Məhkəmə qərarları › İş №2-1(116)-382/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-382/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-382/2023 01.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, üçüncü şəxs X3, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Ağdaş Rayon X8rşı "Ağdaş Rayon X12 xx.xx.2001-ci il tarixli 18 nömrəli qərarının və xx.xx.2005-ci il tarixli JN1331 saylı Kod 90315018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının etibarsız hesab olunması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş Rayon X12 xx.xx.2001-ci il tarixli 18 nömrəli qərarı və xx.xx.2005-ci il tarixli JN1331 saylı Kod 90315018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək “Ağdaş Rayon X12 xx.xx.2001-ci il tarixli 18 nömrəli qərarı etibarsız hesab olunması” barədə qərar qəbul edilməsi olaraq iddia tələbinin dəyişdirilməsini xahiş etmişdir.Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)- 2150/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi təmin edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-2150/2022 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-2150/2022 nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə İddiaçı vəsatətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-2150/2022 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki,İddiaçı xx.xx.1995-ci tarixdə Ağdaş rayon X10 Rəyasət Heyətinin 10/15 nömrəli qərarı ilə sahibkarlıq məqsədi ilə 0,002 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət sənədini almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə müraciət etmişdir. İddiaçının naturada göstərdiyi torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən baxış keçirilərək döngə nöqtələrinin koordinatları yerində təyin edilmişdir. İdarənin arxiv materiallarına və elektron kadastr məlumat bazasına əsasən sözügedən ərazinin X4 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olması bildirilmişdir. Bu səbəbdən də İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasından imtina edilmişdir. İddia ərizəsində göstərilir ki,iddiaçının nümayəndəsi B.Cəfərovun Ağdaş rayon Orta Ləki kənd Bələdiyyəsinə rəsmi müraciətindən sonra, Ağdaş rayon Orta Ləki kənd Bələdiyyəsinin 10 may 2022-ci il tarixli, 101 nömrəli məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Ağdaş rayon X10 Rəyasət Heyətinin 10/15 nömrəli qərarı ilə sahibkarlıq məqsədi ilə ayrılmış 0.002 ha torpaq sahəsinin yerləşdiyi mübahisəli torpaq sahəsi Ağdaş rayon X12 xx.xx.2001-ci il tarixli 18 nömrəli Qərarına əsasən X3 adına sənədləşdirilmişdir. Bundan sonra 05 oktyabr 2005-i il tarixdə həmin sahəyə dair dövlət aktı verilmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Ağdaş rayon Orta Ləki kənd sakini İddiaçı Ağdaş rayon X15 xx.xx.1995-ci il tarixli 4 saylı iclasının qərarı ilə 4*5=20 kv.m mağaza tikilməsi məqsədilə Bakı-Qazax magistral yolu ilə Ləki-Pirəzə yolunun kəsişməsində qrunt suları axan kollektorun kənarında torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində kiçik ticarətlə məşğul olmaq üçün səyyar köşk qoyulmuş və həmin köşkdə İddiaçı və qohumları bir neçə il ticarətlə məşğul olmuşlar. Respublikada kolxozların islahatından sonra bələdiyyələr yarandıqdan iki il sonra İddiaçı istifadəsində olan 20 kv m torpaq sahəsinin qonşuluğunda olan boş sahədən 0.055 ha torpaq sahəsi sahibkarlıq məqsədilə mövcud qanunvericiliyə uyğun olaraq Ağdaş rayonu X12 xx.xx.2001-ci il tarixli 18 saylı iclas qərarı ilə Ağdaş rayon Yuxarı Ləki kənd sakini X5 alqı-satqı yolu ilə verilmişdir. İddiaçı ona istifadə üçün ayrılmış torpaq sahəsində qoyduğu səyyar ticarət köşkündən bir neçə il istifadə etdikdən sonra koşk fəaliyyətini dayandıraraq ailəsi ilə birgə Rusiyaya getmişdir. 2012-2015-ci illərdə Bakı-Qazax yolu yenidən bərpa olunaraq İ dərəcəli yol tikilən zaman yolun altından keçən qrunt suları axan kollektorun keçidinin yeri mövcud layihə əsasında dəyişdirildi. Kollektorun keçidi dəyişdirilən zaman yem çəkilən kollektorun keçidi İddiaçı istifadə uçün ayrılmış 20 kv m torpaq sahəsindən keçmişdir. Cavabdeh etiraz ərizəsində iddiaçıya ayrılmış 20 kv m torpaq sahəsinin Bələdiyyə tərəfindən X2 550 kv.m torpaq sahəsi ilə üst-üstə düşmədiyini bildirmişdir. Üçüncü şəxs X9 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək Bələdiyyə tərəfindən ona satılan torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmədiyini bildirmişdir. Üçüncü şəxs İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Ağdaş Rayon X15 xx.xx.1995-ci tarixli 4 nömrəli Ümumi iclas Protokolundan Çıxarışdan görünür ki, Ağdaş-Pirəzə yolunun Yuxarı Ləki qəbiristanlığının yanında sahibkarlıq məqsədi ilə 0,002 ha torpaq sahəsi ayrılmışdır.

2. Ağdaş Rayon X12 30 dekabr 2001-ci il tarixli 18 saylı qərarının surətindən görünür ki, Bakı-Tblisi yolunun Ləki qəbiristanlığının əks tərəfində olan istifadəsiz ərazidən 0.055 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə alğı-satqı yolu ilə X5 verilmişdir.

3. Ağdaş RİH Memarlıq və tikinti şöbəsinin xx.xx.2001-ci il tarixli 118 nömrəli məktubundan görünür ki, Şöbə 550 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə satılmasına etiraz etməmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********99 nömrəli məktubuna əlavə edilmiş JN-1331F KOD 90315018 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Ağdaş Rayon X12 30 dekabr 2001-ci il tarixli 18 saylı qərarı əsasında 0.055 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə X3 adına verilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********99 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X9 0.055 ha torpaq sahəsini X7 bağışlamışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********99 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Ağdaş rayon Orta Ləki kəndi ərazisində 0.055 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********61 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Ağdaş Rayon XDS İK-nin xx.xx.1995-ci il tarixli 10/15 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0.002 ha torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından iddia olunan torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək olmamışdır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 0.002 ha torpaq sahəsi **********49 reyestr nömrəli çıxarışla X4 xüsusi mülkiyyətinə verilmiş 0.0055 ha torpaq sahəsinin daxilində yerləşir.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. İddiaçının iddiası inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddia müəyyən etmə və ya tanınma haqqında iddia (İPM-in 2.2.5-ci və 36-cı maddələri) qismində mümkün iddiadır.İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (İPM-nin 36.1-ci maddəsi) Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı Ağdaş Rayon X12 30 dekabr 2001-ci il tarixli 18 saylı qərarı əsasında 0.055 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə X1 ilə bağlı qərarının etibarsız hesab olunmasına nail olmaqdır. Lakin, iddia mahiyyət etibarı ilə əsassızdır.Məhkəmə aşağıdakı qanun normalarını işin hallarına tətbiq edərək hesab edir ki,iddia təmin olunma deyil. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qanunun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qeyd olunan normada inzibati aktın etibarsız hesab edilməsi əsasları “dəqiq siyahı” prinsipinə əsasən tam olaraq sadalanmışdır.Bu əsasların mövcud olması inzibati aktın heç bir hüquqi qüvvəyə malik olmadığını bildirir.Qanunverici dəqiq siyahı müəyyən etməklə inzibati aktı etibarsız hesab edən halları konkretləşdirmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6-cı maddəsində deyilir ki,bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 47.7-ci maddəyə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsində deyilir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 67-ci maddəsində deyilir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (1-ci hissə); Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.(4-cü hissə) Hazırda iddiaçının faktiki istifadəsində torpaq sahəsi mövcud deyildir.İddia olunan torpaq sahəsi Ağdaş Rayon X12 30 dekabr 2001-ci il tarixli 18 saylı qərarı əsasında 0.055 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin hüduqdları daxilində yerləşir.Lakin İddiaçı torpaq sahəsi verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan vermir. Bu səbəbdən də həmin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. İddiaçıya torpaq ayrılmasına dair sənəddə torpağın yeri “Ağdaş-Pirəzə yolunun Yuxarı Ləki qəbiristanlığının yanı”,üçüncü şəxsə torpaq ayrılmasına dair sənəddə torpağın yeri “Bakı-Tblisi yolunun Ləki qəbiristanlığının əks tərəfində olan istifadəsiz ərazi” kimi göstərilmişdir ki,bu da həmin ərazilərin fərqli koordinatlarda olmasını deməyə əsas verir.Belə olan halda isə, o, Ağdaş Rayonu X12 xx.xx.2001-ci il tarixli 18 saylı iclas qərarı ilə X5 torpaq sahəsinin satılmasının qanunsuz olmasını iddia etməkdə haqlı deyil. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi Ağdaş Rayonu X12 xx.xx.2001-ci il tarixli qərarının etibarsız hesab edilməsi üçün də əsas yoxdur. Ona görə də iddia təmin edilməməlidir. Oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İş 2-1(102)- 2100/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarında hüquqi mövqe təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Ağdaş Rayon X8rşı "Ağdaş Rayon X12 xx.xx.2001-ci il tarixli 18 nömrəli qərarının etibarsız hesab olunması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar