Məhkəmə qərarları › İş №2-1(116)-380/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-380/2020

15.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-380/2020 15.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Qəbələ Rayon Zarağan Bələdiyyəsinə (üçüncü şəxs X2) qarşı "Daşça Bələdiyyəsindən alqı-satqı yolu ilə aldığı 0,20 ha torpaq sahəsinin geri alınması öhdəliyinin cavabdehə həvalə edilməsi" tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Qəbələ Rayon Zarağan Bələdiyyəsinə (üçüncü şəxs X2) qarşı "Daşça Bələdiyyəsindən alqı-satqı yolu ilə aldığı 0,20 ha torpaq sahəsinin geri alınması öhdəliyinin cavabdehə həvalə edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, Qəbələ Rayon Daşca Bələdiyyəsinin 23.08.2006-cı il tarixli 08 nömrəli qərarına əsasən, bağ salmaq məqsədilə 0,20 ha torpaq sahəsi ona satılmışdır. Lakin bugünədək o, həmin torpaq sahəsindən istifadə edə bilmir. Çünki bələdiyyə həmin torpaq sahəsini qanunsuz olaraq üçüncü şəxs X1 istifadəsinə vermişdir. Bələdiyyənin rəsmi şəxsləri ona bildimişlər ki, güya həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmamışdır. İddiaçı öz tələbini "Daşça Bələdiyyəsindən alqı-satqı yolu ilə aldığı 0,20 ha torpaq sahəsinin geri alınması öhdəliyinin cavabdehə həvalə edilməsi" kimi ifadə etmişdir. Belə olan halda, Bələdiyyənin torpaq sahəsini kimdən (iddiaçıdan, yaxud üçüncü şəxsdən) geri almalı olduğu aydın olmur. Ona görə məhkəmənin 10.02.2020-ci il tarixli məktubu ilə həmin çatışmazlığın aradan qaldırılması iddiaçıya təklif edilmişdir. İddiaçı 15.02.2020-ci il tarixli ərizə ilə həmin məktuba cavab versə də, ərizədə qardaşı X1 və qeyrilərinin ona qarşı hərəkətlərindən narazılığını ifadə etməklə kifayətlənmiş və cavabdeh Qəbələ Rayon Zarağan Bələdiyyəsinə qarşı iddia tələbinin nədən ibarət olmasını aydın şəkildə ifadə etməmişdir. Eyni zamanda, məhkəmənin 10.02.2020-ci il tarixli məktubu ilə iddiaçıya təklif edilməsinə baxmayaraq, o, Qəbələ Rayon Zarağan Bələdiyyəsinə qarşı olan tələbi ilə bağlı əvvəlcədən həmin bələdiyyəyə müraciət etməsini təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarının 2.3-cü bəndinə görə, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Qəbələ Rayon Zarağan Bələdiyyəsinə (üçüncü şəxs X2) qarşı "Daşça Bələdiyyəsindən alqı-satqı yolu ilə aldığı 0,20 ha torpaq sahəsinin geri alınması öhdəliyinin cavabdehə həvalə edilməsi"tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2iyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar