Məhkəmə qərarları › İş №2-1(116)-371/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-371/2025

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-371/2025 09.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Jalə Rahim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “10 sentyabr 2023-cü ildə 57 yaşının tamam olduğu üçün həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən, “İddiaçı xx xxxxxxxx 1966-cı ildə anadan olmuşdur. Orta məktəbi bitiridikdən sonra əmək fəaliyyətinə başlamışdır. Belə ki, xx.xx.1983-cü ildən xx.xx.1984-cü il tarixinədək Azərbaycan SSR Mingəçevir Şəhər 69 №-li Texniki Məktəbində oxumuşdur, həmin məktəbin tam kursunu keçməklə əyirici peşəsini almışdır. xx.xx.1984-xx.xx.1989-cu ilədək “Mingəçevir şəhəri Toxuculuq Kombinatı”nda əyirici istehsalatında əyirici vəzifəsində işləmişdır. xx.xx.1996-xx.xx.2001-ci ilədək "xxxx" xüsusiləşdirilmiş Təmir-Quraşdırma Müəssisəsində əvvəlcə tabelçi, sonra isə 2-ci dərəcəli çilingər vəzifəsində işləmişdir. xx.xx.2001-xx.xx.2004-cü ilədək “Azərbaycan” DRES-də xadimə, anbarçı, vəzifəsində işləmişdir. xx.xx.2004-xx.xx.2006-cı ilədək "xxxx" MMC-də 3cü dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. xx.xx.2006-xx.xx.2008-ci ilədək "xxxx" ASC-nin Azərenerjitikinti MMC-nin X1 və Təmiri İdarəsinin Generator və Mühərriklərin Təmiri Sexində 3-cü dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. xx.xx.2009xx.xx.2010-cu ilədək "xxxx" MMC-nin X5 Təmiri və Sazlanması İdarəsinin Generator və Mühərriklərin Təmiri Sexində elektrik 3-cü dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. xx.xx.2010-xx.xx.2012-ci ilədək "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Generator və Mühərriklərin Təmiri Sexində elektrik 3-cü dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. xx.xx.2012-xx.xx.2015-ci illərdə "xxxx" MMC-də 3-cü dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. 10 sentyabr 2023-cü ildə 57 yaşımın tamam olması ilə güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaqla bağlı müraciət etdi və müraciətində bildirdi ki, onun 30 ildən çox ümumi iş stajı var və onun 20 ilə yaxını zərərli, ağır şəraitli işlərdə işlədiyindən ona güzəştli şərtlərlə pensiya hesablanmalıdır. Bununla bağlı iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdi. Lakin, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05 fevral 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, “işlədiyi vəzifələr güzəştli şərtlərlə pensiya almağa imkan vermir, çünki güzəştli iş stajı 10 ildən az, konkret olaraq 5 il 4 ay 22 gündür”. Buna görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Lakin, iddiaçı bununla razı deyil. Belə ki, “Mingəçevir şəhəri Toxuculuq Kombinatı”nda, "xxxx" xüsusiləşdirilmiş Təmir-Quraşdırma Müəssisəsində, "xxxx" MMC-də, "xxxx" ASC, "xxxx" MMC, "xxxx" ASC, "xxxx" MMC-də işlədiyi peşələr zərərli peşələrdir və güzəştli şərtlərlə pensiya təminatı yaradır. Eyni zamanda, işlədiyi bütün müəssisələr, idarələr əmək kitabçasında və güzəştli arayışlarda qeyd olunuşdur. İddiaçı hesab edir ki, cavabdeh təşkilat əsassız olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Qeyd edir ki, iddiaçı şəhid ailəsinin üzvüdür və müvafiq vəsiqənin surətini də ərizəsinə əlavə etmişdir. Bu işin faktiki tərəfləri ilə yanaşı, qanunvericilikdə də kifayət qədər hüquqi normalar iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququmu təsdiq edir. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinin tələbinə görə Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. AR Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Qərarının 24 və 29-cu bəndlərində müvafiq peşələrin zərərli işlərə aid olması və güzəştli pensiya təminatı yaratması qeyd edilmişdir.Belə ki, X9 stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı adlı 24-cü bəndinin A) “Fəhlələr” hissəsində - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri adı peşələr iddiaçının gördüyü işlərə aiddir. X6 Toxuculuq istehsalatı adlı 32-ci bəndinin “əyiricilər” adh hissəsi də mənim gördüyüm işlərə aiddir.”. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, “aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan 2-1(116)- 1820/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. Belə ki, hazırki iş üzrə İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir.Ərizəçinin müraciətinə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən aidiyyəti üzrə baxılaraq xx.xx.2024-cü il tarixli 3-17-1/2-H- 25926/2024 nömrəli məktubla cavab verilmişdir. Həmin məktuba əsasən iddiaçının qanunvericiliklə tələb olunan güzəştli iş stajının minimun staj müddətindən (10 il) az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bildiririk ki, İddiaçı xx.xx.1966-cı ildə anadan olmuşdur və xx.xx.2023-cü ildə 57 yaşı tamam olur. Azərbaycan Respublikası ərazisi üzrə qadınlar üçün pensiya yaşı sözügedən il üçün 63 il, 06 ay olaraq müəyyən edilmişdir. Yəni xx.xx.2023-cü ildə qadınlar üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 58 il, 06 ay olaraq müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı xx.xx.2023-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün yaşı uyğun deyildir. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsi nəzərdə tutulub. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 01-PH/620 nömrəli arayışında xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin "xxxx" MMCnin X1 və Təmiri İdarəsinin Generator və Mühərriklərin təmiri sexinin Mingəçevir sahəsində, xx.xx.2010-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Energetika avadanlıqlarının Təmiri idarəsinin Generator və Mühərriklərin təmiri sexinin Mingəçevir sahəsində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə və vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə və həmin sahəyə xidmət üzrə elektrik çilingərləri vəzifəsinə aid deyil. Buna görə də həmin dövrü onun güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 10 ildən az (5 il 4 ay 22 gün (xx.xx.1984-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa, Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2022-ci il tarixdə İddiaçı münasibətdə 54000,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 28561,80 manat təşkil edirdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar mübahisə üzrə xx.xx.2021-ci il tarixli 2-1(102)4930/2021 nömrəli qərarında qeyd olunmuşdur ki, iddiaçının bilavasitə çalışmış olduğu teplovoz maşınisti və maşınist köməkçisi vəzifələri dəmiryol nəqliyyatına deyil, digər istehsalat sahəsinə aid olmuşdur. Belə ki, siyahınını quruluşundan göründüyü kimi, ilk növbədə “istehsalat” sahələri aşkar surətdə fərqləndirilmiş, yalnız bundan sonra həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr təsbit olunmuşdur. Ümumilikdə isə iddiaçının işlədiyi “iş, peşə və vəzifə” isə dəmiryolu nəqliyyatına deyil digər istehsalat sahəsinə aid olmuş və yalnız onun çalışdığı zavodda istehsal prosesinin tərkib hissəsi olmuşdur. Bunun əksini təsdiq edə bilən hər hansı sübut yoxdur. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.”. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. ИТ-İ seriyalı ******* nömrəli Əmək kitabçası;

2. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;

3. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür.

4. 17.05.2016-cı il tarixli 103 saylı Güzşətli arayış.

5. 04.12.2023-cü il tarixli Mingəçevir şəhəri tərəfindən təqdim edilmiş arxiv arayışının surəti.

6. xx.xx.2024-cü il tarixli Şəxsin güzşətli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışın surəti.

7. Г 621702 seriya nömrəli diplomun surəti.

8. Mingəçevir şəhəri MKTK MİS-3 xx.xx.2024—cü ilin arayışın surəti.

9. İddiaçıya məxsus 004106 seriya nömrəli Şəhis ailəsi üzvülüyü vəsiqəsinin surəti.

10. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 ümumi iş stajı 23 il 10 ay 27 gün (xx.xx.2006- cı il tarixinədək 14 il 9 ay 27 gün (xx.xx.1984xx.xx.1989-cu il. xx.xx.1996-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmir tarixdən sonra 9 il 1 ay) təşkil edir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. 4.3. Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.3.2. sığorta hissəsindən; 4.3.3. yığım hissəsindən. 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”.

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” (xx.xx.2025-ci ildə ləğv edilmiş)

1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə hesab edir ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı, 10 sentyabr 2023-cü ildə 57 yaşının tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh imtinasının əsası kimi iddiaçının işlədiyi sahə və vəzifələrin qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə və həmin sahəyə xidmət üzrə elektrik çilingərləri vəzifəsinə aid olmadığından, onun güzəştli iş stajının 10 ildən az (5 il 4 ay 22 gün (xx.xx.1984-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) olması ilə əsaslandırmışdır. Məhkəmə aşağıdakılara görə cavabdhin imtinasını əsaslı hesab etmir. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. İddiaçının güzəştli iş stajının 5 il 4 ay 22 gün (xx.xx.1984-xx.xx.1989-cu il tarixləri arasındakı dövr) olması mübahisələndirilmir. Anoloji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-669/2024 nömrəli qərarında qeyd edilmişdir ki, “23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkıinzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinişərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.25. İş materialları ilə müəyyən olunur ki, hazırkı işdə iddiaçının hüquqi marağı onaxx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsibarədə qərarını dəyişdirilmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının fəaliyyət göstərdiyi müəssisənin xarakterinə əsasən, onun qeyd edilən vəzifələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıya əsasən 2110A010 kodunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Kimya istehsalatı bölməsinin 8.3.1ª bəndində nəzərdə tutulmuşdur.27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyəgələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir.28. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyimövqeyə uyğun olaraq ilk öncə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.29. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. 30. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə,məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.”. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 01-PH/408 nömrəli məktubunun surətindən görünür ki, 1966-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.2006-cı ildə (əmr JMİı 65-kş, xx.xx.2006-cı il) ”Azərenerji”ASC-nin "xxxx" MMC-nin X1 və Təmiri İdarəsinin Generator və Mühərriklərin Təmiri sexinin Mingəçevir sahəsinə elektrik çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2008-ci ildə (Əmr Ne-08/17-kş, xx.xx.2008-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. xx.xx.2010-cu ildə (əmr Ns 10/17-kş. xx.xx.2010-cu il) "xxxx"ASC-nin "xxxx"ASC- nin Energetika Avadanlıqların Təmiri İdarəsinin Generator və Mühərriklərin Təmiri sexinin Mingəçevir sahəsinə elektrik çilingər peşəsinə qəbul edilib. xx.xx.2012-ci ildə (Əmr Nə-İ 52/17- kş, xx.xx.2012-ci il) "S'l P”-nin Ağır Maşınqayırma Departamentinə qeyd olunan sahələrdə təmir işlərini yerinə yetirən elektrik çilingər peşəsinə keçirilib və xx.xx.2012-ci ildə (Əmr Ne-48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əmək müqaviləsinə xitam verilib. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində Qazanxana və Turbin Avadanlığının işini təmin edən Generator və Mühərriklərin təmirini həyata keçirən zaman səs-küy, tozun, nəmlilik, iş yerində havanın tempraturunun normadan yuxarı olması, istismar olunan zaman yanmış generator və mühərrik naqil və yağlarından ayrılan sağlamlığa zərərli iy, tüstü faktorları mövcud olmuşdur. Göstərilən peşələrdə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 Ns-li Qərarının 24-cü "Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı’" Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən elektrik çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 N°-li əlavəsinin "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən İstehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 N-li siyahısının. Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı" nın 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 05 il, 08 ay, 19 gün təşkil edir. Məlumat üçün bildiririk ki. "xxxx"ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 .N°-li əmrinə əsasən isə “Azərenerjitikinti"MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 N°- li sərəncamına əsasən "xxxx"ASC adlandırılıb.”. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 03/GR işin xarakteri haqqında güzşətli arxiv arayışının surətindən görünür ki, “1966-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2009cu ildə (əmr № 1/k, xx.xx.2009-cu il) "xxxx" MMC-nin X5 Təmiri və Sazlanması İdarəsinin Generator və Elektrik mühərriklərinin təmiri sexinə elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.2010-cu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddasinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə verilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, rəä montyorları, bütün adlardan olan elektrik çilingərləri "a” fəhlələr bəndinə əsasən elektrik çilingərinin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj 01 il təşkil edir.”. "xxxx" MMC xx.xx.2012-ci il tarixdən "xxxx"MMC adlandırılıb. Arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fonduna təqdim etmək üçün verilir. Həmçinin "xxxx" MMC-nin verdiyi xx.xx.2024-cü il tarixli 05 nömrəli arayışında iddiaçının elektrik çilingəri vəzifəsinində iş stalının 2 il olduğu qeyd olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı a) fəhlələr Umumi olaraq qəbul edildikdə qeyd olunan arayışlara əsasən iddiaçının iş stajı 08 il, 08 ay, 19 gün təşkil edir. Beləliklə işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan yaş həddinə çatmış, onun ümumilikdə 25 il sığorta stajına və 10 il (08 il, 08 ay, 19 gün +5 il 4 ay 22 gün) güzəştli iş stajı mövcud olduğu halda cavabdeh ona pensiya təmin etməkdən imtina etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdehə həvalə olunmalıdır.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə, Qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 10 sentyabr 2023-cü ildə 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar