Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-387/2024 06.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X11 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu Meşəşambul kəndində yerləşən, iddiaçının mərhum valideynləri X15 və X3 paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0,24695 ha torpaq sahəsinə dair tərtib edilmiş **********42 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin təyinatının düzəliş edilərək, yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi kimi göstərilməklə yeni çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Balakən rayonu Meşəşambul kəndində yerləşən, mərhum valideynləri X15 və X3 paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0,24695 ha (arxiv arayışlarında 0,25 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatında düzəliş olunaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən Balakən rayonu, Meşəşambul kəndində X15, X8, X12 və X2 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X12 və X4 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən özlərinə düşən hissəni naturada ayırmış və hüquqlarını DƏDRX qeydiyyata aldırmışlar. Torpaq sahəsinin yerdə qalan hissəsinə (mərhum atası X9 və mərhum anası X5 düşən hissəsinə) xx.xx.2021-ci il tarixdə Balakən rayon Asan Xidmət Mərkəzinin Notariat ofisində vərəsəlik işi açılmışdır. Vərəsəlik işi açıldıqdan sonra iddiaçı torpaq sahələrinə mərhum valideynlərinin adına çıxarış əldə etmişdir. Lakin çıxarışda torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı olması qeyd olunmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-O-00xx-xx/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş sənədlərdə düzəliş edilməsi, onların ləğv edilməsi və ya torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2872/2023 nömrəli “iddiaya qarşı etirazın bildirilməsi barədə” məktubunda qeyd etmişdir ki, sözügedən 0,24695 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin rəsmiləşdirilmiş hüquqmüəyyənedici sənədi ləğv edilmiş DTXK-nın Balakən rayon şöbəsi tərəfindən verilmiş JN-133 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı olmuşdur. Həmin sənəddə müvafiq torpaq sahəsi kənd təsərrüfatı təyinatlı kimi göstərilmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Balakən rayonu Meşəşambul kəndində yerləşən, iddiaçının mərhum valideynləri X15 və X3 paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0,24695 ha torpaq sahəsinə dair tərtib edilmiş **********42 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin təyinatının düzəliş edilərək, yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi kimi göstərilməklə yeni çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Balakən rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli 3-48-7RA/2-87/2023 nömrəli məktubuna əlavə olunmuş Meşəşambul kənd icra nümayəndəliyinin 1991-2005-ci illərə aid təsərrüfatbaşına kitablarında X7 və İddiaçı Abdulla oğlunun təsərrüfatı yazılan vərəqələrin təsdiqlənmiş surətlərindən görünür ki: Abdulla Osmanovun təsərrüfatında 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitablarında cəmi torpaq sahəsi 0,25 ha, 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında torpaq sahəsinin kadastr nömrəsi 133, cəmi torpaq sahəsi qrafasında 0,25 ha, 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitablarında torpaq sahəsinin kadastr nömrəsi 133, cəmi torpaq sahəsi 1,31 ha, xüsusi mülkiyyətdə qrafasında 0,25 ha göstərilmişdir. İddiaçı təsərrüfatında 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitablarında cəmi torpaq sahəsi 0,05 ha, 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında torpaq sahəsinin kadastr nömrəsi 571, cəmi torpaq sahəsi qrafasında 0,05 ha, 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitablarında torpaq sahəsinin kadastr nömrəsi 571, cəmi torpaq sahəsi 2,91 ha, xüsusi mülkiyyətdə qrafasında 0,05 ha göstərilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat, **********42 reyestr nömrəli çıxarışdan görünür ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən 0,24695 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15 və X3 hər birinin ½ payı olmaqla paylı mülkiyyətindədir. A seriyalı 786744 nömrəli xx.xx.2022-ci il tarixdə DƏDRX 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən **********42 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0,24695 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir. Sənədin tərtib olunmasına əsas Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsi, DTXK-nın Balakən rayon şöbəsinin JN-0133 xx.xx.1999-cu il tarixli Dövlət Aktı olmuşdur. xx.xx.2021-ci il tarixli, 2V-493 və 2V-494 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrdən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X7 və xx.xx.2007-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi oğlu İddiaçı Abdulla oğludur. Miras əmlak JN-133 kod 40109018 nömrəli Dövlət Aktına əsasən Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 1,31 ha olan torpaq sahəsinin mərhumlara çatacaq hissələrindən ibarətdir. JN-133 kod 40109018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 nömrəli qərarı ilə 1,31 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15, X8, X4 və X10 ayrılmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə X13 və X1 X7 X3 ümumi paylı mülkiyyətlərinə verilmiş Balakən rayonu Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar X6 və X1 2/4 hissə paylarının ekspert rəyinə uyğun naturada ayrılması, iddiaçıların payına verilmiş torpaq sahəsindən cavabdehlər İddiaçı Abdulla oğlu və X14 çıxarılması qət edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-3515/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, A seriyalı 786743 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,24695 ha torpaq sahəsi DWJ məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı əkin ərazisi kimi və TEKUİS məlumat bazasına əsasən isə yaşayış mənqələri torpaqlarına aid həyətyanı sahə kimi işlənilmişdir. **********42 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsi DWJ məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı əkin ərazisi kimi və TEKUİS məlumat bazasına əsasən isə yaşayış mənqələri torpaqlarına aid həyətyanı sahə kimi işlənilmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən:
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. 10-cu maddəsinə görə, torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativhüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Həmin Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddia tələbində qeyd edilən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat, **********42 reyestr nömrəli çıxarış əsasında 0,24695 ha mübahisəli torpaq sahəsi üzərində iddiaçının mərhum valideynlərinin mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmış, çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmişdir. Bu hal işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən məhkəməyə müraciət edilərək mübahisəli torpaq sahəsinin təyinatının hüquqmüəyyənedici sənədlərdə düzgün göstərilmədiyi bildirilmiş və müvafiq düzəlişin aparılması öhədliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. İddiaçının hüquqi marağı hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin kateqoriyasında (məqsədli təyinatında) düzəliş edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaqların elektron kadastr uçot informasiya sistemində torpaq sahəsinin təyinatı yaşayış mənqələri torpaqlarına aid həyətyanı sahə kimi işlənilmişdir. Lakin cavabdeh tərəfindən sonuncu dürüstləşdirilmiş informasiya mənbəyinin özünün istifadəsində olan TEKUİS məlumat bazası olmasına baxmayaraq, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı zamanı köhnə məlumat bazasında mövcud olan məlumatlara istinad edilməklə hüquqmüəyyənedici sənədlər hazırlanmışdır. Bu isə onu deməyə əsas verir ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişinin hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsasların olmasına baxmayaraq cavabdeh tərəfindən belə düzəlişin aparılmasından əsassız olaraq imtina edilmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, artıq üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin mülkiyyətçisinin və ya digər hüquq sahibinin müraciəti əsasında hüquqmüəyyənedici sənədlərdə düzəliş edilərək torpaq sahəsinin təyinat və kateqoriyasının dövlət tərəfindən müəyyən edilmiş şəkildə göstərilməsi nəinki hər-hansı şəxsin, hətta ictimai və dövlət mənafelərinin pozulmasına gətirib çıxara bilməz. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehin imtinası əsassız olmuş, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Balakən rayonu Meşəşambul kəndində yerləşən, iddiaçının mərhum valideynləri X15 və X3 paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0,24695 ha torpaq sahəsinə dair tərtib edilmiş **********42 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin kateqoriyasında düzəliş edilərək, yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi kimi göstərilməklə yeni çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Balakən rayonu Meşəşambul kəndində iddiaçının mərhum valideynləri X15 və X3 paylı mülkiyyətində olan, fərdi yaşayış evinin yerləşdiyi 0,24695 ha torpaq sahəsinə dair tərtib edilmiş **********42 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin kateqoriyasında (məqsədli təyinatında) düzəliş edilərək, yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi kimi göstərilməklə yeni çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid İsmayılzadə.