Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-376/2021 25.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialına qarşı “1970-1973 və 1984-1990-cı il tarixlərində “Əli Bayramov” adına kolxozda kolxozçu işlədiyi illəri sosial sığorta stajına daxil etməklə ona müvafiq pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1970-1973 və 1984- 1990-cı il tarixlərində “Əli Bayramov” adına kolxozda kolxozçu işlədiyi illəri sosial sığorta stajına daxil etməklə ona müvafiq pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. İddiaçı 1970-1973 və 1984-1990-cı illərdə “Əli Bayramov” adına kolxozda kolxozçu işləmişdir. O, yaşa görə əmək pensiyasına çıxmaq üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının 25 il iş stajının və ya 23040 manat pensiya kapitalının olmamasını, həmçinin xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə fərdi hesabında pensiya kapitalının qeydə alınmadığını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan etiraz məktubu ilə iddiaya münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi 39483 nömrəli əmək kitabçasında iddiaçının adı “X2” kimi qeyd edilmiş, lakin iddiaçının şəxsiyyət vəsiqəsində adı “İddiaçı” kimi qeyd edilmişdir. Ancaq iddiaçı cavabdeh orqana hər iki şəxsin eyni olması faktının müəyyənləşdirildiyinə dair müvafiq sənədləri (məhkəmə aktı, arayışlar və s.) təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilən arxiv arayışlarında qeyd olunan dövrlər üzrə işləməsi onun əmək kitabçasında (1970, 1972 və 1973-cü illər istisna olmaqla), iddiaçının 1974-cü ildə “Əli Bayramov” adına kolxozda işləməsi barədə əmək kitabçasında aparılmış qeyd isə arxiv sənədlərində təsdiqini tapmamışdır. İddiaçının xx.xx.1975-xx.xx.1977, xx.xx.1977-xx.xx.1983, xx.xx.1991-xx.xx.1995-ci illərdə hərbi xidmət və iş dövrü, həmçinin 1970, 1972 və 1973-cü illərdə “Əli Bayramov” adına kolxozda iş dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən 13 il 6 ay sığorta stajının və xx.xx.2018-ci il tarixə 9469,95 manat pensiya kapitalının olduğu müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə isə fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı ona pensiya təyin olunması üçün inzibati orqana ona məxsus olduğunu iddia etdiyi üç ədəd əmək kitabçası (0233758 nömrəli, 120 nömrəli və 39483 nömrəli) təqdim etmişdir. Hətta təqdim edilən 39483 nömrəli əmək kitabçası “X6” oğlu adlı şəxs adına tərtib edilmişdir. Məlum olduğu kimi işçilərin bir əmək kitabçası olur və həmin kitabça dolduqda ona əlavə içlik tikilir, işçinin növbəti əmək fəaliyyəti barədə qeydlər əlavə içlikdə yazılır. İddiaçının təqdim etdiyi əmək kitabçaları hər biri əlavə içlik deyil, hər bir müəssisədə tərtib edilmiş müstəqil əmək kitabçalarıdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı qanunsuz olaraq əmək pensiyasına hüquq qazanmaqdan ötrü işlədiyini iddia etdiyi hər müəssisədə bir əmək kitabçası tərtib etdirmiş və sonra da həmin əmək kitabçalarını və digər sənədləri inzibati orqana təqdim etmişdir. Bu səbəblərdən də, iddiaçının təqdim etdiyi əmək kitabçaları onun əmək fəaliyyətini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı tərəfindən təqdim edilən arxiv arayışlarında “Əli Bayramov” adına kolxozda əmək iştirakı mimumumu öz əksini tapmadığından iddiaçının 1970-1973 və 1984-1990-cı illərdə bütün il boyu işlədiyi, o cümlədən minimum adam günü normasını yerinə yetirdiyi müəyyən edilmir. Hətta iddiaçının hazırkı iddia tələbində qeyd olunan bütün dövr (8 il) məhkəmə tərəfindən nəzərə alınıb onun ümumi stajına daxil edilərsə, iddiaçının ümumi iş stajı cəmi 21 il 6 ay təşkil edəcək. Bu o deməkdir ki, hazırkı iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab vermir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının pensiya yaşı xx.xx.2018-ci il tarixdən - 63 il 6 ay yaş həddindən başlayır. Qanunvericiliyə müvafiq olaraq 2018-ci il üçün minimum pensiya kapitalını 16742,88 manat təşkil edir. İddiaçının pensiya hüququ yarandığı 2018-ci il tarixdə onun müvafiq 21 il 6 ay sosial sığorta stajına uyğun olaraq onun 15081,7695 manat pensiya kapitalı vardır. Bu məbləğ həmin zaman üçün qüvvədə olan qanunvericiliyə əsasən tələb olunan minimum pensiya kapitalından daha aşağıdır. Beləliklə, iddiaçının iddia tələbi mümkünlük şərtlərinə cavab verməməklə yanaşı həm də əsassızdır. İddiaçının yaşa görə əmək pensiya hüququ mövcud deyil. Məhkəmə iclasında iddiaçı tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. İş materiallarında olan Qəbələ Rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 248/1 nömrəli arxiv arayışından müəyyən edilir ki, “Əli Bayramov” adına kolxozun staj və şəxsi hesab kitablarına əsasən İddiaçı 1970, 1972, 1973, 1984 və 1985-ci illərdə müvafiq olaraq 13, 212, 323, 234 və 30 adam günü olmaqla kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Qəbələ Rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 248/2 nömrəli arxiv arayışından müəyyən edilir ki, Qəbələ rayonu, Hacallı kənd sovetinin əməkhaqqı cədvəllərinə əsasən iddiaçı 1985-1990-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən tərtib olunan xx.xx.2020-ci il tarixli Aktdan müəyyən edilir ki, iddiaçının 1970, 1972, 1973, 1984, 1985-1990-cı illərdəki əmək stajı yerində qarşılıqlı yoxlanılmış və yuxarıda qeyd olunan arxiv arayışlarının düzgünlüyü təsdiq edilmişdir. İş materiallarında olan 39483 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1954-cü il təvəllüdlü X3 xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “T.C. Bakü Büyükelçiliği Silahlı X1 Askeri İşbirliği ve Koordinasyon Kurulu Başkanlığı”nda “bekçi” vəzifəsində işləmişdir. İş materiallarında olan DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının etirazında da qeyd edildiyi kimi cavabdeh orqan tərəfindən iddiaçının mübahisələndirilməyən iş stajı 13 il 6 ay təşkil edir. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, iddia tələbində qeyd olunan 8 il müddət iddiaçının sosial sığorta stajı kimi nəzərə alınsa belə tələb olunan 25 il sığorta stajı və ya 2018-ci il üçün minimum 16742.88 manat pensiya kapitalı tamamlanmadığı üçün iddiaçıya əmək pensiyasının təyin edilməsi mümkün olmayacaqdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının yanlız tələbində qeyd olunan müddət deyil, həmçinin əmək kitabçasında qeyd olunan müddət də mübahisələndirilir ki, bunun da səbəbi əməmk kitabçasında qeyd olunan şəxslə iddiaçının eyni şəxs olmasını müəyyən etmək mümkün deyil. Odur ki, iddiaçı cavabdeh inzibati orqana təqdim etdiyi əmək kitabçasının ona məxsus olması hüquqi əhəmiyyətli faktnın müəyyən edilməsi üçün yaşadığı yer üzrə rayon (şəhər) məhkəməməsinə müraciət etməli, ərizəsi təmin olunduğu təqdirdə cavabdeh inzibati orqana müraciət etməlidir. İnzibati məhkəmə icraatı çərçivəsində həmin halın müəyyən edilməsi mümkün olmadığı üçün hazırki iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialına qarşı “1970-1973 və 1984-1990-cı il tarixlərində “Əli Bayramov” adına kolxozda kolxozçu işlədiyi illəri sosial sığorta stajına daxil etməklə ona müvafiq pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-376/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-376/2021
25.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver