Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3803/2024 24.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Günel Soltan qızının sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ikinci dərəcəli əlilliyin təyinat tarixinin dəyişdirilərək, xx.xx.2021-ci il tarixdən göstərilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ. İşin halları. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ərizə ilə müraciət edərək “ikinci dərəcəli əlilliyinin müayinə olunan şəxs üzrə məlumatında təyinat tarixi dəyişdirilərək, xx.xx.2021-ci il tarixdən göstərilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçıya 23 yanvar 2015-ci ildə gözlərinin zəif görməsi və göz xəstəlikləri ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlilliklə əlaqədar əmək pensiyasını 01 fevral 2021-ci ilə qədər almışdır. Lakin 01 fevral 2021-ci il tarixdən cavabdeh orqan tərəfindən heç bir rəsmi məlumat verilmədən əlilliyə görə əmək pensiyası kəsilmişdir. Tibbi müayinələrdən keçdikdən sonra 23 yanvar 2023-cü il tarixdən 31 yanvar 2025-ci il tarixə kimi ona iki il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. Hesab edir ki, əlilliyinin qiymətləndirmə tarixi düzgün müəyyən edilməmişdir. Belə ki, cavabdeh orqan tərəfindən əlilliyinin qiymətləndirmə və təyinatı tarixi 23 yanvar 2023-cü il tarixdən deyil, 01 fevral 2021-ci il tarixdən göstərilməlidir. İİ. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının: 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası):
İİİ. Məhkəmənin mövqeyi.
Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı əlilliyin başa çatdığı vaxta yenidən əlilliyin təyin edilməsindən ibarətdir. Ancaq iddiaçının həmin dövrdə yenidən “Əlillik” alt sisteminə göndəriş (forma-88) daxil olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 3-cü dərəcəli əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il göstərilmişdir. Yəni, iddiaçının ona əlilliyin təyin edilməsini tələb etdiyi tarix – xx.xx.2016cı il tarixdə təyin edilmiş əlilliyin başa çatma tarixidir. Bununla belə nəzərə alınmalıdır ki, əlilliyin təyin edilməsi üçün ilk növbədə səhiyyə müəssisəsi tərəfindən tibbi göndəriş tərtib olunmalı, daha sonra isə müvafiq qaydada qiymətləndirilməsi üçün cavabdeh orqana göndərilməlidir. Göründüyü kimi iddiaçı, faktiki olaraq xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitmə tarixinə istinad edərək ona əlilliyin təyin edilməsini cavabdeh orqandan tələb etsə də, həmin tarixdə onun barəsində səhiyyə müəssisəsi tərəfindən tibbi göndərişin cavabdeh orqana göndərilməsi müəyyən edilmir. 2016-2021-ci illər üzrə təyin edilmiş əlillik zamanı növbəti müayinə tarixinin xx.xx.2021-ci il qeyd edilməsinə münasibətdə isə məhkəmə izah edir ki, növbəti müayinə tarixi barədə qeyd şəxsin əlil hesab edildiyi müddət intervalını ehtiva etməklə həmin müddət ərzində şəxsin əlillik statusunda olmasını və göstərilən tarixdən tez müayinəyə cəlb olunmasının mümkünsüzlüyünü bildirir. Yəni, əlillik müddətinin başa çatması cavabdeh orqanın avtomatik qaydada əvvəllər təyin edilmiş əlillik üzrə yenidən qiymətləndirmə aparmaq öhdəliyini yaratmır. Yuxarıda qeyd edildiyi kimi bunun üçün səhiyyə müəssisəsi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında Tibbi-sosial ekspertiza müayinəsinə göndərişin daxil edilməsi zəruridir. İş materiallarından görünür ki, iddiaçının əlillik müddəti başa çatdıqdan sonrakı (xx.xx.2021) dövrdə onun barəsində ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş daxil olmamışdır. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Ağasəməd Nuru oğluna ünvanladığı xx.xx.2021, xx.xx.2021, 21.07.22 və xx.xx.2022-ci il tarixli cavab məktublarında onun növbəti müayinə tarixinin xx.xx.2021-ci il olduğu, sonrakı dövrdə ona dair ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş (forma-088) daxil olmadığı, dövlət tibb müəssisəsi tərəfindən müayinə olunacağı və yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq adsızlaşdırılmış sənədlər üzərindən iştirakı olmadan qiymətləndiriləcəyi qeyd edilmişdir. İddiaçı, faktiki olaraq onun növbəti müayinə tarixinin xx.xx.2021-ci il olduğundan məlumatlı olmuş lakin müayinə olunmaq üçün səhiyyə müəssisəsinə müraciət etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası) 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. “Qaydalar”ın tələbindən göründüyü kimi şəxsin (onun qanuni nümayəndəsinin) və ya müalicə həkiminin müraciəti olmadan səhiyyə müəssisəsi tərəfindən göndərişin verilməsi mümkün deyil. İddiaçı növbəti müayinənin tarixindən məlumatlı idi. Belə ki, iddiaçı əmək pensiyasının dayandırıldığı vaxtdan əlaqədar orqanlara müraciət etmiş və həmin orqanlar iddiaçıya ünvanladıqları cavab məktublarında növbəti müayinə tarixinin xx.xx.2021-ci il olduğu və dövlət tibb müəssisəsi tərəfindən müayinə olunacağı və yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətinin qiymətləndirilməsini bildirmişlər. İddiaçı növbəti müayinə tarixinin xx.xx.2021-ci il olmasından və dövlət tibb müəssisəsi tərəfindən müayinə olunacağı və yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətinin qiymətləndirilməsindən məlumatlı idi. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, iddiaçının iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdehnə qarşı “ikinci dərəcəli əlilliyin təyinat tarixinin dəyişdirilərək, xx.xx.2021-ci il tarixdən göstərilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim X4.