Məhkəmə qərarları › İş №2-1(116)-366/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-366/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-366/2020 24.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “sorğunun cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işəməhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “sorğunun cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, bir qrup Zərdab sakini ilə birgə cavabdeh Zərdab rayon İH başçısının Zərdab şəhəri üzrə nümayəndəliyinə müraciət edərək Zərdab şəhəri Azərbaycan küçəsinin 2019-cu ilin avqust ayının əvvəlindən işıqlandırılmamasının səbəbləri barədə məlumat verilməsini xahiş etmişdir. Sorğu ərizəsi 18.09.2019-cu il tarixdə cavabdehə çatdırılsa da, ərizəyə cavabdeh tərəfindən rəsmi və ya şifahi münasibət bildirilməmişdir. Cavabdeh 28.12.2019-cu il tarixli 04/133 nömrəli etiraz məktubu ilə iddiaya münasibət bildirərək qeyd etmişdir ki, Zərdab şəhərinin Azərbaycan küçəsinin bir qrup sakini tərəfindən nümayəndəliyə edilmiş küçə işıqlanması ilə bağlı müraciət yerində araşdırılmış, tədbir görülmüş və akt tərtib edilmişdir. Şəhərin Azərbaycan küçəsində “X3”nın hesabına "xxxx" ASC tərəfindən 2018-ci ildə 0,4 kV-luq EVX-də yenidənqurma işləri aparılmışdır. Görülən işlər zamanı istismardan çıxarılmış dayaqlarda olan küçə işıqlanmasını qidalandıran elektrik xətləri açılmışdır. 2019-cu ilin avqust ayının əvvəlindən indiyədək Azərbaycan küçəsinin işıqlanmamasının səbəbi də elə bu olmuşdur. Azərbaycan küçəsinə ******* kod saylı 630 kVA KTM-dən çıxan HX-i yeni SİP kabellə əvəz edildiyindən küçə işıqlanmasını bərpa etmək üçün yeni basdırılmış metal dayaqlara başlıq quraşdırılaraq əlavə elektrik xətti çəkilməlidir. Buna baxmayaraq Azərbaycan küçəsinin hər iki hissəsində kabelləşmə tam başa çatdırılmadığından köhnə dayaqların bəzisində küçə işıqlanması qalmaqdadır və yeni metal dayaqlara tələb olunan əlavə quraşdırılacaq başlıq və elektrik xətti alınması barədə məsələ qaldırılmış, növbəti ildə smeta-layihə hazırlanaraq küçə işıqlanması yüksək səviyyədə təmin ediləcəkdir. Hazırda Azərbaycan küçəsində nasazlıq aradan qaldırılaraq küçənin işıqlanması təmin edilmişdir. Bu barədə akt tərtib olunmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). İddiaçı məhkəməyə 23.06.2020-ci il tarixli AZ6300/********** nömrəli teleqram göndərərək işə iştirakı olmadan baxıb qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin elektron poçtuna 23.06.2020-ci il tarixdə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, iştirakları olmadan işə baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdırıb, iddiaçının hüquqi marağını nəzərə alan məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Zərdab şəhər İƏD üzrə nümayəndə Hafiz Kərimov tərəfindən verilən 23.09.2019-cu il tarixli arayışa əsasən iddiaçının qeyd etdiyi küçə işıqlarında olan nasazlıqların aradan qaldırılaraq işıqların yanması təmin edilmiş və bu barədə eyni tarixli məsul şəxslər tərəfindən imzalanmış müvafiq akt tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbində qeyd olunan hallarıa bağlı tədbir görüldüyündən və ona cavab verildiyindən hazırki tələbə baxılıb qərar qəbul edilməsinə ehtiyac qalmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “sorğunun cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2giyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar