Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-378/2021 23.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Yevlax Rayon İcra Hakimiyyətinə qarşı “Yevlax şəhəri, Nizami Gəncəvi prospekti 62A ünvanında mülkiyyətində olan 0.0199 ha torpaq sahəsində yerləşən bir mərtəbədən və mansarddan ibarət yaşayış binasının aidiyyəti üzrə təyinatının mövcud vəziyyətə uyğun olaraq dəyişdirilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Yevlax Rayon İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri Nizami Gəncəvi prospektində yerləşən, mülkiyyətinizdə olan 0.0199 ha torpaq sahəsi və üzərində yerləşən bir mərtəbədən və mansarddan ibarət qeyri yaşayış binasının aidiyyati üzrə təyinatının mövcud vəziyyətə uyğun olaraq hüquqların dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020 tarixli çıxarışda dəyişdirilərək qeyriyaşayış binası sahibkarlıq təyinatı kimi qeyd edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanında iddiaçının mülkiyyətində olan 0.0199 ha torpaq sahəsində yerləşən, faktiki olaraq qeyri-yaşayış binası olmaqla yanaşı elektrik-məişət avadanlıqlarının satışı ilə məşğul olan tikili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin tərtib etdiyi ********** qeydiyyat nömrəli, xx.xx.2020 tarixli hüquqların dövlət reyestrindən çıxarışda fərdi yaşayış evi kimi qeyd olunmuşdur. Hal bu ki, həmin daşınmaz əmlak mövcud vəziyyətə uyğun olaraq sahibkarlıq obyekti kimi fəaliyyət göstərir və bununla da 11 saylı Ərazi Vergi İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İddiaçı bildirir ki, hazırda oradan qeyri-yaşayış binası (sahibkarlıq məqsədi ilə) kimi istifadə olunur. İddiaçı cavabdeh orqanlara müraciət edərək, daşınmaz əmlakın təyinatının dəyişdirilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçıya xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, tələbi bir cavabdehə (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi) qarşı yönəlsə də, cavabdeh qismində iki ayrı inzibati orqan qeyd edilmişdir. Belə ki, hazırkı tələbinə cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi olsa da, Yevlax Rayon İcra Hakimiyyətinə münasibətdə tələbinin nədən ibarət olması göstərilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə təqdim edilən ərizədə iddia tələbinə dəqiqləşmə aparmış, cavabdeh qismində Yevlax Rayon İcra Hakimiyyətini, 3-cü şəxs qismində DƏDRX-nin 17 saylı Ərazi İdarəsini qeyd edərək, Yevlax şəhəri, Nizami Gəncəvi prospektində yerləşən mülkiyyətində olan 0.0199 ha torpaq sahəsi və üzərində yerləşən bir mərtəbədən və mansarddan ibarət qeyri-yaşayış binasının aidiyyəti üzrə təyinatının mövcud vəziyyətə uyğun olaraq dəyişdirilməsi barədə sərəncamın verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması, sərəncam verildikdən sonra hüquqların dövlət reyestrindən ********* qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışda dəyişdirilərək qeyri-yaşayış binası kimi qeyd olunması vəzifəsini iş üzrə üçüncü şəxs DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya yenidən xx.xx.2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, tələbinin mülkiyyətində olan 0.0199 ha torpaq sahəsinin aidiyyəti üzrə təyinatının mövcud vəziyyətə uyğun dəyişdirilməsi” hissəsi cavabdeh Yevlax Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil. Belə ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. İddiaçının iddia ərizəsi və ona əlavə olunan sənədlərdən müəyyən olunur ki, onun istəyi mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin (yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə keçirilməsindən ibarətdir. Bununla bağlı iddiaçının nəzərinə çatdırılmışdır ki, Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası Mənzil Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir. Məhkəmə yardım məktubu ilə iddiaçının həmçinin nəzərinə çatdırmışdır ki, hüquqi marağı baxımından onun tələbinə cavab verməli orqan Yevlax Rayon İcra Hakimiyyətidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini 3-cü şəxs kimi qeyd etməklə ona qarşı tələb irəli sürülməsi İnzibati Prosessual Məcəllənin tələbləri baxımından yolverilməzdir. İddiaçı yardım məktubunda qeyd olunan nöqsanları aradan qaldıraraq dəqiqləşdirilmiş iddia ərizəsini xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etmiş və cavabdeh qismində Yevlax Rayon İcra Hakimiyyətini qeyd edərək, Yevlax şəhəri, Nizami Gəncəvi prospekti 62A ünvanında mülkiyyətində olan 0.0199 ha torpaq sahəsində yerləşən bir mərtəbədən və mansarddan ibarət yaşayış binasının aidiyyəti üzrə təyinatının mövcud vəziyyətə uyğun olaraq dəyişdirilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianın geri götürülməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Yevlax Rayon İcra Hakimiyyətinə qarşı “Yevlax şəhəri, Nizami Gəncəvi prospekti 62A ünvanında mülkiyyətində olan 0.0199 ha torpaq sahəsində yerləşən bir mərtəbədən və mansarddan ibarət yaşayış binasının aidiyyəti üzrə təyinatının mövcud vəziyyətə uyğun olaraq dəyişdirilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-378/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-378/2021
23.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver