sakini olduğu üçün Laçın rayonunda qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra Bərdə rayonuna gəlmiş və burada yaşamağa başlamışlar. Övladlarının hər biri Bərdə rayonunda anadan olmuşdur. Ən böyük övladı nikahdan sonra 1981-ci ildə anadan olmuşdur. Həyat yoldaşı X2 13 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı ailə həyatı qurduqdan sonra şəxsiyyət vəsiqəni dəyişmiş. “ Səfərova” soyadından "Heydərova” soyadına keçmiş və şəxsiyyət vəsiqəsində ailə vəziyyəti “evli ” olaraq qeyd edilmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra iddiaçı onun pensiyası öz pensiyasının üzərinə yazdırmaq üçün lazimi təşkilatlara müraciət etdi. Oradan iddiaçının nikah haqqında şəhadətnaməmi tələb etdilər. Lakin nikah haqqında şəhadətnamə iddiaçıda olmadığı üçün tələb edilən yerə sənədini təqdim edə bilmədi. Laçın rayon Qeydiyyat şöbəsi və ona dair sənədlər olmadığından ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsinə müraciət etdi. Lakin nikah haqqında sənədlərinə dair heç bir məlumat aşkarlanmadığından məhkəməyə müraciət etməyi məsləhət gördülər. Hazırki iddia ərizəsinə baxılarkən aşağıdakı sənədlərin məzmununa istinad edilmiş, həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2025-ci tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

Əsaslandırma hissəsi:

İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı X2 ilə olan 1980-cı ilə tarixli nikah akt qeydinin bərpa olunmasından ibarətdir. Həmin şəhadətnamə Ermənistan Respublikasında verildiyindən onun verilməsinə əsas olmuş sənədlər hazırda Cavabdehndə mövcud deyil. Bu səbəbdən ilk növbədə İddiaçı həyat yoldaşı X2 ilə olan 1980-cı ilə tarixli nikah akt qeydinin bərpa olunması üçün ilk növbədə doğum haqqında akt qeydi bərpa edilməlidir ki, bu məsələlərə də inzibati deyil, ümumi məhkəmələrdə xüsusi icraat çərçivəsində baxılır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Burada “məhkəmə” deyiləndə məhz “qeydiyyat faktını müəyyən edən” məhkəmə nəzərdə tutulur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2009-cu il tarixli, 3 nömrəli Qərarının: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə, qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə, belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Hazırkı halda iddiaçı hüquqi nəticə doğuran sənəd hesab edilən nikah haqqında şəhadətnaməsini itirdiyindən, bu şəhadətnamə Laçın rayonu, Şərvə kənd inzibati ərazi nümayəndəliyinin Danbulaq kəndində verildiyindən, onun akt qeydi kitabı cavabdehdə mövcud olmadığından onun dublikatının verilməsi də mümkün deyil. Buna görə də ilk növbədə İddiaçı X2 ilə olan 1980-cı ilə tarixli nikah akt qeydinin bərpa olunması ilə bağlı ümumi məhkəməyə müraciət edərək, vətəndaşlıq vəziyyəti aktının bərpa edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əldə etməlidir. Hüquqi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələrə isə inzibati deyil, mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “X2 ilə olan 1980-cı ilə tarixli nikah akt qeydinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar