Məhkəmə qərarları › İş №2-1(116)-379/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-379/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-379/2023 07.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi iddiaçılar İddiaçı1 və İddiaçı3, İddiaçı4, İddiaçı2, X1 iştirakı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı əsasında JN- 051A nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətində olan Qəbələ rayonu Bunud kəndində yerləşən 0.87 ha həyətyanı torpaq sahəsi üzərində onun və ailə üzvlərinin, fərdi yaşayış evi üzərində isə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq Çıxarışın və texniki pasportun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı əsasında JN-051A nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətində olan Qəbələ rayonu Bunud kəndində yerləşən 0.87 ha həyətyanı torpaq sahəsi üzərində onun və ailə üzvlərinin, fərdi yaşayış evi üzərində isə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq Çıxarışın və texniki pasportun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarı əsasında JN-051A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Qəbələ rayonu Bunud kəndində yerləşən 0.87 ha həyətyanı torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin 0.87 ha torpaq sahəsində İddiaçı1 məxsus 1998-ci ildə tikilmiş ümumi sahəsi 61.00 kv.m olan bir mərtəbəli üç otaqlı fərdi yaşayış evi, 24.00 kv.m tövlə və 16.00 kv.m quraqlıq yerləşir.İddiaçılar JN-051A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş 0.87 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinə çıxarış və texni pasportun verilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 14 sentyabr 2022-ci il tarixli **********84 saylı məktubla ilkin müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi 07 oktyabr 2022-ci il tarixli iddiaya münasibətində bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olur ki, Qəbələ rayon Aqrar islahat Komissiyasının 29 iyul 2000-ci il tarixli, 07 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə 0.87 ha həyətyanı torpaq sahəsinə dair JN-051A saylı "Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə" sənədi tərtib olunmuşdur. Ərazi İdarəsinin arxivində JN- 051A nömrəli Torpağa Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməsi mövcuddur, həmçini subyektlər siyahısında da iddiaçı və ailə üzvlərinin adına 0.87 ha torpaq sahəsi qeyd olunmuşdur. Qəbələ rayon Aqrar islahat Komissiyasının 29 iyul 2000-ci il tarixli, 07 nömrəli qərarı əsasında verilmiş JN-051A nömrəli torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında 0.17 ha kimi öz əksini tapdığından müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan : - Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən JN- 051A saylı "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin İddiaçı2 və İddiaçı4 aid hissədə məxsus olması faktı müəyyən edilmişdir. - Qəbələ RİHB-nın Bunud KİƏD üzrə nüməyəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, həmin kəndin 02 nömrəli təsərrüfatbaşına kitabının 57-ci səhifəsində X2 adına 1998-ci ildə tikilmiş ümumi sahəsi 61.00 kv.m olan bir mərtəbəli üç otaqlı fərdi yaşayış evi vardır. - Azərbaycan Respublikası Qəbələ Rayon Bunud Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 18 nömrəli məktubunda göstərilir ki, Qəbələ rayonu Bunud kənd sakini X2 ailəsinə məxsus JN-051A nömrəli Şəhədətnamə ilə verilmiş Qəbələ rayonu Bunud kəndində yerləşən 0.87 ha həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası “Torpaq İslahatı haqqında” xx.xx.1996-cı il tarixli 155-İQ nömrəli qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 482 nömrəli Fərmanına əsasən verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********98 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat komisiyyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı əsasında, JN-051A nömrəli Torpağın mülkiyyət hüququna dair Şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,87 hektar torpaq sahəsi barədə Mərkəzin elektron bazasında məlumat mövcud olmadığına görə sərhədlərinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyildir. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 1,3650 hektar torpaq sahəsi Bunud kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində yaşayış məntəqələri torpaqlarına aid olmaqla uqodiyası çoxillik əkmələrdir. Torpaq sahəsi İddiaçı1 istifadəsindədir. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 1,3650 hektar torpaq sahəsinin sərhədləri daxilində **********89 nömrəli çıxarış ilə X3 mülkiyyətinə verilmiş 0,15 hektar, JN-51A nömrəli şəhadətnamə ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,17 hektar torpaq sahələri yerləşir. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir. - JN-051A seriyalı kod 40303018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə 0.87 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş 1999-cu il tarixli Qəbələ rayonu Bunud kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Musazadə (Hacıkərimova) Günay Sarvan qızının adları qeyd edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-589/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 1,3650 hektar torpaq sahəsi Bunud kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində yaşayış məntəqələri torpaqlarına aid olmaqla uqodiyası çoxillik əkmələrdir. Torpaq sahəsi İddiaçı1 istifadəsindədir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən iddia təmin edilməli, Qəbələ rayonu Bunud kəndində yerləşən 1998-ci ildə tikilmiş ümumi sahəsi 61.00 kv.m olan bir mərtəbəli üç otaqlı fərdi yaşayış evi üzərində X2, JN-051A nömrəli “Torpağın mülkiyyət hüququna dair” Şəhadətnamə əsasən verilmiş 0,87 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 ümumbirgə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (arayışın) və texniki pasportun verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayonu Bunud kəndində yerləşən 1998-ci ildə tikilmiş, ümumi sahəsi 61.00 kv.m olan bir mərtəbəli üç otaqlı fərdi yaşayış evi üzərində X2, həmin evin yerləşdiyi JN-051A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0,87 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Musazadə (Hacıkərimova) Günay Sarvan qızının ümumbirgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar