Məhkəmə qərarları › İş №2-1(116)-382/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-382/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-382/2022 06.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 16 saylı ünvan 1 ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X3 adına aparılmış torpaq sahəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş A seriyalı 285741 nömrəli 05.05.2017-ci il tarixli **********05-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X3 adına aparılmış torpaq sahəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş A seriyalı 285741 nömrəli 05.05.2017-ci il tarixli **********05-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçının atasının nənəsi X4 29.07.1991-ci ildə Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən evi və həyətyanı torpaq sahəsini iddiaçıya vəsiyyət etmişdir. Vəsiyyətnamə əsasında 30.11.2006-cı ildə iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və iddiaçının bildirdiyinə görə həmin şəhadətnamə əsasında cavabdeh Ucar ərazi idarəsi tərəfindən çıxarış tərtib edilmişdir. X10 tərəfindən iddiaçıya vəsiyyət edilmiş ev 1 mərtəbəli və 1 otaqlıdır, həyətyanı torpaq sahəsinin ölçüsü 855 kv.m-dir. Lakin həmin torpaq sahəsinin 235 kv.m hissəsinə qonşuluqda yaşayan X3 adına çıxarış verilmişdir. Hər iki torpaq sahəsinin ölçüsü birlikdə 1455 kv.m-dir. Rəfael Yəhyazadə 235 kv.m torpaq sahəsinə öz adına çıxarış alarkən sənəd kimi X1 mülkünün və torpaq sahəsinin pasportunu sənəd kimi cavabdeh orqana təqdim etmişdir. Elə bütün qanunsuzluqlar da bundan sonra baş vermişdir. Əslində 17.10.2014-cü ildən atasının adına olan 600 kv.m torpaq sahəsi X3 adına keçmişdir. 235 kv.m torpaq sahəsi daxil olmaqla 0,0832 ha torpaq sahəsinə çıxarış isə 14.05.1999-cuil tarixində verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, Rəfael Yəhyazadənin adına tərtib edilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 13.09.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh 08.12.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, X3 832,48 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı Göyçay rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli, 50 saylı qərarı və həmin qərar əsasında verilmiş A seriyalı 285741 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında aprılmışdır. Göyçay Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(046)-50/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı ünvan 3 ünvanda yerləşən 855 kv.m torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X3 adına verilmiş hissəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair **********05-10301 saylı çıxarışın etibarsız hesab edilməsi tələbi təmin edilməmişdir. Göyçay rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(046)-50/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(107)-679/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(107)-679/2021 saylı qətnaməsinin əsaslandırıcı hissəsində İddiaçı istinad etdiyi texniki pasporta münasibət bildirilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(107)-679/2021 saylı qətnaməsinin preyudisial əhəmiyyətli olmasını nəzərə alaraq, cavabdeh hesab edir ki, X3 hüquqlarının qeydiyyatı qanunamüvafiq olaraq aparılmışdır. Cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxs X6 17.11.2021-ci il tarixli iddia tələbinə münasibət məktubunda qeyd etmişdir ki, iddiaçı həmin mülkiyyət üzrə tam mülkiyyətçi olmadığından belə bir iddia tələbi etmək huququna malik deyildir. Belə ki, həmin mülkiyyət paylı mülkiyyətdir. Bu mülkiyyət natura şəklində tam bölünməmiş və həmin mülkiyyət üzrə 1/2 hissədə mülkiyyətçi vərəsə qoyandır. Vərəsə qoyanın hal-hazırda 6 nəfər vərəsəsi vardır. Bu mülkiyyətlə bağlı uzun illərdir ki, məhkəmə çəkişmələri olmuşdur. Bu səbəbdən Rəfael Yəhyazadə və o biri vərəsələr vərəsəlik payının müəyyən edilməsi ilə bağlı məhkəməyə bu yaxın günlərdə müraciət etmişlər. Rəfael Yəhyazadə həmin mübahisələndirilən ümumi torpaq və bir otaqlı fərdi yaşayış evində vərəsə qoyanın əmlakını idarə etmiş və qorumuşdur. Bir sözlə həmin vərəsəliyi Rəfael Yəhyazadə faktiki yaşamaqla qəbul etmişdir. Rəfael Yəhyazadənin bacısı və qardaşları da bu mülkiyyətlə sıx əlaqədə olaraq, həmin mirasın qorunub saxlanmasında vəsait xərcləmişlər. Miras qoyanı Rəfael Yəhyazadənin, onun bacısının və qardaşlarının vəsaiti hesabına dəfn etmişlər. Bütün yas mərasiminin xərclərini onlar çəkmişlər. Vəsiyyətnamə ilə bu gün həmin mirasa yiyənlənməmiş X12 oglu, miras qoyanın yas mərasimində bir manat belə xərc çəkməmişdir. Miras qoyan Rəfael Yəhyazadə, onun bacısı və qardaşlarının nənəsidir. Anaları isə nənələrinin yeganə vərəsəsi olmuşdur. Üçüncü şəxs Rəfael Yəhyazadə etiraz məktubunda iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbində formal xətalara yol verilmişdir. Belə ki, A seriyalı 285741 nömrəli sənəd Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 adına tərtib edilmiş və X11 kitabında 20.12.2010-cu il tarixdə uçota alınmış plan-ölçü sənədidir. İddiada qeyd edilən 05.05.2017-ci il tarixli **********05-10301 reyestr nömrəli çıxarış isə RX seriyalı ******* nömrəlidir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Göyçay Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(046)-50/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı ünvan 3 ünvanda yerləşən 855 kv.m torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X3 adına verilmiş hissəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair **********05-10301 saylı çıxarışın etibarsız hesab edilməsi tələbi təmin edilməmişdir. Göyçay rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(046)-50/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(107)-679/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göyçay rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(046)- 50/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iş üzrə iddiaçının hazırkı iddia tələbinə Göyçay Rayon Məhkəməsində baxılmış, iddia tələbi birinci instansiya məhkəməsinin müvafiq qətnaməsi ilə təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti də müvafiq qətnamə ilə təmin olunmamış, qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 16 saylı ünvan 1 ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X3 adına aparılmış torpaq sahəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş A seriyalı 285741 nömrəli 05.05.2017-ci il tarixli **********05-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar