Məhkəmə qərarları › İş №2-1(116)-3817/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3817/2024

29.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3817/2024 29.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Günel Soltan qızının sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İ. İşin halları: İddiaçı MMC 7 fevral 2012-ci il tarixdə hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmış və vergi ödəyicisi kimi uçota alınmışdır. Əsas fəaliyyət növü binaların genişləndirilməsi, yenidən qurulması və bərpası üzrə işlərdən ibarətdir. Təsis sənədlərində İddiaçı MMC-nin hüquqi ünvanı kimi ünvan 1gilər İdarəsi iddiaçının vergi ödəyicisi kimi uçotda olduğu vergi orqanı olaraq, ona münasibətdə kameral vergi yoxlamasının nəticəsi üzrə “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 sentyabr 2024-cü il tarixli 3-21-2-15/2-35600/2024 nömrəli qərar qəbul edilmişdir. İddiaçı MMC Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 25 sentyabr 2024-cü il tarixli həmin qərarından Dövlət Vergi Xidmətinə inzibati şikayət vermişdir. Dövlət Vergi Xidmətinin 17 oktyabr 2024-cü il tarixli **********978000 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmiş və 9 saylı Ərazi Vergilər İdarəsinin 25 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinə qarşı «17 oktyabr 2024-cü il tarixli **********978000 nömrəli qərarın ləğv edilməsi və 25 sentyabr 2024-cü il tarixli 3-21-2-15/2-35600/2024 nömrəli qərarından verilmiş şikayətin təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə icraatının gedişində İddiaçı MMC məhkəməyə əlavə ərizələr təqdim edərək, cavabdeh qismində Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi olmaqla iddianın dəyişdirilərək «25 sentyabr 2024-cü il tarixli 3-21-2-15/2-35600/2024 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin və iddianın dəyişdirilməsini qəbul etmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh inzibati orqanın təmsilçisi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 mübahisənin ərazi aidiyyəti məsələsinə münasibət bildirərək, işə Şəki İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd etdi. İİ. Tətbiq edilən hüquq. «İnzibati icraat haqqında» Qanun: Maddə 2.0.1. İnzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.5. Bu Məcəllənin 8.2 – 8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 51. Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. «Məhkəmələr və hakimlər haqqında» Qanun: Maddə 43. İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarı: Bənd 18.11. Kürdəmir rayonu-Şirvan İnzibati Məhkəməsi Bənd 18.12. Laçın rayonu-Şirvan İnzibati Məhkəməsi Bənd 19.4. Göyçay rayonu-Şəki İnzibati Məhkəməsi İİİ. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin 20 dekabr 2023-cü il tarixli 1-1-29/2-62/2023 saylı məktubunda bildirilir ki, fiziki şəxs X2 məxsus İddiaçı MMC (VÖEN **********) işğaldan azad edilmiş ərazinin rezidenti kimi Laçın rayonu, Qarıkaha kəndində (konteynerlərdən ibarət 1.500 kv.m ərazi) qeydiyyatdadır və bilavasitə qeydiyyatda olduğu ünvanda fəaliyyət göstərir. Göründüyü kimi, iddiaçının yerləşdiyi yer Laçın rayonu ərazisinə düşür, cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. X7 rayonunda yerləşsə də, səlahiyyəti əhatə edən əraziyə Göyçay və Kürdəmir rayonları da daxildir. Belə olan halda, məhkəmənin qənaətinə görə mübahisənin ərazi aidiyyəti İPM-in 8.1.2-ci maddəsinin tələbləri ilə tənzimlənməklə, İddiaçı MMC-nin olduğu yer, yəni Laçın rayonunun ərazi yurisdiksiyası üzrə aid olduğu Şirvan İnzibati Məhkəməsi işə baxmaqda səlahiyyətlidir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi məqsədəuyğundur. Qeyd olunanlara əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi»nə dair iddia tələbi ilə bağlı iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X5 Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar