Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3764/2024 17.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayonu, Eymur kənd ərazisində yerləşən fərdi yaşayış və həyatyanı təyinatlı 0.44 ha torpaq sahəsinin mərhum X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ağdaş rayonu, Eymur kənd ərazisində yerləşən fərdi yaşayış və həyatyanı təyinatlı 0.44 ha torpaq sahəsinin mərhum X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 04 noyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Ağdaş rayonu Eymur Bələdiyyəsi ünvanında X8, X13, İddiaçı, X3, X6, X10 fərdi yaşayış evi, həyətyanı sahə üçün 0.44 ha torpaq sahəsi verilmişdir. X12 iddiaçının atası, X16 iddiaçının anasıdır. X12 xx.xx.2005-ci ildə, X16 isə xx.xx.2007-ci ildə vəfat etmişdir. JN-099F, Kod: 90320018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə iddiaçının anasına aid məlumatlar düzgün yazılmamışdır. Beləki şəhadətnamədə iddiaçının anasına aid yazı "X19" kimi göstərilmişdir. Halbuki yazı AZE seriyalı 05421924 saylı şəxsiyyət vəsiqəsində və AZ-ll 458061 saylı "Ölüm haqqında şəhadətnamə"də X7 göstərilmişdir. Beləliklə JN-099F, Kod: 90320018 №-li "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə iddiaçının anasına aid məlumatlar səhv verilib. Həmçinin adı çəkilən “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə mülkiyyətçilərdən olan X9 adı “Rahilə” kimi yazılmışdır. X2 məxsus AZ-İ 214757 saylı “Doğum haqqında şəhadətnamə"də. AZ-ll JTs 492319 saylı "Nikah haqqında şəhadətnamə“də və AA seriyalı ******* saylı "Şəxsiyyət vəsiqəsin”də qızının adı "Rahidə" kimi göstərilmişdir. İddiaçının anası və qızı X4 aid şəxsi xarakterli məlumatlar JN-099F, Kod: 90320018 №-li “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə düzgün qeyd edilmədiyindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edə bilmirlər. Bu səbəbdən də 17 saylı Yevlax Ərazi idarəsinə "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə düzəliş edilməsi üçün müraciət etməli olmuşdur. 17 saylı Yevlax Ərazi idarəsi məhkəməyə müraciət elməyi tövsiyyə etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh orqan iddiaya münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. JN-099F KOD 90320013 Torpağın mülkiyyətə verilməsinə dair Şəhaədtnamənin surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 04 noyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə X12 və ailə üzvlərinə 0.44 ha torpaq sahəsi verilmişdir.
Əsaslandırma hissəsi :
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növünə aiddir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək izah olunmuşdur ki, hazırkı iddia tələbi inzibati qaydada baxılmalı olmadığından mümkünlük şərtinə cavab vermir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçıya izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir. İfadə tərzindən asılı olmayaraq iddiaçı tərəfindən hazırkı iddia ərizəsində iki tələb irəli sürülmüşdür:
1. JN-099F saylı Kod 90320018 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 və X10 aid adlara düzəlişin edilməsi;
2. Həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq Çıxarış və texniki sənədin verilməsi. Cavabdehin imtinası iddia tələbinin birinci hissəsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubunda imtina əsası kimi adlarla bağlı uyğunsuzluq olduğunu bildirmişdir.İddiaçı iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün ona məxsus hüquqmüəyyənedici sənəd təqdim etməmiş,sənədin ona məxsusluğunun da araşdırılmasını inzibati məhkəmə qaydasında tələb kimi irəli sürmüşdür. Məhkəmə tərəfindən hazırkı iş üzrə inzibati orqanın faktiki hərəkətinin qanunuauyğunluğunun araşdırılması və hüquqmüəyyənedici sənədin verildiyi şəxsin eyniləşdirilməsi inzibati məhkəmə araşdırmasının predmeti deyildir. İddiaçı nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq həmin sənədin ona məxsus olmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi qaydasında xüsusi icraat qaydasına ərizə verə bilər. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə,bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Həmin qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbi ilə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə (Ağdaş rayon məhkəməsinə) müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayonu, Eymur kənd ərazisində yerləşən fərdi yaşayış və həyatyanı təyinatlı 0.44 ha torpaq sahəsinin mərhum X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apelyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə