Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-378/2024 27.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının 13 dekabr 2007-ci il tarixli 78 nömrəli sərəncamı ilə X7 “Məlikmudlu və Sovxozyeri” adlanan ərazisindən ayrılmış 239 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 16 saylı Ucar ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının 13 dekabr 2007-ci il tarixli 78 nömrəli sərəncamı ilə X7 “Məlikmudlu və Sovxozyeri” adlanan ərazisindən ayrılmış 313 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkilinin (nümayəndəsinin) xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron kabinetinə ərizə yerləşdirərək, "Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının 13 dekabr 2007-ci il tarixli 78 nömrəli sərəncamı ilə X7 “Məlikmudlu və Sovxozyeri” adlanan ərazisindən ayrılmış 239 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-2465/2023 nömrəli qərardadı ilə iddiaçının vəkilinin (nümayəndəsinin) Nümayəndə tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-378/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Zərdab rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddia ərizəsinin əsaslarına görə, Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının 13 dekabr 2007-ci il tarixli 78 nömrəli Sərəncamı ilə Ucar rayonu Şilyan kənd sakini İddiaçı X7 “Məlikmudlu və Sovxozyeri” adlanan hissəsindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin tərtib etdiyi torpaqayırma və yerquruluşu sənədləri əsasında kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün 20 il müddətinə 313 hektar torpaq sahəsi icarəyə ayrılmışdır. Həmin sərəncam əsasında 20 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsi naturada tanıdılmış, yerquruluşu planı hazırlanaraq təsdiq edilmişdir. Həmin torpaq sahəsi iddiaçı tərəfindən təyinatı üzrə istifadə edilərək, hər il icarə haqqı, eləcə də torpaq vergisi ödənilmişdir. Sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması üçün iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdeh inzibati orqan müraciəti araşdırmış və müəyyən etmişdir ki, icarəsində olan torpaq sahəsinin bir hissəsi "xxxx" MMC-nin (**********39 reyestr nömrəli) və bir hissəsinin də Zərdab rayon İcra Hakimiyyətinin (**********10 reyestr nömrəli) adına verilmiş çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədindən göstərilən döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Bu səbəbdən müraciətinin icrasından imtina edilmişdir. İddiaçı tərəfindən yenidən inzibati orqana müraciət edilərək, **********10 reyestr nömrəsi ilə Zərdab rayon İcra Hakimiyyətinin, eləcə də **********39 reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına verilmiş çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə icarəsinə verilmiş torpaq sahəsinin üst-üstə düşən hissəsində müvafiq dəyişikliyin edilməsi xahiş edilmişdir. Lakin inzibati orqan 14 iyul 2022-ci il tarixli **********91 nömrəli məktubla müraciətinin icrasından imina etmişdir. Buna səbəb kimi isə icarəsində olan Zərdab rayonu, Bəyimli qəsəbəsində yerləşən 313 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının **********10 və **********39 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla üst-üstə düşdüyünü, həmin uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İddiaçı, iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının 13 dekabr 2007-ci il tarixli 78 nömrəli Sərəncamı ilə X7 “Məlikmudlu və Sovxozyeri” adlanan ərazisindən ayrılmış 313 hektar kənd təsərrüfatlı torpaq sahəsi üzərərində istifadə hüququnun dövlət qeydiyyatına alması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması barədə Qərar qəbul etməsini xahiş etmiş, məhkəmənin hazırlıq iclasında, yəni 26 oktyabr 2022-ci il tarixdə 3-cü şəxs kimi işə cəlb edilmiş Zərdab rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Zərdab rayon İcra Hakimiyyətinin Başçısının 02 mart 2017-ci il tarixli 23 nömrəli Zərdab rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 78 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncamını təqdim etmiş, buna səbəb kimi 17 sentyabr 2016-cı il tarixdə Sabirabad rayonunda pambıqçılığın inkişafına dair respublika müşavirəsində cənab prezident İlham Əliyev tərəfindən növbəti illərin hədəflərini qeyd edərkən öhdəlik olaraq Zərdab rayonunda 3000 (üç min) hektar pambıq əkinin aparılması üçün müvafiq tapşırıq verilməyini göstərmiş və Zərdab Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 07 oktyabr 2016-cı il tarixli 01/741 nömrəli və 19 dekabr 2016-cı il tarixli 01/926 nömrəli məktublarla Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadəyə müraciət edilərək torpaqların əkin dövriyyəsinə daxil edilməsi barədə tapşırıqlarının icrasını təmin etmək məqsədilə rayonun Bəyimli qəsəbəsi ərazisində yerləşən X7 əkinə yaralı 8100 hektar torpaq sahəsnin təyinatının dəyişdirilərək əkinçilik üçün istifadə edilməsinə razılıq verilməsi xahiş olunmuşdur. Bu səbəbdən iddiaçının icarəsində olan 313 hektar torpaq sahəsinə pambıqçılığın inkişafı və əkin dövriyyəsinə cəlb olunması zərurəti yarandığından torpaq sahəsinin geri alınması, torpaq sahəsinin istifadə və icarə hüquqlarına xitam verilməsi məqsədə uyğun hesab edilmişdir. Göstərilənlərə əsasən Zərdab rayon İcra Hakimiyyəti başçısının 02 fevral 2017-ci il tarixli, 23 sərəncamının ləğv edilməsi barədə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 23 nömrəli sərəncamının ləğv edilməsinə dair qərar qərar qəbul edilməsini xahiş edilmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2023 tarixli, 2-1(116)-683/2023 saylı Qərarı ilə Zərdab Rayon İcra Hakimiyyəti başçısının 02 mart 2017-ci il tarixli 23 nömrəli sərəncamı ləğv edilmişdir. Qərardan cavabdeh apellyasiya şikayəti verməmiş, qərar qanuni qüvvəsini almışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı Zərdab rayonu, Bəyimli qəsəbəsində yerləşən 313 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 'Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 313 ha torpaq sahəsinin ümumilikdə 5 konturdan ibarətdir. Onun 239 ha olan hissəsi **********39 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsin Dövlət mülkiyyətinə aid olmaqla Zərdab Rayon icra hakimiyyəti tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. Bundan əlavə **********10 reyestr nömrəsi ilə qeydiyyata alınmış 4859 ha torpaq sahəsi Dövlət Mülkiyyətinə aid olmaqala Zərdab rayon İcra Hakimiyyətinin adına rəsmiləşdirilmişdir. Zərdab rayon İHB-nın xx.xx.2017-cı il tarixli 23 nömrəli sərəncamına əsasən İddiaçı Zərdab rayonu Bəyimli, qəsəbəsində yerləşən 313 ha torpaq sahəsi üzərində icarə müqaviləsi və Zərdab rayon İHB-nın xx.xx.2007-ci il tarixli 78 nömrəli sərəncamı ləğv edilib. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Zərdab Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 78 nömrəli Sərəncamından görünür ki, Ucar rayonu Şilyan kənd sakini İddiaçı X7 “Məlikumudlu və Sovxozyeri” adlanan hissəsindən kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün 20 il müddətinə 313 hektar torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. - xx.xx.2007-ci il tarixli 78 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Ucar rayonu Şilyan kəndində yerləşən 313 ha torpaq sahəsini xx.xx.2007-ci il tarixli 78 nömrəli sərəncamına əsasən kənd təsərrüfatı və heyvandarlıq üçün iddiaçıya uzunmüddətli icarəyə verilmişdir. - Zərdab rayonu DTF-nun ərazisində xx.xx.2007-ci il tarixdə tərtib edilmiş yerin seçilməsi aktından görünür ki, DT və XK-nin Zərdab rayon şöbəsinin, iddiaçının iştirakı ilə Zərdab rayonun DTF-u ərazisində “Məlikumudlu və Sovxozaltı” adlanan hissəsindən kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün ona 313 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulan əraziyə baxış keçirilmiş, sahə ölçülərək və sərhədləri qoyularaq iddiaçıya göstərilmişdir. - Zərdab Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 23 nömrəli sərəncamından görünür ki, Ucar rayonu Şilyan kənd sakini İddiaçı Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2007-ci il tarixli 78 nömrəli sərəncamı və xx.xx.2007-ci il tarixli 78 nömrəli icarə müqaviləsinə əsasən X3ş otlaq ərazisindən "Sovxozyeri” adlanan hissəsindən icarəyə 313 hektar torpaq sahəsi ayrılması haqqında Zərdab Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 78 nömrəli Sərəncamı və icarə müqaviləsi ləğv edilmiş, ləğv edilmiş 313 (üç yüz on üç) hektar torpaq sahəsi boş və istifadəsiz ərazi olaraq Zərdab rayon X7 balansına qaytarılmış, sərəncamın icrasına nəzarət Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinə (Pərvin Mahmudova) həvalə edilmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-683/2023 nömrəli qərarından görünür ki, Zərdab rayon İcra Hakimiyyəti başçısının 02 mart 2017-ci il tarixli, 23 nömrəli sərəncamı ləğv edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4628/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Zərdab rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 78 saylı Sərəncamı ilə İddiaçı ayrılmış 313 ha müvafiq olara (239 ha və 74 ha) torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanan, Zərdab rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq olunan torpaqayırma cizgisində koordinatlar mövcud olmadığı üçün suallların mütəxəssis tərəfindən cavablandırılması mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, baxış zamanı iddiaçının naturada göstərdiyi 282.15 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış **********10 nömrəli çıxarışla verilmiş torpaq sahəsi ilə üstüstə düşür. Naturada göstərilən 282,15 ha torpaq sahəsi kənd təsərüfatı təyinatlı torpaqlar kateqoriyalı, dövlət mülkiyyətinə aid olmaqla örüş uqodiyalı ərazidə yerləşir. Sözügedən 282,15 ha torpaq sahəsinin 18,4 ha hissəsi elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında əkin uqodiyalı torpaqlar kimi göstərilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərindən irəli gələrək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsi yalnız daşınmaz əmlak üzərində icarə və istifadə müqaviləsi bağlanmış halları tənzimləyir. İş materiallarında olan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 78 nömrəli Sərəncamı və xx.xx.2007-ci il tarixli 78 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə müəyyən olunur ki, X7 “Məlikumudlu və Sovxozyeri” adlanan hissəsindən kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün 20 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Odur ki, hazırkı münasibətlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10 və 12-ci və Mülki Məcəllənin 139.1-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji norma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Cavabdeh orqan iddia olunan torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə ərdab Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 78 nömrəli Sərəncamının və xx.xx.2007-ci il tarixli 78 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin sonradan ləğv olunduğunu bildirsə də, Zərdab Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 23 nömrəli sərəncamı Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-683/2023 nömrəli qərarı ilə ləğv olunduğundan iddia olunan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı ilkin sərəncam və icarə müqaviləsinin hazırda qüvvədədir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi iddiaçının mübahisəli torpaq sahəsinə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün qanuni əsaslar mövcud olduğu halda, cavabdeh orqan əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan əsaslardan heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 16 saylı Ucar ərazi idarəsinin üzərinə Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının 13 dekabr 2007-ci il tarixli 78 nömrəli sərəncamı ilə X7 “Məlikmudlu və Sovxozyeri” adlanan ərazisindən ayrılmış 239 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərində İddiaçı istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-378/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-378/2024
27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver