Məhkəmə qərarları › İş №2-1(116)-388/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-388/2022

12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-388/2022 12.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu Car kəndində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, 129 nömrəli reyestr kitabının 84-cü vərəqində X3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatda və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışda düzəliş edilərək İddiaçı həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Car kəndində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, 129 nömrəli reyestr kitabının 84-cü vərəqində X3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatda və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışda düzəliş edilərək İddiaçı həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iş üzrə İddiaçı və X3 ümumi birgə mülkiyyətinə Zaqatala rayonu Car kəndində sahələri 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh qeyd olunan torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alan zaman həmin torpaq sahəsi üzərində yalnız X3 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. İddia ərizəsinə əlavə edilən RX seriyalı, ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"dan da göründüyü kimi, həmin torpaq sahəsinin yeganə mülkiyyətçisi X4r. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi cavabdehə ərizə ilə müraciət edərək, X3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatda və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışda düzəliş edilərək İddiaçı həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********11 nömrəli imtina məktubunda qeyd etmişdir ki, AİK-nın qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş və DTXK tərəfindən təqdim olunmuş DBF siyahılarına uyğun aparılmış qeydiyyata və həmin qeydiyyata dair verilmiş çıxarışa iddiaçının ərizəsi əsasında adların daxil edilməsi Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********98 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 nömrəli qərarına əsasən Ləğv edilmiş DTXK tərəfindən ünvan 1ində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X3 adına AN 073652 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Daha sonra həmin plan və ölçü sənədi və digər sənədlər əsasında qeyd olunan torpaq sahəsi X3 adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-388/2022 nömrəli qərardadı ilə X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan: RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. T.Herayevin mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 129 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş subyektlər siyahısından çıxarışın surətindən görünür ki, həmin siyahıda 667-ci nömrədə X7 və İddiaçı adları qeyd olunmuşdur. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə olunmuş 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabının təsdiq olunmuş surətindən görünür ki, həmin dövrdə X3 təsərrüfatında özü ilə yanaşı Nümayəndə, İddiaçı və X6 qeydiyyatda olmuşdur. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə olunmuş 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabının təsdiq olunmuş surətindən görünür ki, həmin dövrdə X3 təsərrüfatında özü ilə yanaşı İddiaçı, X8 və X9 qeydiyyatda olmuşdur. Zaqatala rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 05/Q-1921/69 nömrəli sənədindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə Zaqatala rayonunun Car kəndində anadan olmuşdur. X1, anası X2r. Cavabdehin xx.xx.2021-ci il tarixli **********92 nömrəli məktubunda qeyd olunur ki, X3 adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və həmin çıxarışa dair hazırlanmış AN 251817 nömrəli plan-ölçü sənədinə əsasən tam mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 1i ünvanında yerləşən 0,21 ha torpaq sahəsinin kateqoriyası - kənd təsərrüfatı təyinatlı və məqsədli təyinatı - çoxillik əkmələrdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş A seriyalı 073652 nömrəli DTXK tərəfindən tərtib olunmuş plan-ölçü sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu AİK-nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə 2100,36 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 verilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********21 nömrəli məktubuna əlavə olunmuş Zaqatala rayonu “Özbəkstan” kolxosunun 2 nömrəli briqada üzrə torpaq payı alacaq subyektlərin əlavə siyahısının təsdiq olunmuş surətindən görünür ki, siyahıda X3 adı ilə yanaşı İddiaçı da adı qeyd edilmişdir. Zaqatala rayonu “Özbəkistan” kolxozu Car, Zilban, Kabeloba və Axaxdərə kəndlərinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşdirilməsinə aid tərtib edilmiş yekun cədvəldə T.Herayevə aid subyektlərin sayı 2 nəfər qeyd olunmuşdur. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddiaçının adı 1991-1995, 1996- 2000-ci illərə dair təsərrüfatbaşına kitablarında, həmçinin subyektlər siyahısında qeyd edildiyi halda, torpaq sahəsi barədə mülkiyyət hüququna dair qeydiyyat aparılarkən və həmin qeydiyyat əsasında çıxarış rəsmiləşdirilərkən iddiaçının məlumatları daxil edilməmiş, torpaq sahəsinin mülkiyyətçisi olaraq yalnız iş üzrə üçüncü şəxs X3 adı qeyd olunmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Zaqatala rayonu Car kəndində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, 129 nömrəli reyestr kitabının 84-cü vərəqində X3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatda və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışda düzəliş edilərək İddiaçı həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Zaqatala rayonu Car kəndində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, 129 nömrəli reyestr kitabının 84-cü vərəqində X3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatda və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışda düzəliş edilərək İddiaçı həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar