Məhkəmə qərarları › İş №2-1(116)-3644/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3644/2025

03.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3644/2025 03.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu ilə xx.xx.2025-ci il tarixli imtina məktubları müqayisə edilib, onun inzibati orqana müraciətlərini mahiyyəti araşdırılaraq, inzibati orqanin xx.xx.2025-ci il tarixli müraciət ədalətsiz, haqsız yerə kənar cavablandırılmağa çalışmasını nəzərə alıb cavabdeh barədə xüsusi qərardad çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “iddiaçı xx.xx.1960-cı ildə Ucar rayonu, Məlikballı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1981-ci ildən, əmək kitabçasinda göstərilən müxtəlif adda olan müəssisələrdə çalışmaqla başlamış və halhazırda işsizdir. Əmək fəaliyyəti aşağıdakı kimidir: 2 il hərbi xidmət illəri (xx.xx.1979xx.xx.1981). X5 zavodunda slesar, qaynaqçı vəzifələrində işləmişdir. İşlədiyi müəssisə müxtəlif illərdə adını dəyişərək, müxtəlif adlarda olmuş və son olaraq "xxxx" ASC adlandırılmışdır. İddiaçı sözügedən müəssisədə əmək fəaliyyəti fasiləsiz olaraq xx.xx.1981-ci ildən xx.xx.2004-cü ilədək (19 il, ((2000-ci ilin aprel, may, iyun ayları və xx.xx.2004-cü ilədək öz hesabına məzuniyyətdə olmuşdur. (Cavabdeh tərəfindən “Ucar- Pambıq1’ ASC ilə birgə tərtib edilmiş xx.xx.2021-ci il tarixli Akta əsasən)), xx.xx.2009xx.xx.2010 (1 il 8 ay 27 gün), xx.xx.2011-xx.xx.2015 (4 il ), xx.xx.2016xx.xx.2019 (3 il, 4 ay 18 gün) təşkil etmiş, ümumi iş stajı 30 il 1 aydan çox təşkil edir. Həmin iş stajının əksəriyyətini qaynaqçı vəzifəsində işləməyi təşkil edir. “Ucar-Pambıq" ASC tərəfindən verilən 04 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 Ng-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində (ümumi peşələr bölməsində) qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğun peşədir. Yəni, bu peşələrin funksiyası, xarakteri, təyinatı eynidir. İddiaçı nəzərə çatdırır ki, yeni qanunvericiliyə əsasən bütün bu müəssisələrdə çalışmaqla əmək stajı gözəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün lazım olan 12 il 6 aylıq xüsusi və 25 illik ümumi stajı artıqlaması ilə tamam olmuşdur. İddiaçı xx.xx.2022-ci ildə mərkəzi filiala müraciət etmiş və əvvəlki qanunvericiliyin tələbinə əsasən iddiaçı pensiya kapitalı çatışmadığına görə filialdan imtina cavabı almışdır. İddiaçı bildirir ki, mərkəzi filialın xx.xx.2022-ci il tarixli məktubuna nəzər saldıqda, həmin məktubda iş stajı düzgün hesablanmamış və eyni zamanda təqdim etdiyim müəssisənin arayışında işlədiyi peşənin Nazirlər Kabinetinin müvafiq qərarına istinad edilməmişdir. Təqdim edəcəyi "xxxx" ASC tərəfindən verilən 04 nömrəli, xx.xx.2025-ci il tarixli arayışı ilə həmin nöqsanlar aradan qalxmış olur. Mərkəzi filialın səriştəsiz mütəxəssisləri tərəfindən iş stajının 2022-ci ildə düzgün hesablanmamış və stajının məhkəmə tərəfindən yenidən hesablanması zərurəti vardır. Təqdim etdiyi Əmək kitabçası, hərbi bilet və arayışlardan görünür ki, öz hesabına ödənişsiz məzuniyyətləri çıxdıqdan sonra ümumi iş stajı 30 ildən çoxdur. İddiaçı bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 530 nömrəli, 13 may 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.). Göründüyü kimi, müvafiq qanunda edilmiş dəyişiklik xx.xx.2022-ci ildə qanuni qüvvəyə mindiyinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mənim pensiya təminatı hüququnum həmin tarixdən yaranmış olur. Belə olan halda qanunvericilik normasının təhlilinə əsasən iddiaçıya xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində hər hansı bir maneə mövcud deyildir. Ona görə də cavabdehə xx.xx.2025-ci ildə müraciət edib hüququnun yarandığı xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etsə də cavabdeh işin mahiyyətinə uyğun olmayan, müraciətindən kənara çıxamaq şərtilə başdan sovuşdu cavab verirmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubundan yeganə arqument kimi qaynaqçı peşəsinin, əl qaynaqçı peşəsinə uyğun olub-olmamasının müəyyən edilməsinin göstərilməsidir. Nəzərə alınmalıdır ki, “Ucar-Pambıq" ASC tərəfindən verilən 04 nömrəli, xx.xx.2025-ci il tarixli arayışla xüsusilə qeyd olunmuş ki, iddiaçının işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 N°-li Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində (ümumi peşələr bölməsində) qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğun peşədir.”. Cavabdeh xx.xx.2025-ci il tarixli etirazını belə əsaslandırmışdır ki, “İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında" Qanunun 9.1 -ci maddəsi təşkil etmişdir. Həmin maddənin 29 06.2022-ci il tarixində qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur. Axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağu olan işlərin (istehsalatın, peşələrin vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.". Həmin Qanunun 7-ci maddəsinə görə 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan ve dikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası huququ vardır. İstinad olunan normaların müddəaları baxımından İddiaçıa xx.xx.2022-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu:

1. İddiaçının 60 yaşı olmalıdır (yaş tələbi);

2. İddiaçı iş stajının ən azı 12 il 6 ay müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və aqır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi);

3. iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə iddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya ümumi iş stajı tələbi). İnzibati icraat materiallarından da göründüyü kimi iddiaçının yaşı ümumi staj tələbini ödəsə də, güzəştli staj tələbi ona münasibətdə mövcud olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələnn və göstəricilərin Siyahısı'nın ümumi peşələr (35) bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdimetdiyi "xxxx" ASC-nin ona dair 3 aprel 2025- ci il tarixli 04 nömrəli arayışında xx.xx.1981-xx.xx.2000-ci il, xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-də, xx.xx.2011-xx.xx.2015-ci il və xx.xx.2016xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində isə MKİ İK MMC- nın Ucar filialında qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin, İddiaçı sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və elektrik qaynağı aparıb-aparmaması barədə hər hansı məlumat göstərilməmişdir. Bununla əlaqədar olaraq, adıçəkilən şəxsin müəsisədəkı iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi uçun tərəfimizdən aidiyyəti uzrə sorğu göndərilmişdir. Müvafiq sorğumuza cavab olaraq xx.xx.1981-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində X4 Pambıq Təmizləmə zavodunda çilingər şagirdi, xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində mişar itililiyən, xx.xx.1982- xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Mexaniki təmir emalatxanasında çilingər, xx.xx.1991-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik qaynaqçısı peşələrində işlədiyi bildirilmişdir. Eyni zamanda, Möhlud Hacıyevin xx.xx.2011-05.01,2015-cı il və xx.xx.2016xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində güzəştli şərtlə əmək pensiyası huququ verən işdə işləməsinə dair "MKT İK” MMC Ucar filialının arayışı adıçəkilən şəxs tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyi uçün həmin dövrlərin güzəştli ış stajına aid olub olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək persıyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bır növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1 20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və agır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ış vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), ışın konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə görduyu işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında daqiq göstərilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibatı Kollegiyası 2-1 (102}-669/2024 nömrəli qərarında oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk oncə qeyd etmişdir kı, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Bildiririk kı. "Əmək pensiyaları haqqında" Qanunun 31.2-2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Mövcud icraat materiallarına əsasən İddiaçının güzəştli iş stajının olmadığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı da qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Deməli, Mərkəzi Filial düzgün hüquqi nəticəyə gəlmişdir. Müvafiq normanın bütün dispozısiya şərtlərinin hazırkı ış üzrə mövcud olubolmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib- seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş. güzəştli iş stajı və ümumi iş stajı tələbi ilə bağlı qeyd olunan üç şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır. Beləliklə, İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün zəruri olan güzəştli iş stajı tam şəkildə formalaşmadığına görə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında ərizəçiyə güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının təyin olunması munkün olmamışdır.”. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: • Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu; • Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • İddiaçıya məxsus ИT ******* nömrəli əmək kitabçasının surəti; • "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 04 arayışın surəti. • "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 14 arayışın surəti. • AZE ********* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti. • İddiaçıya məxsus HЗ ******* nömrəli hərbi biletin surəti. • 08.05.2025-ci il tarixli Aktın surəti.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1.Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

35. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Əsaslandırma hissə:

İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, mahiyyət etibarilə də əsassızdır. İlk növbədə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:

1. iddiaçı tələb olunan yaş həddinə çatmalıdır.

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İşin araşdırılması ilə müəyyən olunur ki, İddiaçının Mərkəzi Filiala təqdimetdiyi "xxxx" ASC-nin ona dair 3 aprel 2025- ci il tarixli 04 nömrəli arayışında xx.xx.1981-xx.xx.2000-ci il, xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-də, xx.xx.2011-xx.xx.2015-ci il və xx.xx.2016-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində isə MKİ İK MMC- nın Ucar filialında qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Həmçinin cavabdeh tərəfindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı xx.xx.1981-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində X5 zavodunda çilingər şagirdi, xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində mişar itililiyən, xx.xx.1982xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Mexaniki təmir emalatxanasında çilingər, xx.xx.1991-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik qaynaqçısı peşələrində işlədiyi bildirilmişdir. Anoloji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, “...əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (H.X.Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-641/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli; K.Q.Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)- 1094/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli; Z.A.Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-171/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli və s.). Hazırkı halda iddiaçının təqdim etdiyi arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və elektrik qaynağı aparıb-aparmaması barədə hər hansı məlumat göstərilmədiyindən, onun xx.xx.2011-05.01,2015-cı il və xx.xx.2016- xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində güzəştli şərtlə əmək pensiyası huququ verən işdə işləməsinə deməyə əsas vermir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının güzəştli iş stajı yetərli olmadığından cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə, Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar