Məhkəmə qərarları › İş №2-1(116)-375/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-375/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-375/2021 11.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq islahatı ilə əlaqədar yaşadığı İsmayıllı rayon Qurbanəfəndi kəndində faktiki istifadəsində olan həyətyanı torpağa görə pay torpağından çıxılmış 0.09 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasının və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “torpaq islahatı ilə əlaqədar yaşadığı İsmayıllı rayon Qurbanəfəndi kəndində faktiki istifadəsində olan həyətyanı torpağa görə pay torpağından çıxılmış 0.09 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasının və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Respublikada aparılan məlum torpaq islahatı ilə əlaqədar yaşadığı İsmayıllı rayon Qurbanəfəndi kəndində qanuni və faktiki istifadəsində olan, ümumilikdə 0,21 ha həyətyanı torpaq sahəsi iddiaçının adına siyahıya alınaraq həmin torpağın 0,12 ha hissəsi qanuni istifadədə olan, 0,09 ha hissəsi isə zəbt kimi qeydə alınaraq həmin 0,09 torpaq sahəsi iddiaçının mülkiyyətinə verilən əkin torpaq sahəsindən 0,10 ha çıxılmışdır. Lakin əkin torpaq sahəsinə dair “Torpağa mülkiyyət hüququna dair”JN-00xx xxx 40727028 olan Dövlət Aktı gəlsə də, qanuni istifadəsində olan 0,12 ha və zəbt kimi 0,09 ha olmaqla, cəmi 0,21 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət sənədi bu günədək verilməmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, Qurbanəfəndi kəndində yerləşən faktiki istifadəsində olan 0.09 ha torpaq sahələrinin adına rəsmiləşdirilməsi ilə bağlı xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********44 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənəd təqdim etməmiş və bu səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda qeyd edilir ki, torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdur. Torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Dövlət Meşə Fonduna aiddir. Faktiki istifadədə olan torpaq sahəsi 0.2053 hektar təşkil edir. Yaşayış məntəqəsi torpaqlarından kənarda yerləşir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə Dövlət Meşə Fondu torpaqları xüsusi mülkiyyətə verilmir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq islahatı ilə əlaqədar yaşadığı İsmayıllı rayon Qurbanəfəndi kəndində faktiki istifadəsində olan həyətyanı torpağa görə pay torpağından çıxılmış 0.09 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasının və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası özünün ərizəsinə əsasən geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar