Məhkəmə qərarları › İş №2-1(116)-39/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-39/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-39/2022 17.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “Qax rayonu İlisu bələdiyyəsinin 0,0663 ha torpaq sahəsinin satılması barədə, 0,0019 ha, 0,05 ha və 0,10 ha torpaq sahələrinin isə satılması üçün müsabiqəyə çıxarılması barədə 14 avqust 2020-ci il tarixli 13 saylı iclasının aktlarının ləğv edilməsi, “Qax rayonu İlisu bələdiyyəsinin 0,0663 ha torpaq sahəsinin satılması barədə 14 avqust 2020-ci il tarixli 13 saylı iclasının qərarına uyğun olaraq X3 ilə İlisu bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılması, 0,0019 ha, 0,05 ha və 0,10 ha torpaq sahələrinin isə satılması ilə bağlı müsabiqə keçirildiyi təqdirdə müsabiqənin nəticələrinin ləğv edilməsi, qeyd olunan torpaq sahələrinin bələdiyyənin sahibliyinə qaytarılması” barədə aidiyyəti məhkəmədə müvafiq iddianın qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayonu İlisu bələdiyyəsinin 0,0663 ha torpaq sahəsinin satılması barədə, 0,0019 ha, 0,05 ha və 0,10 ha torpaq sahələrinin isə satılması üçün müsabiqəyə çıxarılması barədə 14 avqust 2020-ci il tarixli 13 saylı iclasının aktlarının ləğv edilməsi, “Qax rayonu İlisu bələdiyyəsinin 0,0663 ha torpaq sahəsinin satılması barədə 14 avqust 2020-ci il tarixli 13 saylı iclasının qərarına uyğun olaraq X3 ilə İlisu bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılması, 0,0019 ha, 0,05 ha və 0,10 ha torpaq sahələrinin isə satılması ilə bağlı müsabiqə keçirildiyi təqdirdə müsabiqənin nəticələrinin ləğv edilməsi, qeyd olunan torpaq sahələrinin bələdiyyənin sahibliyinə qaytarılması” barədə aidiyyəti məhkəmədə müvafiq iddianın qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Qax rayonu İlisu bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 13 saylı iclasında 0,0663 ha torpaq sahəsinin satılması barədə, 0,0019 ha, 0,05 ha və 0,10 ha torpaq sahələrinin isə satılması üçün müsabiqəyə çıxarılması barədə qərarlarda torpaq sahələrinin hər 0,01 hektarı üçün satış qiymətinin müəyyən edilməsi zamanı bazar məzənnəsi nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsinin torpaq sahsinin bazar dəyəri barədə arayışına əsasən qeyd olunan torpaq sahələrinin hər 0,01 hektarının qiyməti 4000 manat təşkil edir. Göründüyü kimi bələdiyyənin müəyyən etdiyi qiymət isə hər 0,0663 ha torpaq sahəsi üçün cəmi 325 manat, müsabiqəyə çıxarılan torpaq sahələrinin hər 0,01 ha üçün 1000 manat təşkil edir. İdarə tərəfindən bələdiyyənin qeyd olunan aktlarının ləğv edilməsi barədə İlisu bələdiyyəsinə 170-Qx saylı xx.xx.2020-ci il tarixli təklif məktubu göndərilmişdir. Həmin təklif məktubu bələdiyyənin xx.xx.2020-ci il tarixli 17 saylı iclaslarında müzakirə edilsə də təmin edilməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli 20 nömrəli iddia tələbinə münasibət məktubunda qeyd etmişdir ki, İlisu kəndində torpaq sahələrinin bazar dəyəri ***-**** manat arasında dəyişir. Belə ki, İlisu bələdiyyəsinin İlisu kəndində perespektiv inkişaf fondu torpaqları olmadığından satılan torpaq sahələri ya vətəndaşın uzun müddət istifadəsindəki həyətyanıya bitişik torpaq sahələridir ya da kommunikasiyası (işıq, su, qaz) olmayan tam yararsız torpaqlardır ki, bunların da bazar məzənnəsi çox aşağıdır. Yuxarıda göstərilən torpaq sahələri satılarkən hər biri üçün ayrı-ayrılıqda Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında ƏMDK DƏDRX-in 12 saylı Şəki ərazi idarəsinin torpaq sahəsinin bazar dəyəri barədə arayışları nəzərə alınmışdır. 0,10 ha torpaq sahəsi üçün bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/2094 №li arayış nəzərə alınaraq bazar dəyəri 10000 manat təşkil etmiş 10030 manata müsabiqədə satılmışdır. 0,05 ha torpaq sahəsi üçün bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/2093 №li arayış nəzərə alınaraq bazar dəyəri 5000 manat təşkil etmiş 5020 manata müsabiqədə satılmışdır. Həmin ərazilər tam yararsız, heç bir kommunikasiya (işıq, qaz, su) ilə təmin olunmamış ərazilərdir. Məlumat üçün o da bildirilir ki, həmin ərazilərdə son hərrac qiyməti 400 manat olmuşdur. Həmin ərazidən bazar məzənnəsinin müəyyən olunması üçün ******* №-li alqısatqı müqaviləsi əlavə olunur. İlisu bələdiyyəsi tərəfindən X1 xx.xx.2020-ci il tarixli 13 saylı iclasın qərarı ilə satılmış 0,0663 ha torpaq sahəsi vətəndaşın uzun müddət istifadəsində olan istifadə üçün yararlı hala salınmış torpaq sahələridir ki, (həmin torpaq sahəsinə giriş ancaq vətəndaşın həyətindəndir) həmin sahə satılarkən normativ qiymət, son hərrac qiyməti (320 manat) nəzərə alınmaqla bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə verilməsində maddə 10.2 Bələdiyyələrin kənd təsrrüfatına az yararlı və yararsız torpaqları öz vəsaitləri hesabına yararlı hala salınaraq kənd təsərrüfatı məhsulları istehsal edən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə satıldıqda bu torpaqlarda torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qiymət güzəştləri tətbiq olunur.Həmin bənd nəzərə alınaraq normativ və son müsabiqə qiymətindən aşağı olmamaqla 325 manata bilavasitə satılmışdır. 0,0019 ha torpaq sahəsində 30 ildən artıqdır ki, X2 məxsus ət dükanı fəaliyyət göstərir, dükanaltı sahə bazar məzənnəsinə yaxın başqa vətəndaşa satmaq mümkün olmadığı üçün son hərrac qiymətinə uyğun müsabiqə vasitəsilə satılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli 3/777 nömrəli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Qax rayonu İlisu bələdiyyəsinin 10 noyabr 2022-ci il tarixli 14 saylı iclasında İddiaçı mübahisə predmeti olan 170-Qx saylı təklifi müzakirə edilib təmin olunaraq təklifdə göstərilən torpaq sahələrinin qiymətləri bazar qiymətinə uyğunlaşdırıldığından artıq İlisu bələdiyyəsinə qarşı hər hansı tələb qalmamışdır. Bu səbəblə iş üzrə icraata xitam verilməklə iddia ərizəsinin sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddiaçının ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, o, müraciəti ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişdir. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddia tərəfi iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddianın geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “Qax rayonu İlisu bələdiyyəsinin 0,0663 ha torpaq sahəsinin satılması barədə, 0,0019 ha, 0,05 ha və 0,10 ha torpaq sahələrinin isə satılması üçün müsabiqəyə çıxarılması barədə 14 avqust 2020-ci il tarixli 13 saylı iclasının aktlarının ləğv edilməsi, “Qax rayonu İlisu bələdiyyəsinin 0,0663 ha torpaq sahəsinin satılması barədə 14 avqust 2020-ci il tarixli 13 saylı iclasının qərarına uyğun olaraq X3 ilə İlisu bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılması, 0,0019 ha, 0,05 ha və 0,10 ha torpaq sahələrinin isə satılması ilə bağlı müsabiqə keçirildiyi təqdirdə müsabiqənin nəticələrinin ləğv edilməsi, qeyd olunan torpaq sahələrinin bələdiyyənin sahibliyinə qaytarılması” barədə aidiyyəti məhkəmədə müvafiq iddianın qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar