Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-38/2021 10.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, İddiaçı, İddiaçının vəkili X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X16rşı “JN-161A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də düzəliş edilərək “X3” adının şəhadətnamədən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X16rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN-161A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin “X3”na aid hissəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən iddiaçının mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinə xx.xx.2004-cü il tarixdə JN-161A nömrəli şəhadətnamə tərtib edilmiş və 124 nömrə ilə kitabda qeyd edilmişdir. Şəhadətnamədə iddiaçının adından başqa tanımadığı X2 adı qeyd edildiyindən iddiaçı cavabdeh orqana müraciət edərək Z.Məmmədovanın adının şəhadətnamədən çıxarılmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Beləki, cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********00 nömrəli imtina məktubunda qeyd edilir ki, şəhadətnamədə hər hansı bir düzəlişin edilməsi cavabdeh orqanın səlahiyyətləri daxilində deyildir. İddiaçı xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbində dəqiqləşdirmə aparmış və JN-161A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də düzəliş edilərək “X3” adının şəhadətnamədən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan JN-161A KOD 90111028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Yevlax rayon X8 xx.xx.1998-ci il tarixli 38 nömrəli qərarına əsasən 0.12 ha həyətyanı torpaq sahəsi X18 və X2 mülkiyyətinə verilmiş və kitabda 124-cü nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********48 nömrəli məktubuna əlavə edilən həyətyanı torpaq sahələrinə aid “Cədvəl”in təsdiq edilmiş surətindən müəyyən edilir ki, X18 və X2 mülkiyyətinə 0.12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Yevlax Şəhər İH başçısının Xaldan kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 02 nömrəli məktubundan müəyyən edilir ki, X1 rayon, Quşçu kəndində yaşamır. Məktubda qeyd edilir ki, 1990-2000-ci il tarixli təsərrüfatbaşına kitabları Yevlax Rayon Dövlət Arxivinə təhvil verilmişdir. İş materiallarında olan Dövlər Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 03/11 nömrəli məktubunda qeyd edilir ki, 1990-2000-ci illərə dair Quşçu kəndi üzrə təsərrüfatbaşı kitablarında X2 təsərrüfatı haqqında heç bir məlumat tapılmamışdır. Quşçu kəndi üzrə 1996-2000-ci ilin 3 nömrəli təsərrüfatbaşına kitabının 166 saylı qeydinə əsasən X18 təsərrüfatda tək yaşamışdır. Sənəddə nümayəndəliyin xx.xx.1999-cu il tarixli 4 nömrəli sərəncamına əsasən həmin təsərrüfat iddiaçının atası X12 təsərrüfatı ilə birləşdirilmişdir. Ə.Məmmədovun təsərrüfatının xüsusi mülkiyyətində olan həyətyanı torpağının sahəsi 0.07 ha, pay torpağının sahəsi 0.52 ha olaraq qeyd edilmişdir. İş materiallarında olan Dövlət Arxivinin Yevlax filialının iddiaçı Ə.Məmmədova ünvanladığı xx.xx.2019-cu il tarixli 304 nömrəli arxiv arayışında qeyd edilir ki, Quşçu kəndi üzrə 1996-2000-ci illərə dair 01 saylı təsərrüfatbaşına kitabının 85-ci səhifəsinin 77-ci qeydinə əsasən X19 ailə başçısı olmaqla olnun ailə üzvləri X6, X10, X14r, həyətyanı torpaq sahəsi 0.07 ha, pay torpağı 0.50 ha-dır. İş materiallarında olan 775478 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Yevlax rayonu, Quşçu kəndində anadan olmuş, atası X24, anası X5r. İş materiallarında olan 587002 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X15 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 632 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 122030 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X6 xx.xx.2002-ci il tarixdə vəfat etmiş, akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 11 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Yevlax Şəhər İH başçısının Xaldan kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 119 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı Yevlax rayonu, Quşçu kəndində yaşayır, hal-hazırda təsərrüfatbaşına kitabında tək özü qeydiyyatda durur. İş materiallarında olan 516898 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, X11 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, akt qeydi kitabında xx.xx.2012-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Yevlax Rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/Q-1000.11. nömrəli məktubunda qeyd edilir ki, İddiaçı nikahı və övladları barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1164/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, ərizəçi İddiaçı JN-161A nömrəli şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Yevlax Rayon məhkəməsinin 2(039)-1164/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. İş materiallarında olan JN-1xx xxx 90111028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Yevlax rayon AİK-nın xx.xx.1997-ci il tarixli 18 saylı qərarı ilə 1.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X19 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-158A kod 90111028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Yevlax rayonu AİK-nın xx.xx.1998-ci il tarixli 38 saylı qərarı ilə 0.07 ha həyətyanı torpaq sahəsi X19 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və kitabda 122-ci nömrə ilə qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh orqan məhkəməyə xx.xx.2020-ci il tarixli **********31 nömrəli məktub ünvanlayaraq iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi rayonda aqrar islahat aparılan zaman hazırkı iş üzrə üçüncü şəxs həmin təsərrüfatda qeydiyyatda olmamış və həmin təsərrüfatla heç bir hüquqi bağlılığı mövcud olmamışdır. 1990-2000-ci illərə dair Quşçu kəndi üzrə təsərrüfatbaşı kitablarında X2 təsərrüfatı haqqında heç bir məlumat tapılmamışdır. Quşçu kəndi üzrə 1996-2000-ci ilin 3 nömrəli təsərrüfatbaşına kitabının 166 saylı qeydinə əsasən X18 təsərrüfatda tək yaşamışdır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə JN-161A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də düzəliş edilərək “X3” adının şəhadətnamədən çıxarılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X23 üzərinə JN-161A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də düzəliş edilərək “X3” adının şəhadətnamədən çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-38/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-38/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver