Məhkəmə qərarları › İş №2-1(116)-362/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-362/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-362/2020 29.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X23 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X14 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X30 (üçüncü şəxs: X26) qarşı “Şəki rayonu X12 xx xxxx 1998-ci il tarixli 46 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş Şəki rayonu Oxud kəndində yerləşən 799.43 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçıya Şəki rayon X12 xx xxxx 1998-ci il tarixli 46 nömrəli qərarı ilə, 799,43 sot həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixində Daşınmaz əmlak üzərində hüququnun qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin 12 saylı X30 müraciət etmiş, lakin həmin idarədən ona bildirilmişdir ki, ona aid olan torpaq sahəsi qonşu mülkiyyətçinin zəbt sahəsi olaraq istifadəsində olduğu həmçinin torpaq sahəsinin mübahisəli olması məlum olmşdur. Bu səbəbdən iddiaçıya lazımi sənədi almaq üçün maneə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Şəki rayonu X12 xx xxxx 1998-ci il tarixli 46 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş Şəki rayonu Oxud kəndində yerləşən 799.43 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: Ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, Oxud kəndində yerləşən 0.0799 ha torpaq sahəsinə X11, X6, X7, X8, X9 və X4 adlarına xx xxxxxxx 2011-ci il tarixli, A№342193 saylı torpaq sahəsinin planı və ölçüsü verilməsi barədə məlumat mövcuddur.Vətəndaşın sözügedən torpaq sahəsinin qeydiyyatı üçün ərazi idarəsinə müraciəti ilə bağlı tərəfimizdən aparılan araşdırma zamanı DTXK-nın Şəki rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2011-ci il tarixli, A№342193 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş qeydiyyata alınmalı 0.0799 ha torpaq sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatları ilə faktiki yerləşmə koordinatlarının fərqli olduğu, qeydiyyata alınmalı torpaq sahəsinin digər mülkiyyətçinin adına qeydiyyata alınmış xx xxxxx 2010-cu il tarixli, **********05 reyestr nömrəli torpaq sahəsinin müəyyən hissəsi ilə üst-üstə düşdüyü və onun istifadəsində olmaqla mübahisə olduğu müəyyən edildiyindən vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət retyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin tələblərinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişinə hüquq sahibi etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparıldığından X15 adına verilmiş xx xxxxx 2010-cu il tarixli, 003771 saylı torpaq sahəsinin planı və ölçüsündə düzəliş aparılmalıdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X26 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan DƏDRX-nin xx.xx.2019-cu il tarixli **********41 nömrəli iddiaçıya göndərilən imtina məktubundan görünür ki, Şəki rayonu, Oxud kəndində yerləşən 799.43 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2019-cu il tarixli ərizənizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X27 baxılmışdır. Ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, Oxud kəndində yerləşən 0.0799 ha torpaq sahəsinə X11, X6, X7, X8, X9 və X4 adlarına xx xxxxxxx 2011-ci il tarixli, A№342193 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumat mövcuddur. Tərəflərindən aparılan araşdırma zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2011-ci il tarixli, A № 342193 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş qeydiyyata alınmalı 0.0799 ha torpaq sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatları ilə faktiki yerləşmə koordinatlarının fərqli olduğu, qeydiyyata alınmalı torpaq sahəsinin digər mülkiyyətçinin adına qeydiyyat alınmış xx xxxxx 2010-cu il tarixli, **********05 reyestr nömrəli torpaq sahəsinin müəyyən hissəsi ilə üst-üstə düşdüyü və onun istifadəsində olmaqla mübahisə olduğu müəyyən edildiyindən, ərizənizin icrası mümkün olmamışdır. İş materiallarında olan Şəki şəhər İHB-nın Oxud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 896 nömrəli arayışından görünür ki, Oxud kənd sakini İddiaçı adına A seriyalı 342193 nömrəli plan və ölçü aktında 799,43 kv.m həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan Şəki şəhər İHB-nın Oxud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 53 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqiətən 0,08 ha (səkkiz sot) həyətyanı torpaq sahəsinin vergi ödəyicisidir. İş materiallarında olan DƏDRX-nin 12 saylı X28 xx.xx.2019-cu il tarixli **********81 nömrəli bildirişdən görünür ki, aparılan araşdırma zamanı təqdim olunan sənədlərə əsasən torpaq sahəsinin ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında digər mülkiyyətçinin istifadəsində olan sahə kimi qeyd olunduğu aşkar olunmuş, bu səbəbdən, məsələnin təkrar araşdırılması məqsədi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənizin icrasına 1 (bir) ay müddətinə dayandırma verilmişdir. Qeyd olunan torpaq sahəsinin qonşu mülkiyyətçinin zəbt sahəsi olaraq istifadəsində olduğu, həmçinin torpaq sahəsinin mübahisəli olduğu məlum olmuşdur. İş materiallarında olan A seriyalı 342193 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, X33 Komissiyasının xx xxxx 1998-ci il tarixli 46 nömrəli qərarı ilə İddiaçı adına 799.43 kv.m həyətyanı torpaq sahəsi xx.xx.2011-ci il tarixli 8585 nömrə ilə Dövlət Torpaq Kadastrı kitabına uçota alınmışdır. İş materiallarında olan DƏDRX-nin MA seriyalı ******* saylı Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəki rayonu, Oxud kəndində yerləşən 0.1 ha torpaq sahəsi X15 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Oxud kənd icra nümayəndəliyinin xx.xx.2010-cu il tarixli 511 nömrəli arayışın təsdiqlənmiş surətindən görünür ki, X10 məxsus Oxud kəndində yerləşən 10 (on sot) həyətyanı torpaq sahəsi var. İş materiallarında olan Azərbaycan Respublikası Milli X29 filialının xx.xx.2010-ci il tarixli 95 nömrəli arxiv arayışın təsdiqlənmiş surətindən görünür ki, Şəki rayon Oxud kənd Nərimanov adına kolxozun 1975-ci ilin qaytarılmış torpaq kitabına əsasən 945-ci sırada X5 torpağının cəmi 0.10 ha olması qeyd edilmişdir. İş materiallarında olan DƏDRX-nin MA seriyalı ******* saylı Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəki rayonu, Oxud kəndində yerləşən 0.1 ha həyətyanı torpaq sahəsi X5 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan 003771 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şəki rayonu, Oxud kəndində yerləşən 0.10 ha torpaq sahəsi X15 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AA seriyalı 003753 saylı Torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Şəki rayonu, Oxud kəndində yerləşən 0.10 ha torpaq sahəsi X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, X13 xx.xx.2010-cu il tarixli, 435 saylı arayış və xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən Şəki rayonu Oxud kəndində yerləşən 0.1 ha torpaq sahəsini X1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC X31 İdarəsinin xx.xx.2020-ci il tarixli ŞM-091 nömrəli arayışından görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 17:00-da idarənin mütəxəssisinin iştirakı təmin edilmiş, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə ölçülərək götürülmüşdür. İddiaçının faktiki istifadəsində olan və İddiaçı adına olan A № 342193 nömrəli (Torpaq sahəsinin planı və ölçüsü) sənəd üzə torpaq sahəsinin koordinatları tərtib edilmiş sxemdə göstərilmişdir. X3 və X2 üzrə koordinantları üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə A № 342193 nömrəli (Torpaq sahəsinin plan və ölçüsü) X21 (xx xxxxx 2010-cu il tarixli qeydiyyat nömrəsi **********) faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşür və üst-üstdə düşən hissənin koordinatları tərtib edilən sxemdə göstərilmişdir. İş materiallarında olan DƏDRX-nin xx.xx.2020-ci il tarixli **********02 nömrəli məktubundan görünür ki, ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, Oxud kəndində yerləşən 0.0799 ha torpaq sahəsinə X11, X6, X7, X8, X9 və X4 adlarına işlənilmiş xx xxxxxxx 2011-ci il tarixli A№342193 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar ilə faktiki yerləşmə yerinin koordinatları arasında 150 metr sürüşmə fərqi olduğundan texniki səhv olaraq həmin torpaq sahəsi X15 adına tərtib edilmiş **********05 reyestr nömrəli torpaq sahəsinin zəbti kimi işlənilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin tələblərinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texnikisəhvlərin düzəlişinə hüquq sahibi etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparıldığından X15 adına verilmiş xx xxxxx 2010-cu il tarixli, 003771 saylı torpaq sahəsinin planı və ölçüsüsü sənədində düzəliş aparılması üçün X11 tərəfindən ərazi idarəsinə ünvanlanmış ərizənin icrasından imtina olunmuşdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı 0******* nömrəli ş/v-nin surəti, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı X28 xx.xx.2019-cu il tarixli **********41 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli **********07 nömrəli bildiriş, AZE seriyalı 15800011 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Şəki şəhər İNB-nin Oxud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli 896 nömrəli arayış, AZE seriyalı 14594527 nömrəli, AZE seriyalı 07502017 nömrəli şəxsiyyət vəsiqələrin surəti, AZ-İ seriyalı 671873 nömrəli nikah haqqında şəhadətnamənin surəti, AA seriyalı ******* nömrəli və AZE seriyalı 14001078 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Oxud Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 53 nömrəli arayışı, Təstiqetmə bildirişi, Şəki şəhər İHB-nın Oxud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlinin xx.xx.2019-cu il tarixli 770 nömrəli, xx.xx.2019-cu il tarixli 769 nömrəli, xx.xx.2019-cu il tarixli 768 nömrəli və xx.xx.2019-cu il tarixli 771 nömrəli arayışları, DƏDRX-nin 12 saylı X28 xx.xx.2019-cu il tarixli **********81 nömrəli bildirişi, A seriyalı 342193 saylı Torpaq sahəsinin planı və ölçüsü, DƏDRX-nin 12 saylı X28 xx.xx.2020-ci il tarixli **********65 nömrəli məktubu, DƏDRX-nin MA seriyalı ******* nömrəli çıxarış təsdiqlənmiş surəti, Şəki şəhər İHB-nın Oxud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlinin xx.xx.2010-ci il tarixli 511 nömrəli və xx.xx.2010-ci il tarixli 79 nömrəli arayışları, Azərbaycan Respublikası Milli X29 filialının xx.xx.2010-ci il tarixli 95 nömrəli arxiv arayışın təsdiqlənmiş surəti, DƏDRX-nin MA seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surəti, 003771 saylı Torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surəti, AA seriyalı 003753 saylı Torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surəti, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********37 nömrəli məktubu, 46 nömrəli protokolun təsdiqlənmiş surəti, Şəki rayonu Oxud kəndinin istifadəsində olan torpaq sahəsinin islahatının aparılması barədə Oxud kəndinin özəlləşən torpaqlarından pay almaq hüququ olan ailə başçıları ilə yerli islahat komissiyasının birgə xx xxxxxx 1998-ci il tarixli yığıncağın 01 nömrəli protokolun təsdiqlənmiş surəti, Şəki rayonun Oxud kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********33 nömrəli məktubu və ona əlavə edilmiş arayış, sxem və aktın surətləri, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-362/2020 nömrəli Qərardadı, DƏDRX-nin 12 saylı X28 xx.xx.2020-ci il tarixli **********02 nömrəli məktubu və ona əlavə edilmiş sxem aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, 3-cü şəxs X26 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onunn iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. İş materiallarında olan A seriyalı 342193 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, X33 Komissiyasının xx xxxx 1998-ci il tarixli 46 nömrəli qərarı ilə İddiaçı adına 799.43 kv.m həyətyanı torpaq sahəsi xx.xx.2011-ci il tarixli 8585 nömrə ilə Dövlət Torpaq Kadastrı kitabına uçota alınmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin qanunverici həmin torpaq sahələrin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəki rayonu, Oxud kəndində yerləşən 0.0799 ha torpaq sahəsinə iddia və ailə üzvlərinin adlarına işlənilmiş xx xxxxxxx 2011-ci il tarixli A№342193 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar ilə faktiki yerləşmə yerinin koordinatları arasında 150 metr sürüşmə fərqi olduğundan texniki səhv olaraq həmin torpaq sahəsi X15 adına tərtib edilmiş **********05 reyestr nömrəli torpaq sahəsinin zəbti kimi işlənilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə 3-cü şəxsin mülkiyyət hüququ qeydə alınmamışdır. Qeyd olunan torpaq sahəsi 3-cü şəxsin plan ölçü sənədində zəbt sahə kimi qeyd olunmuşdur ki, bu da 3-cü şəxsə həmin torpaq sahəsinə hər hansı bir hüquq vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15-dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinəŞəki rayonu X12 xx xxxx 1998-ci il tarixli 46 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Şəki rayonu Oxud kəndində yerləşən 799.43 kv.m həyətyanı torpaq sahəsinə İddiaçı və ailə üzvlərinin mülkiyyət hüququnun qeydə alınması, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçının prosessual hüquqi varisi ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X28 üzərinə Şəki rayonu X12 xx xxxx 1998-ci il tarixli 46 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Şəki rayonu Oxud kəndində yerləşən 799.43 kv.m həyətyanı torpaq sahəsinə İddiaçı və ailə üzvlərinin mülkiyyət hüququnun qeydə alınması, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar