Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-381/2025 14.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 23 saylı qərarı ilə iddiaçıya satılan ünvan 1 ünvanda yerləşən 500 kv.metr torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 23 saylı qərarı ilə iddiaçıya satılan ünvan 1 ünvanda yerləşən 500 kv.metr torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1850/2024 nömrəli qərardadı ilə Şəki Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Şəki Bələdiyyəsinə müraciət edərək, Şəki şəhəri, D.Bünyadzadə küçəsi ev 6-də yerləşən İmran İsmayılzadəyə məxsus 977.8 kv. metr torpaq sahəsindən 500 kv.metrini onun adına rəsmiləşdirilməsini və fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Həmin ünvanda yaşayan X10 notarial qaydada təsdiq edilmiş ərizə vermişdir.X14 şəhər İcra Hakimiyyəti Başçısı Aparatmn Memarlıq və Tikinti Şöbəsinin müdiri-baş memar Y.Abdurahmanova xx.xx.2006-cı il tarixdə müraciət ünvanlayaraq münasibət bildirməsini xahiş etmişdir. Şəki şəhər İcra Hakimiyyəti Başçısı Aparatnın Memarlıq və Tikinti Şöbəsinin müdirinin DTXK-nın Şəki Rayon Şöbəsinə ünvanlanan xx.xx.2006-cı il tarixli məktubunda sözügedən 500 kv.m torpaq səhəsinə baxış keçirildiyi, əlaqədar idarə və təşkilatların razılığı və layihə-smeta sənədləri şəhərin baş memarı ilə razılaşdırıldıqdan sonra sxemdə göstərilən ərazidə onun adına fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılmasına etiraz etmədikləri qeyd olunmuşdur. Aidiyyəti qurumların razılığı alındıqdan və müvafiq sxem tərtib olunaraq baş memar tərəfindən təsdiq olunandan sonra Şəki Bələdiyyəsi 2S.04.2006-cı il tarixli, 23 saylı qərarında Şəki şəhəri, D.Bünyadzadə küçəsi ev 6-da yaşavən X3 notarial qaydada təsdiq edilmiş ərizəsi nəzərə alınaraq D.Bünyadzadə küçəsi 6 saydı ünvanda yerləşən İmran İsmayılzadəyə məxsus 477 kv.m torpaq sahəsindən 300 kv.m onun adına rəsmiləşdirilməli və fərdi yaşayış evinin tikintisinə icazə verilməsini qeyd etmişdir. Şəki şəhər İcra Hakimiyyəti Başçısının 16,02.2012 ci ıl tarixli 1/36 saylı sərəncamına əsasən ona Şəki şəhəri D.Bünyadzadə küçəsində mülkiyyətinə satılmış 300 kv.m torpaq sahasinda fərdi yaşayış evinin layihələndirilməsinə icazə verilmişdir. Evin tikintisi başa çatdıqdan sonra Şəki şahar İcra Hakimiyyati Başçısına müraciət edərək evin sənədləşdirilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Şəki İcra Hakimivyati Başçısı Aparatının Memarlıq və Tikinti Şöbasinin müdiri tərəfindən xx.xx.2013-ci il tarixli cavab məktubu ünvanlanaraq ona məxsus 500 kv metr torpaq sahasinda fərdi yaşavış evinin tikintisini başa çatdırdığını, evin istismara yararlı olduğunu, həmin tərdi yaşayış evinin qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişdir. Müvafiq sənədləri DDRX-yə təqdim edərək mülkiyyət hüququmu qeyda aldırmışdır. Lakin hüquqları qeydə alınarkən yalnız 395.4 kv.m sahədən ibarət olan tikiliyə münasibətdə xiisusi, torpaq sahəsinə münasibətdə isə bələdiyyə mülkiyyəti olmaqla hüquq növü istifadə qeyd olunmuşdur. Zəruri sənədlərlə yenidən cavabdeh quruma müraciət edərək torpaq sahəsinə olan hüquqlarımnın qeyd olunmasını xahiş etmiş,lakin müraciətinə xx.xx.2023-ciı il tarixli məktubla imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə etirazını belə əsaslandırmışdır: “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudiaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri - bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qanunla müəyyən edilmiş qaydada qəbul olunmuş aktlar olsa da, X4 məxsus olmasına dair hər hansı hüquqmüəyyənedici sənəd olmayan 977,8 kv.metr torpaq sahəsindən 500 kv.metr hissəsinin X5 adına rəsmiləşdirilməsinin qərara alındığı Şəki bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli 05 saylı iclas protokolundan 23 nömrəli çıxarış qərarı Şəki şəhəri, Ç.Mustafayev küçəsində yerləşən 288 nömrəli X6 məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.0649 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində X5 istifadə hüququnun mülkiyyət hüququna keçməsinin dövlət qeydiyyatı üçün əsas ola bilməz. ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsinə əsasən keçmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 977,8 kv.metr torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ dövlət qeydiyyatından keçirildikdən sonra bələdiyyə qərarı ilə deyil, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında tam və ya qismən özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarış verilə bilər. Odur ki, daşınmaz əmlak barəsində barəsində notariat qaydasında təsdiq edilmiş alqı- satqı müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi qəbul edilsə belə, həmin müqavilə iddiaçının iddia etdiyi ünvan 5 ünvanında yerləşən 649 kv.metr torpaq sahəsinin deyil, həmin torpaq sahəsində yerləşən fərdi yaşayiş evi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab oluna bilər. O da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’mın 2.4- cü yarımbəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının texniki inventarlaşdırma orqanları tərəfindən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə 2001ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həmin daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq etdiyindən üzərində X3 mülkiyyət hüquqları qeydiyyata alınmış Şəki şəhəri, D.Bünyadzadə küçəsi 6 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə münasibətdə 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport olduğu təqdirdə həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı çıxarış verilə bilər. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi ) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmədə iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, Şəki Bələdiyyəsinin xx.xx.2006cı il tarixli 23 saylı iclasının protokolundan çıxarış, **********19 reyestr nömrəli Texniki Pasport, ********** qeydiyyat nömrəli Çıxarış, AR Şəki şəhər İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2006-ci il tarixli rəyi, Az-İ № 422657-li nikahın pozulması haqqında şəhadətnamə, AR X15 Filialının xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş X6 torpaq sahəsi verilməsi baradə qərarın və əlavələrin surəti, cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi, cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi, yerquruluşu planı və arxiv sənədləri. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 23 saylı qərarı əsasında 500 kv.metr torpaq sahəsi iddiaçıya ayrılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir.Həmin torpaq sahəsi ilə bağlı Şəki şəhəri, D.Bünyadzadə küçəsi ev 6-da yaşayan X3 notarial qaydada təsdiq edilmiş ərizəsinin alınmasına səbəb ayrılan torpaq sahəsinin sonuncunun faktiki olaraq istifadəsində (zəbtində) olması əsas yaratmışdır.Oxşar hallar torpaq sahəsinin ayrıldığı dövrün inzibati praktikasında rast gəlinən hallardandır.Bələdiyyə öz mülkiyyətində olan torpaq sahəsini digər şəxsə satarkən gələcək mülki mübahisənin qarşısını almağa yönələn hərəkət kimi mövcud praktikadan istifadə etmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, iclas protokolunun qərarı, torpaq sahəsinin planı və ölçüsü da təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili – torpaq sahəsi üzərində X5 istifadə hüququnun mülkiyyət hüququna keçməsinin dövlət qeydiyyatı üçün əsas olmaması ilə bağlıdır. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, işdə olan mütəxəssis rəyində qeyd edilmişdir ki, X6 Şəki Bələdiyyəsinin qərarı ilə ayrılmış 500 kv. metr torpaq sahəsi naturada 648 kv.metrdir. elektron kadastr məlumat bazası (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, elektron kadastr məlumat bazası (TEKUİS) əsasan mülkiyyət növü Bələdiyyə, faktiki istifadəçisi X7r.Faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya ayrılmış 500 kv. metr torpaq sahəsinin sxemində göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçıya ayrılmış torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi **********19-10301 reyestr nömrəsi ilə mülkiyyət növü bələdiyyə, sahəsi 0.0649 ha olan fərdi yaşayış evi X5 adına sənədləşdirilmiş sənədlə üst-üstə düşür. X9 4ə-721 nömrəli 18 05.2023-cü ıl tarixində X1 daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında mülkiyyət növü bələdiyyə olan 0.0649 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evini Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.X2 gedən torpaq sahəsi və fərdi yaşayış evinə texniki pasport əldə etməmişdir. Sözü gedən torpaq sahəsinin üzərində yerləşən Fərdi yaşayış evi **********19- 10301 reyestr nömrəsi ilə (bələdiyyə mülkiyyəti kimi) hüquqlarının dövlət qeydiyyatı aparılmışdır. Məhkəmə qeyd edir ki,iddiaçının bələdiyyədən aldığı torpaq sahəsinin dəqiq ölçü və sxemi mövcud olduğundan bağışlama predmeti olmuş fərdi yaşayış evinin yerləşdiyi 149 kv.m torpaq sahəsi ilə fərqləndirilməlidir.Qərarın icrası zamanı bələdiyyə aktının predmeti olmuş torpaq sahəsi üzrə mülkiyyət hüququ qeydə alınmalıdır. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğundan həmin inzibati aktdan irəli gələn hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına mane olan hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinə və ya bir neçəsinə istinad olunmaqla əsaslandırılmalıdır. Yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 23 saylı qərarı ilə iddiaçıya ayrılan 500 kv.metr torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.