Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3694/2025 22.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Cavabdeh3 Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Cavabdeh3nə qarşı “əmrinin ləğv edilməsi və işə bərpa olunması” tələbinə dair işə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı adından təqdim olunan iddia ərizəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Cavabdeh3 Şəki-Zaqatala Regional Təhsil İdarəsinə, Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Cavabdeh3 25 iyun 2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmrinin ləğv edilməsi və təhsilverənlər üçün nəzərdə tutulmuş sertifikat verilməsinə dair yeni əmr verilməsi və 30 iyun 2025-ci il tarixli 97 saylı əmək müqavilənizə xitam verilməsinə dair əmrin ləğv edilərək işlədiyi orta məktəbdə vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyuması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, təqdim olunan iddia ərizəsi İddiaçı tərəfindən imzalanmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli yardım məktubu ilə iddia ərizəsinin imzalanmaması iddiaçının diqqətinə çatdırılmış və imzalanmış iddia ərizəsinin məhkəməyə təqdim olunması təklif edilmişdir. İmzalanmış iddia ərizəsi məhkəməyə təqdim edilməyəcəyi təqdirdə iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi iddiaçıya izah olunmuşdur. Həmçinin qeyd edilən məsələ xx.xx.2026-cı il tarixdə şifahi şəkildə iddiaçının diqqətinə çatdırılsa da iddiaçı tərəfindən imzalanmış iddia ərizəsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Bununla yanaşı qeyd edilməlidir ki, iddia tələbi üzrə üç cavabdeh orqan göstərilsədə tələbin “30 iyun 2025-ci il tarixli 97 saylı əmək müqavilənizə xitam verilməsinə dair əmrin ləğv edilərək işlədiyi orta məktəbdə vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyuması” hissəsi inzibati məhkəmə icraatının predmetinə aid deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının qeyd oluan statuslara malik olmamaqla yanaşı tələbi xidməti hüquq münasibətləri ilə bağlı deyil, əmək münasibətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.6. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Odur ki, iddia tələbinin 30 iyun 2025-ci il tarixli 97 saylı əmək müqavilənizə xitam verilməsinə dair əmrin ləğv edilərək işlədiyi orta məktəbdə vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyuması” hissəsinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması eyni iddia tələbi eyni cavabdehə qarşı yenidən iddia irəli sürmək hüququnu istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1,16, 35.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2-1(116)-3694/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3694/2025
22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver