Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-389/2024 17.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın plan-ölçü sənədinin, Qəbələ Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 4 saylı qərarı ilə yeri dəyişdirilmiş Dəmiraparan çayının yanındakı torpaq sahəsinə tərtib edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ bələdiyyəsinin 24 may 2004-cü il tarixli 4 saylı qərarı ilə Dəmiraparan çayının yanındakı ərazini onun adına reyestr xidmətində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, Qəbələ Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 4 saylı qərarı ilə Dəmiraparan çayının yanındakı ərazini onun adına reyestr xidmətində, təyinatı (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqla kateqoriyasına aid) xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2503/2023 nömrəli qərardadı ilə Qəbələ bələdiyyəsi adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Qəbələ Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 6 saylı qərarı ilə satılmış və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddiaçının xx.xx.2023-cü il tarixli tələbin dəqiqlşədirilməsi barədə ərizəsi icraata qəbul edilməmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı yenidən tələbini dəqiqləşdirərək “********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın plan-ölçü sənədinin, Qəbələ Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 4 saylı qərarı ilə yeri dəyişdirilmiş Dəmiraparan çayının yanındakı torpaq sahəsinə tərtib edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, reyestr nömrəsi **********61 qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Qəbələ rayonunda Heydər Əliyev küçəsində yerləşən 0,10 ha qeyri-yaşayış məqsədli torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Daha sonra həmin ərazinin obyekt üçün daha əlverişli olan Sahil küçəsinə (indiki Zərifə Əliyeva) dəyişdirilməsi iddiaçıya təklif edilmiş və Qəbələ bələdiyyəsinin 24 may 2004 ci il tarixli 4 saylı qərarı ilə ona məxsus Heydər Əliyev küçəsində yerləşən 0,10 ha torpaq sahəsi Dəmiraparan çayının yanındakı əraziyə eyni ölçüdə dəyişdirilmişdir. 2004-cü il tarixdə həmin ərazi Qəbələ bələdiyyəsinə aid olmuşdur. Bu barədə ona Qəbələ bələdiyəsinin və X5 Komitəsinin Qəbələ rayon şöbəsinin möhürü ilə təsdiqlənmiş yanacaqdoldurma məntəqəsi tikmək üçün ayrılmış sahənin yer quruluşu planı və Qəbələ Baş memarının və X5 Komitəsinin Qəbələ rayon şöbəsinin möhürü möhürü ilə təsdiqlənmiş sexematik planı təqdim edilmişdir. İddiaçı Qəbələ bələdiyyəsinin 24 may 2004-cü il tarixli 4 saylı qərarı ilə Dəmiraparan çayının yanındakı ərazini onun adına reyestr xidmətində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Əsədov X4 şəhəri Bələdiyyəsi 24 may 2004-cü il tarixli 4 saylı qərarı ilə Dəmiraparan çayı yaxınında yerləşən 0,10 ha torpaq sahəsinin adına dövlət qeydiyyatına alınması ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsinin əməkdaşları tərəfindən təqdim olunmuş sənədlərin ekspertizası zamanı əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki. Qəbələ şəhəri Bələdiyyəsi 24 may 2004-cü il tarixli 4 saylı qərarı İlə Dəmiraparan çayı ətrafından, mühafizə bəndinin və Qəbələ-Bakı avtomabil yolunun arasında qalan ərazidən yanacaq doldurma məntəqəsinin tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrılmış və ləğv olmuş Dövlət Torpaq xəıitəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı hazırlanmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sonradan bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsinin yerləşdiyi ərazi islahat kompleks yerquruluşu laihəsinə əsasən dövlət meşə fondu torpaqlarına aiddir və həmin torpaq sahəsi üzərindən yüksək gərginlikli (110 kv.luq) elektrik xətdi keçir. Qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyəti olub olmaması barədə ƏMDK-nin Qəbələ Ərazi Şöbəsinə sorğu verilmiş və alınmış cavabda həmin torpaq sahəsinin dövlət mülkiyyəti olması bildirilmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Üçüncü şəxs iddia tələbinə münasibətində bildirməmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, Qəbələ bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 4 nömrəli qərarı, cavabdehin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktubları və ona əlavə olunmuş mütəxəssis rəyləri, Qəbələ bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarı, xx.xx.2004-cü il tarixli tikinti üçün torpaq sahəsinin (sahələrinin) ayrılması və obyektin mühəndis təminatına aid texniki şərtlərin razılaşdırılması haqqında akt, Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 97 nömrəli sərəncamı, JN-0661 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:
3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-); 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; (- ); 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr X3n yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; (-). İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın plan-ölçü sənədinin cavabdeh orqan tərəfindən ona verilməsinə nail olmaqdır. Bununla belə iddiaçı, plan-ölçü sənədinin Qəbələ Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 6 saylı qərarı ilə satılmış torpaq sahəsinə deyil, Qəbələ Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 4 saylı qərarı ilə yeri dəyişdirilmiş Dəmiraparan çayının yanındakı torpaq sahəsinə tərtib edilməsini tələb edir. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili yeri dəyişdirilmiş torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlıdır. Belə ki, təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,1075 ha torpaq sahəsi Qəbələ şəhərində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən Qəbələ şəhər inzibati sərhədləri daxilində kateqoriyası Dövlət meşə fondu torpaqları olmaqla, uqodiyası meşə altında olan torpaqlara aiddir. İddiaçının naturada göstərdiyi və hal-hazırda yaşıllıq zonası kimi istifadə edilən ümumi istifadədə olan torpaqdır. İddiada qeyd edilmiş 0,1075 hektar torpaq sahəsi X2 X3 (TEKUİS) təyinatı yaşayış məntəqəsi torpaqları, uqodiyası şərti yararsız, Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid, ümumi istifadədə olan ərazi kimi qeyd edilmişdir. İddiada qeyd edilmiş torpaq sahəsi, Qəbələ şəhərində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən Qəbələ şəhər inzibati sərhədləri daxilində kateqoriyası Dövlət meşə fondu olmaqla, uqodiyası meşə altında olan torpaqlara aid edilmişdir. Sözügedən torpaq sahəsi ayrıldığı vaxt Dövlət mülkiyyətində meşə fondu torpaqlarına aid olmuşdur. X2 X3 (TEKUİS) təyinatı yaşayış məntəqəsi torpaqları, uqodiyası şərti yararsız, Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan ərazi kimi qeyd edilmişdir.Torpaq sahəsinin üzərindən yüksək gərginlikli hava elektrik xətti keçir. Məhkəmə cavabdeh orqanın dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Əsasnamənin 19cu bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirmişdir. İş materiallarından görünür ki, iddia olunan (yeri dəyişdirilmiş) torpaq sahəsinin sxematik planı və 1:1000 miqyasda yeruquluşu planı tərtib edilmiş, həmin sənədlər DTXKnin Qəbələ rayon şöbəsi, həmçinin Qəbələ RİH-nin memarlıq tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. Bu isə o deməkdir ki, səlahiyyətli dövlət orqanı dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olması qənaətinə gəlmiş və tərtib edilmiş torpaq sahəsinin sxematik planını təsdiq etmişlər. İstinad olunan yeruquluşu planında torpaq sahəsinin Qəbələ bələdiyyəsinin fonduna aid ərazi olması göstərilmişdir. Nəzərə alınmalıdır ki, hazırda da, TEKUİS-ə əsasən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ərazidir. Torpaq sahəsinin ümumi istifadədə olmasına münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan Qəbələ bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya ünvanlanmış məktubda torpaq sahəsinin meşə fonduna aid olması qeyd edilib. Yəni, torpaq sahəsinin məxsus olduğu subyekt həmin torpaq sahəsinin özünə aid olub-olmamasından məlumatsızdır və həmin torpaq sahəsinin meşə fonduna aid ərazi hesab edir. Odur ki, məhkəmə, sözügedən torpaq sahəsinin ümumi istifadədə olması ilə bağlı cavabdehin rəyini əsaslı hesab etmir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin yerinin dəyişdirilməsi iddiaçının maraqları daxilində olsa da, bu həm də ictimai ehtiyacdan irəli gəlmişdir. Belə ki, dəyişdirilmənin əsası olaraq qəbul edilmiş inzibati akt (xx.xx.2004-cü il tarixli 4 saylı qərar) həm də, iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi küçənin yenidən qurulması və YDM-nin yerləşməsi üçün münasib ərazi olmaması ilə əsaslandırılmışdır. Göründüyü kimi iddiaçıya ilkin satılmış torpaq sahəsi sonradan səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında dəyişdirilmişdir. İddiaçının hazırda da, qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərarın məzmununa, onun qanunauyğunluğuna və dəyişməzliyinə müəyyən inamı, etimadı, o cümlədən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınacağına dair müəyyən gözləntiləri yaranmışdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir və şəxsin bu haqqı qanunla qorunur. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1862/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe). Hazırkı məhkəmə icraatı zamanı cavabdeh orqan plan-ölçü sənədinin verilməsi tələb edilən torpaq sahəsinin sonradan kadastr məlumatlarının dəyişdirilməsi ilə bağlı, o cümlədən istinad olunan ilkin sənədlər tərtib edilərkən dövlət mülkiyyətində olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, cavabdeh orqanın torpaq sahəsinin ayrıldığı zaman dövlət mülkiyyətində olmasına istinadı və bu əsasla müraciətin təmin edilməsindən imtinası əsaslı hesab edilə bilməz. İddiaçının mülkiyyətində olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, torpaq sahəsinin yerinin dəyişdirilməsi barədə inzibati akt hazırkı vaxta qədər mübahisə predmeti olmadığından, hüquqların qeydiyyatı zamanı yuxarıda sadalanan Əsasnamələrin tələbinə görə plan-ölçü sənədinin tərtib edilməsi cavabdehin vəzifəsidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, torpaq sahəsinin yerinin dəyişdirilməsi ilə bağlı inzibati akt qüvvədə olduğundan və dəyişdirilmiş torpaq sahəsin münasibətdə tərtib edilmiş ilkin yerquruluşu sənədləri cavabdeh orqanın hüquq varisi olduğu DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edildiyinən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın plan-ölçü sənədinin, Qəbələ Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 4 saylı qərarı ilə yeri dəyişdirilmiş Dəmiraparan çayının yanındakı torpaq sahəsinə tərtib edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.