Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3764/2025 08.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehna qarşı «polis orqanının qanunsuz əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı şikayətə baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı Cavabdeh başlanmış ********* nömrəli cinayət işi üzrə AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Məcəllənin həmin maddələri ilə ittiham elan olunduqdan sonra barəsində müvafiq vəsatət əsasında həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı hazırda Ədliyyə Nazirliyi Penitensiar xidmətin X1 saxlanılır. İddiaçı Cavabdehna qarşı «polis orqanının qanunsuz əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı şikayətə baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Ağdaş RPŞ-nin əməkdaşlarının özbaşınalığına, heç bir əsas olmadan, qanunvericiliyə zidd şəkildə, onun məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran hərəkətlərinə qiymət verilməsi ilə bağlı Baş Prokurorluğa ünvanlanmış ərizəsi 3 iyul 2025-ci il tarixdə Cavabdehna göndərilmişdir. Cavabdeh isə vətəndaşların müraciətləri haqqında qanunvericiliyin müddəalarında göstərilən müddətə əməl etməmiş, onun qanunvericiliklə müəyyən edilmiş hüquqlarını məhdudlaşdırmış, vətəndaşların dövlət tərəfindən qorunan mənafelərinə zidd hərəkət etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Göstərilənlərə əsaslanaraq, Cavabdeh hərəkətsizliyi ilə bağlı xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilməsi və Ağdaş RPŞ-nin (əməkdaşlarının) qanunsuz əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı şikayətə baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh iddiaya etiraz edir və onun mümkün sayılmamasını məhkəmədən xahiş edir. Etiraz onunla əsaslandırılır ki, müvafiq cinayət işi üzrə əməl CM-in 125, 134, 148-1, 156.1 və 178.2.2-ci maddələri ilə tövsif edilmiş, İddiaçı qarşı həmin maddələrlə yenidən ittiham elan olunmuş və ittiham aktı təsdiqlənərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilir. Həmin cinayət işi üzrə Cavabdeh, eləcə də Rayon Məhkəməsində araşdırma aparılan müddətdə İddiaçı tərəfindən çoxsaylı müraciətlər ünvanlanmış və hər bir müraciət prokurorluqda qeydiyyata alınaraq icraçılar tərəfindən icra edilmişdir. 29 aprel 2025-ci il tarixdə İddiaçı barəsində aparılan cinayət işindən 59C-25 nömrəli material ayrılaraq onun Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılması barədə müraciəti üzrə araşdırma aparılmışdır. Onun Baş Prokurorluğun İstintaqa nəzarət idarəsindən daxil olmuş analoji müraciəti, eləcə də Ağdaş RİH-ə və digər qurumlara ünvanlanmış və baxılması üçün Cavabdehna göndərilmiş müraciətləri həmin materiala əlavə edilmişdir. İddiaçı iddia ərizəsində Ağdaş RPŞ-nin əməkdaşlarının özbaşınalığı, əsas olmadan, qanunvericiliyə zidd, məhkəmədə müdafiə hüququnu məhdudlaşdıran hərəkətləri barədə Baş Prokurorluğa müraciət etdiyini, həmin müraciətin araşdırılması üçün Cavabdehna göndərildiyini göstərsə də, müəyyən olunmuşdur ki, onun qeyd edilən məzmunda müraciəti rayon prokurorluğuna daxil olmamışdır. İddiaçı Ağdaş Rayon Məhkəməsinə eyni məzmunlu müraciət edərək rayon prokurorluğunun hərəkətlərindən şikayət etmiş, 5 sentyabr 2025-ci il tarixli qərarla onun ərizəsi geri qaytarılmışdır. Odur ki, iddianın qeyrimümkün hesab edilməsi məhkəmədən xahiş olunur. İPM-in 16.3-cü maddəsinə görə bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, məhkəməyə İddiaçı onun məhkəmə prosesində iştirakının təmin olunması xahişi ilə əlavə ərizəsi daxil olmuşdur. Məhkəmə öncə diqqətə çəkir ki, hazırkı iş üzrə iddiaçıya hüquqi yardım göstərilməsinə zərurət olmamışdır. Ərizədə göstərilən “məhkəmə prosesində iddiaçının iştirakının təmin olunması” məsələsinə gəldikdə isə qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü məsələsinə qiymət verilməsi mərhələsində iddiaçının inzibati məhkəmə icraatının iştirakçısı kimi şifahi məhkəmə iclasında dinlənilməsini məğbul bilməmişdir. İddia mümkün sayıldığı halda, mübahisəyə mahiyyəti üzrə qiymət verilərkən onun məhkəmə iclasında şəxsən iştirakının təmin edilməsi məsələsinə yenidən baxıla bilərdi. Bununla belə, işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və iclasın yeri və vaxtı barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının və cavabdehin nümayəndələri gəlməmişlər. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İPM-in 1.1-ci maddəsinə görə 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. MPM-in 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə görə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. Həmin Qanunun 449.3-cü maddəısinə görə bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi, şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi, ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Göründüyü kimi, cinayət təqibi üzrə aidiyyəti subyektlərin hərəkət və hərəkətsizliklərindən müvafiq şəxslərin şikayətlərinə baxılması qaydası Cinayət Prosessual Məcəlləsi ilə, yəni ayrıca qanunla nəzərdə tutulmuşdur, Bundan başqa, inzibati orqanların cinayət-prosessual fəaliyyəti çərçivəsində hərəkət (hərəkətsizlik) və qərarları inzibati icraatın predmeti kimi çıxış etmir. İPM-in İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məhkəmənin qənaətinə görə hazırda İddiaçı Cavabdeh cinayət-prosessual fəaliyyəti ilə bağlı hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirdiyindən və mübahisələndirilən hərəkət inzibati icraat çərçivəsində qəbul olunmadığından, cavabdehə qarşı «polis orqanının qanunsuz əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı şikayətə baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində vurğulanmışdır ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsində göstərilən digər xüsusata (xüsusi qərardad qəbul olunması) gəldikdə isə məhkəmə qeyd edir ki, bu məsələ vəsatət xarakterlidir və iddiaya mahiyyəti üzrə baxılmadığından, eləcə də məhkəmə icraatında hər hansı şəxsin əməlində cinayətin əlamətlərinin aşkar olunması barədə yetərli sübutlar olmadığından məhkəmə xüsusi qərardad çıxarılmasını məqbul saymamışdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehna qarşı «polis orqanının qanunsuz əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı şikayətə baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2-1(116)-3764/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3764/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver