Məhkəmə qərarları › İş №2-1(116)-362/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-362/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-362/2022 26.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1977-ci ildən 1999-cu ilədək Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda kolxozçu kimi işlədiyi illərin ümumi iş stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 15 saylı regional ərazi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilədək Şəki şəhəri Texniki Peşə məktəbində təhsil aldığı illərin, 1971, 1972, 1973 və 1974-cü illərdə Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda kalxozçu işlədiyi illərin, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olduğu illərin və 1977-ci ildən 1999-cu ilədək Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda işlədiyi illərin ümumi iş satjına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxx 1956-cı ildə Şəki rayonu Baltalı kəndində anadan olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki peşə təhsili komitəsinin 1147 nömrəli attestatına əsasən iddiaçı 01 sentyabr 1970-ci ildə Şəki şəhər 43 nömrəli texniki peşə məktəbinə qəbul olmuş və 24 iyul 1971-ci ildə həmin peşə məktəbini rəngsazlıq ixtisası üzrə bitirmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət X4 23 avqust 2021-ci il tarixli 636 saylı arxiv arayışına əsasən iddiaçı Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda 1971, 1972, 1973 və 1974-cü illərdə kolxozçu kimi işləmişdir. H3 № ******* saylı hərbi biletin təsdiq edilmiş surətinə əsasən İddiaçı 31 oktyabr 1974-cü il tarixdən 21 noyabr 1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət X4 25 fevral 2021-ci il tarixli 150 saylı arxiv arayışına əsasən İddiaçı Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda 1977-ci il tarixdən 1999-cu il tarixədək müxtəlif işlərdə işləmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək cavabdeh qismində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qeyd edilməsini və “xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilədək Şəki şəhəri Texniki Peşə məktəbində təhsil aldığı illərin, 1971, 1972, 1973 və 1974-cü illərdə Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda kalxozçu işlədiyi illərin, xx.xx.1974cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olduğu illərin və 1977-ci ildən 1999-cu ilədək Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda işlədiyi illərin ümumi iş satjına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-1534/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********6 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı ona yaşa görə pensiyanın təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 saylı regional ərazi filialına müraciət etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən ona hərbi xidmət dövrünün və əyani təhsil müddətinin nəzərə alınmaqla sığorta stajının 2 il 11 ay 3 gün təşkil etməklə tələb olunan müddətdən (25 ildən) az olduğu, eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınan 2225,24 manat pensiya kapitalının tələb olunan pensiya kapitalından (28800 manat) az olduğu bildirilərək yaşa görə pensiyanın təyin olunmasından imtina edilmiş, lakin ona 01,07.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə proaktiv qaydada sosial müavinət təyin edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilədək Şəki şəhəri Texniki Peşə məktəbində təhsil aldığı illərin, 1971, 1972, 1973 və 1974-cü illərdə Şəki rayonu Baltalı kənd Partiyanın XXİİİ qurultayı adına kolxozda kolxozçu işlədiyi illərin, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olduğu illərin və 1977-ci ildən 1999-cu ilədək Şəki rayonu Baltalı kənd Partiyanın XXİİİ qurultayı adına kolxozda işlədiyi illərin ümumi iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq, qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X4 xx.xx.2021-ci il tarixli 150 nömrəli və xx.xx.2021-ci il tarixli 636 nömrəli arxiv arayışlarında qeyd olunan əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd edilməmişdir. Həmçinin, həmin arxiv arayışlarında “Şəki rayonu Baltalı kənd Partiyanın XXİİİ qurultayı adına kolxozda 1971-1974, 1977-1999-cu illər üçün minumum əmək günü normasının neçə gün olması qeyd edilməmişdir. Bu müddəa iddiaçının faktik əmək fəaliyyəti dövrünün hesablanmasını mümkünsüz edir. Beləliklə, həmin dövr əmək kitabçasında qeyd edilməməklə yanaşı natamam tərtib olunmuş arxiv arayışları ilə təsdiq edilmir. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********8 nömrəli etiraz məktubuna əlavədə qeyd etmişdir ki, Milli Arxiv İdarəsi Dövlət Arxivinin arayışlarında İddiaçı ad və soyadının 1971-1974-cü illərdə “Mürsəlov Rasim”, 1977-1999-cu illərdə isə “İddiaçı” kimi qeyd edildiyi bildirilmişdir. Həmçinin 1972-ci ildə ad və soyadda qaralama olduğu göstərilmişdir. Bu fakt arxiv arayışının iddiaçıya məxsus olması faktını şübhə altına atır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə xüsusi icraat qaydasında məhkəmə baxır. Cavabdeh etiraza əlavə məktubunda da həmçinin məktubunda iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd edərək “1977-ci ildən 1999-cu ilədək Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda kolxozçu kimi işlədiyi illərin ümumi iş stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun ziahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, iddiaçı X2 xx.xx.1956-cı il tarixdə Şəki rayonunun Baltalı kəndində anadan olmuşdur. 1147 nömrəli attestatın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilədək Şəki şəhər 43 nömrəli texniki peşə məktəbində təhsil almışdır. 2910775 nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmət keçmişdir. İddiaçının təhsil və hərbi xidmət müddəti cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh öz etirazında və etiraza əlavəsində Milli Arxiv İdarəsi Dövlət Arxivinin arayışlarında İddiaçı ad və soyadının 1971-1974-cü illərdə “Mürsəlov Rasim”, 1977-1999cu illərdə isə “İddiaçı” kimi qeyd edildiyi bildirilmiş, həmçinin 1972-ci ildə ad və soyadda qaralama olduğu göstərməklə 1971-1974-cü illər üzrə iddiaçının stajını qeyd olunan nöqsanlara əsasən, xüsusi olaraq mübahisələndirmişdir ki, iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşmə təqdim edilərək həmin müddətin sosial sığorta stajına daxil edilməsi hissəsində tələbdən imtina edilməklə dəqiqləşmə aparılmış, cavabdeh tərəfindən mübahisələndirilən kolxoz stajından 1977-1999-cu illərin onun sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsin Respublika Dövlət X4 xx.xx.2022-ci il tarixli 74 nömrəli məktubunda görünür ki, iddiaçı Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda 1971-1974, 1977-1999-c illərdə müvafiq olaraq: 1971-1974-cü illər üzrə - 31, 116, 91, 134 adam günü (bu müddətin sosial sığorta stajına daxil edilməsi iddiaçı tərəfindən tələb edilməmişdir); 1977-ci il üzrə - 278 adam günü (tam il); 1978-ci il üzrə - 305 adam günü (tam il); 1979-cu il üzrə - 218 adam günü; 1980-ci il üzrə - 282 adam günü (tam il); 1981-ci il üzrə - 311 adam günü (tam il); 1982-ci il üzrə - 286 adam günü (tam il); 1983-cü il üzrə - 282 adam günü (tam il); 1984-cü il üzrə - 321 adam günü (tam il); 1985-ci il üzrə - 307 adam günü (tam il); 1986-ci il üzrə - 314 adam günü (tam il); 1987-ci il üzrə - 327 adam günü (tam il); 1988-ci il üzrə - 311 adam günü (tam il); 1989-ci il üzrə - 308 adam günü (tam il); 1990-ci il üzrə - 340 adam günü (tam il); 1991-ci il üzrə - 295 adam günü (tam il); 1992-ci il üzrə - 325 adam günü (tam il); 1993-cü il üzrə - 375 adam günü (tam il); 1994-cü il üzrə - 333 adam günü (tam il); 1995-ci il üzrə - 294 adam günü (tam il); 1996-cı il üzrə - 316 adam günü (tam il); 1997-ci il üzrə - 300 adam günü (tam il); 1998-ci il üzrə - 336 adam günü (tam il); 1999-cü il üzrə - 197 adam günü işləmişdir. Həmin illər üzrə kolxozçuların əmək uçotu və kolxoz üzvlərilə hesablaşma kitablarına, əməyin ödənişi üzrə kitablarına və kolxozçuların əmək stajı və qazancının uçotu kitabına əsasən Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda minimum adam günü norması 240 gün olmuşdur. Beləliklə, iddiaçı kolxozçu kimi adıgedən kolxozda 21 tam il işlədiyi iş materiallarına əlavə olunmuş arxiv arayışları və X6 Filialı tərəfindən xx.xx.2022-ci il tarixli 118 nömrəli məktubla məhkəməyə təqdim etmiş olduğu kolxozçuların əməyinin ödənişi üzrə hesablaşma kitablarından çıxarışların təsdiq edilmiş surətləri ilə öz təsdiqini tapmışdır. İddiaçı 1977-1999-cu illər aralığında yalnız 1979-cu ildə 218, 1999-cu ildə isə 197 adam günü olmaqla minimum normada işləməyərək illik stajı tamamlamamışdır. Həmin müddətlərdə işləmiş olduğu adam günü normasının təqvim ilinə konvertasiyası zamanı iddiaçının həmin illər üzrə 1 il 8 ay 23 gün iş stajına malik olduğu müəyyən edilmişdir (hesablama qaydası: 218+197=415 adam gününün ümumi müddəti; 415-240 (1 illik minimum norma)=175 (1 illik staj müəyyən edildikdən sonra qalan adam günü sayı); 240 (illik norma)/12 (ay)=20 (aylıq adam günü norması); 175-160 (8 ay üçün adam günü norması)=15 (qalıq adam günü); 20 gün aylıq adam günü normasıdırsa qalıq olan 15 gün 22,5 təqvim günü normasına bərabər tutulacaqdır). Beləliklə, 1977-1999-cu illər üzrə iddiaçının ümumi 22 il 8 ay 23 gün iş stajına malik olduğu müəyyən edilmişdir. Cavabdehin tərəfindən mübahisələndirilməyən təhsil və hərbi xidmət müddətinə görə 2 il 11 ay 3 gün olmaqla əmək stajı ilə toplam hesablanmaqla, iddiaçının cəmi 25 il 7 ay 26 gün əmək stajına malik olduğu iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1956-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən illərdən 1977-1999-cu illər üzrə kolxozda işlədiyi müddətin iddiaçının iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1977-ci ildən 1999-cu ilədək Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ Qurultayı” adına kolxozda kolxozçu kimi işlədiyi illərin ümumi iş stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar