Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-373/2020 20.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdehnə qarşı “ailə başçısını itirməyə görə pensiya almaq hüququ pozulduğundan, ərinin vəfatı günündən xx.xx.2019-cu il tarixədək ödənilməmiş (4 ay 10 gün x 779,28 manat) pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçının əri X5 xx xxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə kimi, zərərli iş sahəsində işlədiyindən, aldığı əmək pensiyası məbləği əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına uyğun olaraq bərabər şəkildə bölünməli idi. İddiaçı əlilliyə görə pensioner olduğu üçün, həmçinin oğlu X1 Universitetinin əyani şöbəsində təhsil aldığından, hər ikisinin ailə başçısını itirilməsinə görə, mərhum ərinin aldığı pensiya məbləğinin bərabər şəkildə bölünməsinə hüquqları yaranmışdır. Bu baxımdan, həyat yoldaşının “40 mərasimi”ndən sonra, oğlu ilə birlikdə cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Cavabdehnə müraciət etmişdirlər. Oğlu tələbə olduğundan, ona xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə 750,80 manat pensiya təyin olunmuşdur. İddiaçıya isə ailə başçısını itirməyə görə pensiya məbləği ödənilməmişdir, səbəbi isə onun əlilliyə görə pensiya hüququndan istifadə etməyi olmuşdur. Hüququnun pozulduğunu bilib, bir neçə dəfə cavabdeh orqana müraciət etməyinə baxmayaraq, ona bu pensiya məbləği yalnız xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. O, xx xxxxxxx 2018-ci ildən xx xxxx 2019-cu il tarixədək ailə başçısını itirməyə görə nəzərdə tutulmuş pensiyanın verilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh tərəfindən rəsmi qaydada müracit edilməsi təklif olunmuşdur. Məcbur olub rəsmi qaydada cavabdehə müraciət etmiş və həmin cavabı gecikmiş halda ona təqdim etmişlər. Cavabdeh orqan müraciətinə belə bir cavab vermişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3.1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilmiş, yəni ailə başçısının pensiyasının sığorta hissəsinin məbləği, ailə başçısını itirməyə görə pensiya almaq hüququ olan şəxslər arasında bərabər bölüşdürülmüşdür. Sizə daha sərfəli olduğu üçün pensiya növündə dəyişiklik edilərək əlilliyə görə əmək pensiyası növündən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməsi əvvəlcədən təklif olunmasına baxmayaraq siz bu barədə xx.xx.2019-cu il tarixdə şöbəyə ərizə ilə müraciət etmisiniz. xx.xx.2019-cu il tarixdən Qanunvericiliyə uyğun olaraq pensiya növündə dəyişiklik edilərək sizə ailə başçısını itirməyə görə 779,28 manat pensiya təyin olunmuşdur. Xahiş edirik nəzərə alasınız.” Cavabdehin fikiri səmimi deyildir. Özü və oğlu ilə birlikdə cavabdehə müraciət etmiş. Sadəcə olaraq, ona düşən pensiya məbləğini vaxtında ödəmədiklərinə görə, belə bir cavab vermişlər. Digər baxımdan onun müraciətinə görə pensiya məbləğinin sığorta hissəsi ödənilirsə, nəyə görə tələbə olduğu halda, tam şəkildə oğluna bu məbləğ ödənilməmişdir. Cavabdeh “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 13.3, 13.3.1, 14.1.2, 18.2-ci maddələrinin tələblərinə əməl etməmiş, dolayı yollarla hazırki imtina cavabını vermişdir. Məhkəmədən kənar şəkildə mübahisənin həlli mümkün olmamışdır. Cavabdeh tərəfindən verilmiş imtina cavabını əsassız hesab etmiş və məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazı: İddiaçı cavabdeh Əmək və X2 Nazirliyi yanında Cavabdehnə qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü, 31.2-ci maddələrinin və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6-cı bölməsinin 6.2-ci bəndinin tələbinə zidd olduğu üçün qəbul edilə bilməz və iddia tələbi rədd edilməlidir. İddiaçı şöbənin xx.xx.2002-ci il tarixli 172 nömrəli qərarı ilə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı ərinin vəfatı ilə əlaqədar xx.xx.2019cu il tarixdə şöbəyə ərizə ilə müraciət edərək pensiya növündə dəyişiklik edərək pensiyasını əlilliyə görə pensiya növündən ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsini xahiş etmişdir. Vətəndaşın müraciətinə pensiya təyin edən komissiyanın xx.xx.2019-cu il tarixdə keçirilən iclasında baxılaraq pensiya növündə dəyişiklik edilərək ailə başçısını itirməyə görə pensiyaya keçirilərək İddiaçı xx.xx.2019-cu il tarixdən 779,28 manat pensiya təyin olunmuşdur.İddiaçı pensiya növündə dəyişiklik edilərkən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 34-cü, 31.2-ci maddələrinin 6cı bölməsinin 6.2-ci bəndinin şərtinə uyğun olaraq xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin olunmuş tələbinin əsassız olması barədə xx.xx.2019-cu il tarixli **********4 və xx.xx.2019 cu il tarixli **********6 nömrəli məktublarla müvafiq izahat verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, İddiaçı cavabdeh Əmək və X2 Nazirliyi yanında Cavabdehnə qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 34-cü, 31.2-ci maddələrinin və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6-cı bölməsinin 6.2-ci bəndinin tələbinə zidd olduğu üçün iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli ş/v surəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********6 nömrəli imtina məktubu, AZ-İ seriyalı 973801 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli etirazı, Qeydiyyat-Nəzarət Vərəqəsinin təsdiqlənmiş surəti, xx.xx.2019-cu il tarixli Ərizənin təsdiqlənmiş surəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2019-cu il tarixli 549 nömrəli qərarının təsdiqlənmiş surəti, İV-ЖГ seriyalı 320253 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, xx.xx.2020-ci il tarixli 036312 nömrəli əlillik vəsiqəsinin təsdiqlənmiş surəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu və ona əlavə edilmiş pensya işlərinin təsdiqlənmiş surətləri aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 34-cü maddəsinin şərtinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6-cı bölməsinin 6.1-ci bəndinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 34-cü addəsinə uyğun olaraq aparılır. Qaydaların 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Qaydaların 6.3-cü bəndinə əsasənyaşa və əlilliyə görə pensiya növündən ailə başçısını itirməyə görə pensiya növünə keçdikdə, pensiya ilk növbədə vəfat edənin sığorta göstəriciləri nəzərə alınmaqla hesablanır. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Qaydaların 6.4-cü bəndinə əsasənvəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdehnə qarşı “ailə başçısını itirməyə görə pensiya almaq hüququ pozulduğundan, ərinin vəfatı günündən xx.xx.2019-cu il tarixədək ödənilməmiş (4 ay 10 gün x 779,28 manat) pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(116)-373/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-373/2020
20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver