Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-373/2021 03.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı, üçüncü şəxs X9, üçüncü şəxsin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatların dəyişdirilərək X8 adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlara uyğun göstərilməsi və bu barədə ona "Torpaq sahəsinin planı və ölçüsü"nün və "Texniki pasport"un verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə bağlı aşağıdakılar müəyyən edilmişdir: Mingəçevir şəhərində yerləşən 0,06 ha torpaq sahəsinə X11 mülkiyyət hüququ 19.08.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin 0,06 ha torpaq sahəsi etibarnamə əsasında hərəkət edən X17 ilə X15 arasında bağlanmış 21.08.2008-ci il tarixli AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" ilə X1. X8 adına həmin torpaq sahəsi ilə bağlı 18.09.2008-ci ildə AA seriyalı 001680 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Həmin 0,06 ha torpaq sahəsinə X8 mülkiyyət hüququ 18.09.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. X15 ilə İddiaçı arasında bağlanmış 14.10.2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" ilə həmin 0,06 ha torpaq sahəsi İddiaçı satılmışdır. İddiaçı adına Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən həmin 0,06 ha torpaq sahəsi ilə bağlı 31.07.2014-cü ildə AA seriyalı 003162 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən həmin 0,06 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 06.08.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Mingəçevir şəhəri ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən bağ evi ilə bağlı 29.03.2019-cu ildə cavabdeh tərəfindən İddiaçı adına "Texniki pasport" tərtib edilmişdir. Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə və bağ evinə İddiaçı mülkiyyət hüququ 29.03.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Üçüncü şəxs X9 mülkiyyətində olan torpaq sahəsi ilə bağlı isə aşağıdakılar müəyyən edilmişdir: Mingəçevir şəhərində yerləşən faktiki 0,05117 ha (sənəd üzrə 0,0597 ha) torpaq sahəsi ilə bağlı X5 adına 16.09.2011-ci ildə AA seriyalı 003620 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Həmin 0,0512 ha torpaq sahəsinə X5 mülkiyyət hüququ 16.09.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. X6 ilə üçüncü şəxs X18 arasında bağlanmış 07.10.2011-ci il tarixli AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" ilə həmin 0,0512 ha torpaq sahəsi üçüncü şəxs X2. Üçüncü şəxs X9 adına həmin 0,0512 ha (sənəd üzrə 0,0597 ha) torpaq sahəsi ilə bağlı 18.10.2011-ci ildə AA seriyalı 003715 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Həmin 0,0512 ha torpaq sahəsinə üçüncü şəxs X9 mülkiyyət hüququ 22.10.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Mingəçevir şəhəri ünvan 2 ünvanında 0,0541 ha (sənəd üzrə 0,0597 ha) torpaq sahəsində yerləşən bağ evi ilə bağlı 04.07.2019-cu ildə cavabdeh tərəfindən üçüncü şəxs X9 adına "Texniki pasport" tərtib edilmişdir. Mingəçevir şəhəri ünvan 2 ünvanında yerləşən 0,0541 ha torpaq sahəsinə və bağ evinə üçüncü şəxs X9 mülkiyyət hüququ 04.07.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan torpaq sahəsinin eni 19,55 metr göstərilməklə "Torpaq sahəsinin planı və ölçüsü"nə salınmasını xahiş etmiş, lakin cavabdeh 31.08.2020-ci il tarixli **********17 nömrəli məktubla bildirmişdir ki, ona məxsus bağ evinə dair 29.03.2019-cu ildə tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü"ndə həmin ölçü 19,55 metr göstərilmişdir. Məktubda iddiaçıya məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "ona məxsus torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü"nə salınmayan hissəsinin "Torpaq sahəsinin planı və ölçüsü"nə salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə göndərərək öz adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatların dəyişdirilərək X13 adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlara uyğun göstərilməsi və ona bu barədə çıxarışın, "Torpaq sahəsinin planı və ölçüsü"nün və "Texniki pasport"un verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin çıxarışın verilməsi hissəsində azaldılması barədə ərizə vermişdir. İddiaçı öz tələbini bununla əsaslandırmışdır ki, o, mülkiyyətində olan Mingəçevir şəhəri ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini X3 almışdır. X8 adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlar və onun adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlar arasında uyğunsuzluq vardır. Belə ki, ona məxsus "Texniki pasport"da torpaq sahəsinin planında torpaq sahəsinin eni 19,55 metr göstərildiyi halda, həm əvvəlki, həm də yeni "Torpaq sahəsinin planı və ölçüsü"ndə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında fərqli rəqəmlər yazılmışdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz verməsə də, məhkəməyə göndərdiyi 15.12.2020-ci il tarixli arayışda bildirmişdir ki, X8 adına və İddiaçı adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş torpaq sahələri qismən üst-üstə düşür. İddiaçı mülkiyyətində olan torpaq sahəsini X7 14.10.2013-cü il tarixli alqısatqı müqaviləsi ilə satın almışdır. Sözügedən torpaq sahəsi X8 mülkiyyətində olan dövrdə onun adına tərtib edilmiş 18.09.2008-ci il tarixli AA seriyalı 001680 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə 4-1 və 2-3 döngə nöqtələrində torpaq sahəsinin eni 20 metr kimi qeyd olunmuş, lakin iddiaçının hazırkı qonşusu X18 iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 1-2 döngə nöqtələrində sərhəd zolağı boyu 0,5 metr eninə ölçüdə zəbt edərək fərdi yaşayış evi inşa etmişdir. Ona görə də İddiaçı adına tərtib edilmiş 31.07.2014-cü il tarixli AA seriyalı 003162 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə torpaq sahəsinin yerləşdiyi koordinatlarda qismən fərqlilik yaranmışdır. X8 adına olan 18.09.2008-ci il tarixli AA seriyalı 001680 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən koordinatlar elektron xəritə baza məlumatlarına qismən uyğundur. İddiaçı adına olan 31.07.2014-cü il tarixli AA seriyalı 003162 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən torpaq sahəsinin yerləşdiyi koordinatlarda da natura üzrə qismən uyğunsuzluq vardır. Şəki İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli 2-1(116)-373/2021 nömrəli qərardadı ilə X18 üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs X9 nümayəndəsi vəkil Nümayəndə iddiaya qarşı 09.04.2021-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçı ilə üçüncü şəxs arasında olan mübahisə güya üçüncü şəxs tərəfindən iddiaçının torpaq sahəsinin zəbt edilməsi ilə bağlıdır. Lakin həmin mübahisəyə Mingəçevir Şəhər Məhkəməsində baxılmış və məhkəmənin 11.06.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. İddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxs tərəfindən zəbt edilməməsi 28.04.2020-ci il tarixli ekspert rəyində öz əksini tapmışdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsində araşdırılma aparılarkən tikinti-texniki ekspertiza təyin edilmiş, yerində baxış keçirildikdən və zəruri sənədlər tədqiq edildikdən sonra üçüncü şəxsin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmədiyi müəyyən edilmişdir. Cavabdehə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Mingəçevir şəhərində yerləşən 0,06 ha torpaq sahəsinə X11 mülkiyyət hüququ 19.08.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan 21.08.2008-ci il tarixli AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndən görünür ki, həmin 0,06 ha torpaq sahəsi etibarnamə əsasında hərəkət edən X17 tərəfindən X1. - İşdə olan 18.09.2008-ci ildə AA seriyalı 001680 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd X8 adına 0,06 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - İşdə olan MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 0,06 ha torpaq sahəsinə X8 mülkiyyət hüququ 18.09.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan 14.10.2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndən görünür ki, X15 tərəfindən həmin 0,06 ha torpaq sahəsi İddiaçı satılmışdır. - İşdə olan 31.07.2014-cü ildə AA seriyalı 003162 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd İddiaçı adına Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - İşdə olan RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən həmin 0,06 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 06.08.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan "Texniki pasport"dan görünür ki, həmin sənəd Mingəçevir şəhəri ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən bağ evi ilə bağlı 29.03.2019cu ildə cavabdeh tərəfindən İddiaçı adına tərtib edilmişdir. - İşdə olan RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə və bağ evinə İddiaçı mülkiyyət hüququ 29.03.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan AA seriyalı 003620 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Mingəçevir şəhərində yerləşən faktiki 0,05117 ha (sənəd üzrə 0,0597 ha) torpaq sahəsi ilə bağlı X5 adına 16.09.2011-ci ildə tərtib edilmişdir. - İşdə olan MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 0,0512 ha torpaq sahəsinə X5 mülkiyyət hüququ 16.09.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan 07.10.2011-ci il tarixli AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndən görünür ki, X6 tərəfindən həmin 0,0512 ha torpaq sahəsi üçüncü şəxs X2. - İşdə olan AA seriyalı 003715 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd üçüncü şəxs X9 adına həmin 0,0512 ha (sənəd üzrə 0,0597 ha) torpaq sahəsi ilə bağlı 18.10.2011-ci ildə tərtib edilmişdir. - İşdə olan MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 0,0512 ha torpaq sahəsinə üçüncü şəxs X9 mülkiyyət hüququ 22.10.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan "Texniki pasport"dan görünür ki, həmin sənəd Mingəçevir şəhəri ünvan 2 ünvanında 0,0541 ha (sənəd üzrə 0,0597 ha) torpaq sahəsində yerləşən bağ evi ilə bağlı 04.07.2019-cu ildə cavabdeh tərəfindən üçüncü şəxs X9 adına tərtib edilmişdir. - İşdə olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Mingəçevir şəhəri ünvan 2 ünvanında yerləşən 0,0541 ha torpaq sahəsinə və bağ evinə üçüncü şəxs X9 mülkiyyət hüququ 04.07.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) "Texniki pasport"u, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 2-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. (2.1-ci maddə) Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (2.2-ci maddə) Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. (2.3-cü maddə) Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (2.4-cü maddə) İşdən görünür ki, X15 özünə məxsus olan, Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini İddiaçı satmış, iddiaçı həmin torpaq sahəsində bağ evi tikmişdir. X8 adına olan 18.09.2008-ci il tarixli AA-001680 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimi göstərilmişdir: Döngə nöqtələri Döngə arasındakı məsafə nöqtələrinin X Y Döngə nömrələri Məsafə (metrlə) nöqtələri 1 167017,21 4521249,01 4-1 20,00 2 166992,88 4521266,57 1-2 29,99 3 167005,83 4521281,83 2-3 20,01 4 167030,15 4521264,26 3-4 29,99 İddiaçı adına eyni torpaq sahəsi ilə bağlı tərtib edilmiş 31.07.2014-cü ildə AA seriyalı 003162 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə isə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimi göstərilmişdir: Döngə nöqtələri Döngə arasındakı məsafə nöqtələrinin X Y Döngə nömrələri Məsafə (metrlə) nöqtələri 1 673353,39 4515794,85 1-2 19,99 2 673364,96 4515811,15 2-3 29,97 3 673390,67 4515795,76 3-4 19,98 4 673379,11 4515779,47 4-1 29,97 Eyni zamanda, İddiaçı adına bağ evi ilə bağlı tərtib edilmiş 29.03.2019-cu il tarixli "Texniki pasport" da həmin ölçülərə uyğun hazırlanmışdır. Məhkəmənin 16.04.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək aşağıdakı suallarla bağlı məlumat tələb olunmuşdur: 1) X8 adına olan 18.09.2008-ci il tarixli AA-001680 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş koordinatlar və X5 adına olan 16.09.2011-ci il tarixli AA-003620 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş koordinatlar üst-üstə düşürmü? 2) İddiaçı adına olan 31.07.2014-cü il tarixli AA-003162 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş koordinatlar və X8 adına olan 18.09.2008-ci il tarixli AA-001680 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş koordinatlar üst-üstə düşürmü? 3) X9 adına olan 18.10.2011-ci il tarixli AA-003715 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş koordinatlar və X5 adına olan 16.09.2011-ci il tarixli AA-003620 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş koordinatlar üst-üstə düşürmü? 4) İddiaçı adına olan 31.07.2014-cü il tarixli AA-003162 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş koordinatlar və X9 adına olan 18.10.2011-ci il tarixli AA-003715 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş koordinatlar üst-üstə düşürmü? 5) X12 məxsus olan ev X8 adına olan 18.09.2008-ci il tarixli AA-001680 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş koordinatlarda yerləşən torpaq sahəsi ilə üst-üstə düşürmü? Düşürsə hansı koordinatlarda və ölçüdə? 6) Yuxarıda sadalanan "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin hansında göstərilmiş koordinatlar elektron bazaya uyğundur? Sorğuya cavab olaraq Mingəçevir Layihə Tədqiqat İdarəsi tərəfindən hazırlanmış 01.06.2021-ci il tarixli mütəxəssis rəyində aşağıdakı cavablar verilmişdir: 1) X8 adına olan 18.09.2008-ci il tarixli AA-001680 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 0,06 ha torpaq sahəsinin koordinatları və X5 adına olan 16.09.2011-ci il tarixli AA-003620 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 0,0597 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. 2) İddiaçı adına olan 31.07.2014-cü il tarixli AA-003162 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 0,06 ha torpaq sahəsinin koordinatları və X8 adına olan 18.09.2008-ci il tarixli AA-001680 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 0,06 ha torpaq sahəsinin koordinatları 325 kv.m hissədə üstüstə düşür. 3) X9 adına olan 18.10.2011-ci il tarixli AA-003715 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 0,0597 ha torpaq sahəsinin koordinatları və X5 adına olan 16.09.2011-ci il tarixli AA-003620 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 0,0597 ha torpaq sahəsinin koordinatları bütövlükdə üstüstə düşür. 4) İddiaçı adına olan 31.07.2014-cü il tarixli AA-003162 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 0,06 ha torpaq sahəsinin koordinatları və X9 adına olan 18.10.2011-ci il tarixli AA-003715 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 0,0597 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. 5) X12 məxsus olan ev X8 adına olan 18.09.2008-ci il tarixli AA-001680 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş koordinatlarda yerləşən torpaq sahəsi ilə üst-üstə düşmür. 6) Sualın cavablandırılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunması məqsədəmüvafiqdir. Sorğuda qoyulmuş 6-cı suala məhkəmə tərəfindən cavabdehdən cavab alınmışdır. Cavabdeh 07.06.2021-ci il tarixli məktubunda bildirmişdir ki, hər iki torpaq sahəsinə müxtəlif dövrlərdə tərtib olunan "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən koordinatlar elektron xəritə baza məlumatlarına uyğundur. Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arayışı ilə müəyyən edildi ki, İddiaçı 0,06 ha torpaq sahəsini X3 aldığı halda, onun adına cavabdeh tərəfindən verilmiş 31.07.2014-cü il tarixli AA-003162 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlar X8 adına verilmiş 18.09.2008-ci il tarixli AA-001680 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlardan fərqli göstərilmiş və 600 kv.m torpaq sahəsinin koordinatları yalnız 325 kv.m hissədə üst-üstə düşür. Bununla yanaşı, müəyyən edildi ki, üçüncü şəxs X9 adına olan 18.10.2011-ci il tarixli AA-003715 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlar həmin torpaq sahəsini ona satmış X5 adına olan 16.09.2011-ci il tarixli AA-003620 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlarla bütövlükdə üst-üstə düşür, iddiaçının adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlar isə üçüncü şəxsin adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlarla üst-üstə düşmür. Eyni zamanda, üçüncü şəxs X12 məxsus olan ev torpaq sahəsini iddiaçıya satan X8 adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlarla üst-üstə düşmür. Deməli, iddiaçının adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatların torpağı ona satan X8 adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlardan fərqli göstərilməsinin səbəbi, cavabdehin dəlillərinin əksinə olaraq, üçüncü şəxsin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və evi iddiaçıya məxsus torpaq sahəsində tikməsi deyildir. Məhkəmənin 14.06.2021-ci il tarixli məktubu ilə cavabdehə sorğu edilərək, aşağıdakı suallarla bağlı arayış tələb olunmuşdur: 1) İddiaçı adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən koordinatların X8 adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən koordinatlardan fəqli olmasının səbəbi nədir? 2) X8 adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 0,06 ha torpaq sahəsinin İddiaçı adına olan "Torpaq sahəsinin planı və ölçüsü"nə daxil edilməyən 275 kv.m hissəsi elektron bazada kimin mülkiyyəti kimi göstərilmiş, reyestrdə kimi mülkiyyəti kimi qeydiyyata alınmış, yaxud kimin adına olan "Torpaq sahəsinin planı və ölçüsü"nə daxil edilmiş və kimin faktiki istifadəsindədir? 3) İddiaçı adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0,06 ha torpaq sahəsinin X8 adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşməyən 275 kv.m hissəsi elektron bazada kimin mülkiyyəti kimi göstərilmiş və kimin faktiki istifadəsindədir? Cavabdehin 30.06.2021-ci il tarixli cavab məktubunda suallara aşağıdakı cavablar verilmişdir: 1) Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron xəritə və məlumat bazasına əsasən, X8 adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş koordinatlar hazırda İddiaçı mülkiyyətində olan fərdi bağ evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə və naturada üst-üstə düşür, hər hansı fərqlilik müşahidə olunmur. 2) X8 adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş torpaq sahəsinin İddiaçı adına olan "Torpaq sahəsinin planı və ölçüsü"nə daxil edilməyən 275 kv.m hissəsinin elektron bazada kimin mülkiyyəti kimi göstərilməsi, reyestrdə kimi mülkiyyəti kimi qeydiyyata alınması, yaxud kimin adına olan "Torpaq sahəsinin planı və ölçüsü"nə daxil edilməsi barədə məlumat Ərazi İdarəsinin arxivində saxlanılan və elektron xəritə baza məlumatlarında mövcud deyil. 3) İddiaçı adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0,06 ha torpaq sahəsinin X8 adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşməyən 275 kv.m hissəsinin elektron bazada kimin mülkiyyəti kimi göstərilməsi və ya faktiki istifadəsində göstərilməsi barədə məlumat Ərazi İdarəsinin arxivində saxlanılan və elektron xəritə baza məlumatlarında mövcud deyil. Göründüyü kimi, İddiaçı və torpağı ona satmış X8 adlarına olan "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərindəki koordinatlar açıq-aşkar fərqli olduğu halda, cavabdeh bunun səbəbini izah etmək əvəzinə, cavab məktubunda bunu inkar etməyə çalışmış, eyni zamanda, həmin sənədlərlə üst-üstə düşməyən 275 kv.m torpaq sahəsi ilə bağlı məhkəməyə heç bir məlumat verə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının adına "Torpaq sahəsinin planı və ölçüsü"nü tərtib edərkən iddiaçının X3 aldığı 600 kv.m torpaq sahəsinin yalnız 325 kv.m hissəsini sənədə daxil etmiş, daxil etdiyi qalan 275 kv.m isə iddiaçıya məxsus olmayan torpaq sahəsidir. Buna uyğun olaraq, iddiaçının adına verilmiş "Texniki pasport"da torpaq sahəsi ilə bağlı məlumatlar da yanlışdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatların dəyişdirilərək X8 adına olan 18.09.2008-ci il tarixli AA-001680 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlara uyğun göstərilməsi və bu barədə ona "Torpaq sahəsinin planı və ölçüsü"nün və "Texniki pasport"un verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-373/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-373/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver